"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                 

Qərb Gürcüstanı “vurub”, Ermənistanı niyə gücləndirir: - Tiflis hələ də “Ukrayna ssenarisi”ndən yayınmağa çalışır
Tarix: 10-07-2026, 17:47 | Çap et

Cənubi Qafqaz uğrunda geopolitik rəqabət yeni mərhələyə qədəm qoyduqca, ABŞ və Avropa Birliyinin region dövlətlərinə münasibətdə tətbiq etdiyi fərqli yanaşma tərzi də daha qabarıq şəkildə üzə çıxmağa başlayıb. Son hadisələr onu göstərir ki, ABŞ və Avropa Birliyi bu regionda yerləşən ölkələrə eyni siyasi və demokratik meyarlarla yanaşmır. Və bu isə Qərb siyasi dairələrinin illərdir ki, müdafiə etdiklətini israrla vurğuladiqları “demokratiya, hüququn aliliyi və suverenliyə hörmət prinsipləri”nin praktikada əslində, “seçici” xarakter daşıdığı barədə iddiaları daha da gücləndirir.

Məhz elə ona görə də, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin son bəyanatları sadəcə, siyasi etiraz deyil, həm də ABŞ və Qərbin Cənubi Qafqaz strategiyasına yönəlmiş açıq ittihamlar kimi qəbul olunur. Belə ki, gürcü aş nazir ölkəsində uzun illər ərzində xarici maliyyə və siyasi dəstək hesabına nifrət, qarşıdurma, eləcə də radikalizm mühitinin formalaşdırıldığını bəyan edir. O, vurğulayır ki, Gürcüstan artıq bu ssenarinin davam etməsinə qətiyyən imkan verməyəcək. Və onun fikrincə, Gürcüstan cəmiyyətində kənar güclər tərəfindən süni şəkildə yaradılmış düşmənçilik mühiti artıq ölkənin daxili sabitliyini pozmaq üçün istifadə olunan təhlükəli siyasi texnologiyaya çevrilib.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstan baş nazirinin mövqeyini təkrarlayan parlament sədri Şalva Papuaşvilinin bu barədə açıqlamaları isə həmin ittihamları daha da sərtləşdirir. Çünki onun fikrincə, hazırda Gürcüstanda Qərbə dəstək məzmunlu şüarlar getdikcə, nifrət ritorikası, təhqirlər və siyasi radikalizm ilə müşayiət olunmağa başlayıb. Spiker Şalva Papuaşvili hesab edir ki, əgər, Avropa Birliyi həqiqətən də demokratik dəyərlərin müdafiəçisi olmaq istəyirsə, onda ilk növbədə məhz bu cür pozucu radikal siyasi davranışları himayə etməkdən mütləq imtina etməlidir.

Digər tərəfdən bu ziddiyyətlərin arasında ən diqqətçəkən məqam isə Gürcüstan rəhbərliyinin ABŞ-a ünvanladığı açıq ittihamlardır. Çünki baş nazir İrakli Kobaxidze açıq şəkildə bəyan edib ki, ABŞ Azərbaycan və Ermənistanla strateji tərəfdaşlığı heç bir siyasi şərt irəli sürmədən inkişaf etdirir. Ancaq Gürcüstana münasibətdə isə tamamilə fərqli davranışa üstünlük verirr. Onun sözlərinə görə, ABŞ və Avropa Birliyinin Gürcüstanla strateji tərəfdaşlığı dayandırması demokratiya ilə deyil, məhz rəsmi Tiflisin Ukrayna müharibəsinə cəlb olunmaqdan, eləcə də Rusiyaya qarşı "ikinci cəbhə" açmaqdan imtina etməsi ilə birbaşa bağlıdır.

Təbii ki, əgər, rəsmi Tiflisin bu iddiaları həqiqətə uyğundursa, o zaman ortaya olduqca ciddi bir sual çıxır. Yəni, ABŞ və Avropa Birliyi həqiqətən də demokratiyanı müdafiə edir, yoxsa yalnız öz geopolitik maraqlarına cavab verən ölkələri dəstəkləyir? Əslində, bu sualın aktuallığını artıran əsas amillərdən biri də məhz ABŞ və Avropa Birliyi tərəfindən Ermənistana göstərilən münasibətdir. Çünki son illərdə həm ABŞ, həm də Avropa Birliyi Ermənistana yönəlik siyasi, maliyyə və iqtisadi dəstəyi ardıcıl şəkildə artırmağa üstünlük verir.

