Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                 

50 000 manatadək cərimələr: Bu model iqtisadiyyatı hara aparır - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: 10-07-2026, 10:49 | Çap et

Son illər Azərbaycanda müxtəlif sahələrdə yeni cərimələrin tətbiq olunduğu kimi xəbərlərlə rastaşırıq. Yol hərəkəti qaydalarından tutmuş ekoloji tələblərə, sahibkarlıq fəaliyyətindən vergi pozuntularına qədər demək olar ki, hər sahədə inzibati məsuliyyət sərtləşdirilir, hər gün minlərlə vətəndaş müxtəlif inzibati xətalara görə cərimələnir.

"DİA-AZ"  Azpolitika.info-ya istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr fiziki, vəzifəli və hüquqi şəxslər üçün fərqli həddə müəyyən edilir. Qanunvericilikdə həm minimum, həm də maksimum cərimə məbləğləri ayrıca tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 25.2.1 və 25.3-cü maddələrinə əsasən inzibati cərimələr şərti maliyyə vahidi (ŞMV) əsasında hesablanır. 1 ŞMV-nin məbləği 4 manat müəyyən olunub. Bu baxımdan fiziki şəxslər üçün qanunvericilikdə nəzərdə tutulan ən aşağı inzibati cərimə 3 ŞMV, yəni 12 manatdır.
Bununla belə, bəzi inzibati xətalar üçün cərimə məbləği ayrıca sabit rəqəmlə müəyyən edilir. Məsələn, sürət həddinin 10–20 km/saat aşılmasına görə tətbiq olunan cərimə 10 manatdır. Bu da onu göstərir ki, praktikada tətbiq edilən ən aşağı cərimələrdən biri məhz bu məbləğdir.
İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə görə maksimum cərimələr aşağıdakı kimidir:
- fiziki şəxslər üçün – 5 000 manat;
- vəzifəli şəxslər üçün – 10 000 manat;
- hüquqi şəxslər üçün – 50 000 manat.
Bu məbləğlər əsasən ciddi ictimai təhlükə yaradan inzibati xətalara görə tətbiq olunur. Məsələn, Xəzər dənizinin sahilboyu zolağından qanunsuz istifadə, terrorçuluğun maliyyələşdirilməsi və s.
Azərbaycan hökumətinin hər il Milli Məclisə təqdim etdiyi dövlət büdcəsi zərflərində yer alan rəsmi məlumatların təhlili göstərir ki, cərimə və müxtəlif maliyyə sanksiyalarından büdcəyə daxil olan vəsait son 15 ildə kəskin dəyişib.
Məsələn, 2010-cu ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 33,1 milyon manat daxil olmuşdusa, növbəti illərdə bu rəqəm sürətli şəkildə artmağa başlayıb:
- 2011-ci ildə 109,4 milyon manata;
- 2012-ci ildə 164,1 milyon manata;
- 2013-cü ildə isə 271,7 milyon manata çatıb.
2016-cı ildə cərimələrdə büdcəyə 377,2 milyon manat daxil olub. Bundan sonra müəyyən azalma olsa da, 2016-cı ildə tarixin ən yüksək göstəricisi qeydə alınıb. Həmin il dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olub. Ümumən deyə bilərik ki, 2010-2016-cı illər cərimə və maliyyə sanksiyalarından dövlət büdcəsinə daxilolmaların sürətlə artdığı dövr olub. Lakin 2017-ci ildən etibarən tamamilə fərqli tendensiya müşahidə edilib. Əgər 2016-cı ildə dövlət büdcəsinə cərimə və sanksiyalardan 377,2 milyon manat daxil olmuşdusa, növbəti il bu göstərici 211 milyon manata düşüb. Yəni cəmi bir il ərzində dövlət büdcəsinə köçürülən vəsait 166,2 milyon manat və ya 44 faiz azalıb.
Azalma sonrakı illərdə də davam edib:
- 2016 - 377,2 milyon manat;
- 2017 - 211 milyon manat;
- 2018 - 152,5 milyon manat;
- 2019 - 129,7 milyon manat;
- 2020 - 38,9 milyon manat;
- 2021 - 41,7 milyon manat;
- 2022 - 37,5 milyon manat;
Son 10 ildə cərimələrdən büdcəyə 1 milyard 619 milyon manat vəsait daxil olub
2023-cü ildən etibarən yenidən artım başlayıb. Belə ki, 2023-cü ildə dövlət büdcəsinə 85,9 milyon manat daxil olub. 2024-cü ildə isə bu göstərici artıq 380,1 milyon manata yüksəlib. Bu məbləğə 2025-ci il üzrə 166 milyon 992 min manat təşkil edib. Maliyyə Nazirliyinin 2026-cı il üzrə proqnozuna görə, bu il həmin məbləğ 12 faiz azalacaq və 149,1 milyon manat civarında olacaq.
Ümumlikdə qeyd edək ki, rəsmi statistik göstəricilərə görə, 2016-2025-ci illər ərzində dövlət büdcəsinə cərimə və maliyyə sanksiyalarından ümumilikdə təxminən 1 milyard 619 milyon manat vəsait daxil olub. Orta hesabla son 10 ildə dövlət büdcəsinə hər il 161,9 milyon manat cərimə və maliyyə sanksiyalarından vəsait daxil olub.
ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli “AzPolitika”ya şərhində bildirib ki, cərimələr hesabına nəyəsə nail olmaq mümkün deyil: “Bu yolla iqtisadi problemləri həll etmək mümkün deyil. Yüksək cərimələr biznesin fəaliyyətini çətinləşdirir, sahibkarların xərclərini artırır və nəticədə qiymətlərin bahalaşmasına səbəb olur. Bu isə iqtisadi aktivliyin zəifləməsi ilə nəticələnir”.
“Bu, əslində cərimə iqtisadiyyatı modelidir. Belə model Avropanın bəzi ölkələrində də mövcuddur. Həmin ölkələrdə iqtisadi göstəricilərin zəifləməsinin əsas səbəblərindən biri məhz həddindən artıq tənzimləmə mexanizmlərinin tətbiqidir. Azərbaycanda da artıq aşırı tənzimləmə iqtisadiyyatı boğan əsas amillərdən birinə çevrilib", – deyə iqtisadçı bildirib.
N. Cəfərlinin sözlərinə görə, iqtisadi fəallığın artırılması üçün dövlət tənzimləmələri mərhələli şəkildə liberallaşdırılmalı, biznes üzərindəki inzibati yük azaldılmalıdır. O hesab edir ki, həm vergi yükünün, həm də cərimələrin azaldılması sahibkarlığın inkişafına, investisiya mühitinin yaxşılaşmasına və iqtisadi canlanmaya müsbət təsir göstərə bilər.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycanda inzibati hüquq pozuntularının tənzimlədiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 608 maddə mövcuddur və onların böyük hissəsində pul cəriməsi nəzərdə tutulur. Hazırda bu maddələrin təxminən 500-ə yaxını pul cəriməsi tətbiq edilə bilən inzibati xətaları əhatə edir. Sözügedən cərimələr yol hərəkəti qaydalarının pozulması, ictimai asayişin pozulması, ticarət və xidmət qaydaları, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə tətbiq olunur.
Region ölkələri ilə müqayisədə bizdə cərimələrin sayı olduqca yüksəkdir. Məsələn, Gürcüstanda inzibati qanunvericilikdə təxminən 300 maddə mövcuddur və onların təxminən 250-yə yaxını pul cəriməsini nəzərdə tutur. Ermənistanda isə inzibati xətalarla bağlı qanunvericilikdə təxminən 290 maddə var və onların 220–230-u pul cəriməsi ilə nəticələnə bilər. Türkiyədə isə 200-dən çox inzibati pozuntu üzrə pul cəriməsi tətbiq olunur.
Daha böyük hüquq sisteminə malik dövlətlərdə isə bu rəqəmlər təbii olaraq daha yüksəkdir.
- Məsələn, ABŞ-də federal və ştat qanunlarının çoxluğu səbəbindən 1000-dən çox inzibati cərimə var.
- Almaniyada inzibati hüquq pozuntuları müxtəlif sahə qanunları ilə birlikdə 1000-ə yaxındır.
- Çində müxtəlif dövlət qurumlarının qəbul etdiyi normativ aktlara görə, 900-dən çox inzibati cərimə mövcuddur.
- Fransada isə müxtəlif qanunlar üzrə 700-ə yaxın inzibati cərimə nəzərdə tutulur. Yaponiyada bu rəqəm 600-dən çox, İtaliyada isə təxminən 600-ə yaxındır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Bu gün, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Bu gün, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Bu gün, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Bu gün, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru