Bu ilin yanvar-iyun aylarında ölkədə 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% artıb.
Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7% azalıb, qeyri neft-qaz sektorunda isə 1,5% artıb.
Məlumat üçün bildirək ki, əvvəlki dövrdə – yanvar-may aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb, yanvar-aprel aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2% artıb.