Halbuki, Paşinyan hakimiyyətinin Ermənistan daxilində müxalifətə, Rusiyayönümlü olsa belə, sərt təzyiqlər göstərməsi, siyasi motivli cinayət işləri açması və media üzərində nəzarəti gücləndirməsi Qərbin demokratiya və insan hüquqları dəyərləri ilə kəskin ziddiyyət təşkil edir. Bütün bunlara paralel olaraq, Ermənistanda məhkəmə-hüquq sisteminin siyasiləşdirilməsi və mövcud hakimiyyətin səlahiyyətlərinin mərkəzləşdirilməsi ilə bağlı da olduqca ciddi tənqidlər mütəmadi olaraq, gündəmə gətirilir. Ancaq bütün bunlara baxmayaraq, nə ABŞ, nə də Avropa Birliyi Gürcüstana yönəlik tətbiq etdiyi siyasi təzyiqləri Ermənistana qarşı da təkrarlamağa qətiyyən həvəs göstərmir.

Digər tərəfdən, müstəqil ekspertlərin dəyərləndirməsinə görə, hazırda Gürcüstan Cənubi Qafqaz regionunun ən açıq siyasi sistemlərindən birinə malikdir. Bununla belə, nədənsə, məhz elə bu ölkə ABŞ və Qərbin sanksiya təhdidləri, maliyyə məhdudiyyətləri, diplomatik təzyiqləri, eləcə də davamlı siyasi-ideoloji ittihamları ilə üz-üzə qalıb. Və bu ziddiyyətli davranışlar isə istər-istəməz, həm ABŞ-ın, həm də Avropa Birliyinin Cənubi Qafqaz regionuna yönəlik siyasətində obyektivlikdən daha çox geopolitik məqsədlərin üstünlük təşkil etdiyi ilə bağlı qənaətləri ciddi şəkildə gücləndirir.

Əslində, son illərdə ABŞ və Avropa Birliyinin Cənubi Qafqaza yönəlik siyasəti region ölkələrinə müəyyən mesajlar verirdi. Belə ki, ABŞ və Qərbin geopolitik planlarına uyğun davranan ölkələrə daha yumşaq münasibət göstərilir. Ancaq müstəqil qərarlar qəbul etməyə çalışan dövlətlər isə Qərbin müxtəlif siyasi və iqtisadi təzyiq mexanizmləri ilə üzləşməli olurlar. Və bu isə "demokratiya ixracı" konsepsiyasının əsl mahiyyəti barədə olduqca ciddi suallar doğurur.

Göründüyü kimi, ABŞ və Avropa Birliyinin bu regionda yürüdüyü seçici, ikilistandrlara bağlı siyasət əslində, qətiyyən demokratiyanın möhkəmlənməsinə, eləcə də sabitliyin qorunmasına xidmət etmir. Əksinə, Qərb siyasi dairələrinin davranışlarında fərqli meyarların tətbiqi olunması region dövlətləri arasında etimadı sarsıdır, yeni geopolitik qarşıdurmaları stimullaşdırır və ümumiyyətlə, Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirir.

Ona görə də, əgər, ABŞ və Avropa Birliyi həqiqətən də regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinin yaranmasını istəyirlərsə, ilk növbədə bütün Cənubi Qafqaz ölkələrinə eyni hüquqi və siyasi prinsiplərlə yanaşmalıdır. Eyni zamanda, Qərb siyasi dairələri demokratiya insan haqları kimi dəyərləri öz geopolitik maraqlarının alətinə çevirməkdən də imtina etməlidirlər. Əks halda, "ikili standartlar" siyasəti yalnız Qərbin nüfuzunu zəiflətməklə qalmayacaq. Yəni, bu, həm də Cənubi Qafqazda yeni hərbi-siyasi böhranların və geostrateji qarşıdurmaların yaranmasını daha da sürətləndirəcək.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru