“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır .....                     "Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... .....                     "Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma .....                     İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb .....                     Ermənistanda sükut günü başlayıb .....                     ABŞ İranın radar qurğularına zərbələr endirib .....                     Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə .....                     Abşeronda sahibkarlarla görüş keçirildi .....                     “Sümükləri gec bitişir, çiyni ağrıyır” .....                     Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı .....                     Maaşları bəllidir, bəs milyonları haradan gəlir? .....                     Azərbaycanı kim və nə üçün hədəfə alır? .....                     Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? .....                     Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb .....                     “Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” .....                     İran ABŞ gəmilərini atəşə tutub .....                     Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır .....                     Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda .....                     BEYNƏLXALQ HOQQABAZLIQ... .....                     Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır .....                     Kəmaləddin Heydərov öz şirkətini qalib etdi .....                     Azərbaycanda fermerlərlə bağlı yeni tələblər .....                     Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub .....                     Hər kişi məclisinə getməyən NİGAR: .....                     Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? .....                     Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından .....                     Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: .....                     Paşinyandan daha bir ziddiyyətli açıqlama: .....                     Rusiya İrəvan üçün “qollarını çırmalayıb” .....                     Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib .....                     Avropa Ermənistanı Rusiyanın əlindən alır .....                     Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi .....                     Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır .....                     Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil .....                     Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı .....                     Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir .....                     "Yevlaxlıların adından ümumi danışma" .....                     Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi .....                     Stalinin yeganə qorxduğu şəxs: .....                     Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... .....                 

Azərbaycan və Aİ yeni nə razılığa gəliblər? – Bakıdan reaksiyalar
Tarix: 4-06-2026, 13:12 | Çap et

Ermənistanla Avropa İttifaqı arasında əməkdaşlığın Rusiya tərəfindən qıcıqla müşahidə olunması və rəsmi İrəvana qarşı pressinq siyasətinə əl atılması fonunda Brüsselin digər postsovet ölkələri ilə bağlı da hərəkətə keçməsi diqqət çəkir.

Məlumata görə, Avropa İttifaqı Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başlanması üçün rəsmi hazırlıqlara başlayıb. Musavat.com xəbər verir ki, bununla bağlı açıqlamanı Aİ Şurasının Kipr sədrliyi yayıb: “Kipr sədrliyi bu gün Ukrayna və Moldova ilə Aİ-yə üzvlük danışıqlarının ilk qrupunun rəsmi açılışı üçün hazırlıqlara başlayıb”. Sədrlik “danışıqları başa çatdırmaq üçün yaxın günlərdə fəal şəkildə” çalışacağına söz verib: “Aİ Şurasında danışıqların başlanması ilə bağlı müzakirəyə başlamaq”. Məlumata görə, bu danışıqlar 15 iyunda Lüksemburqda keçiriləcək Aİ-nin genişlənməsi üzrə hökumətlərarası konfransda başlaya bilər.

Bu arada, Azərbaycanla bağlı yayılan məlumat da diqqət çəkir. Azərbaycan və Avropa İttifaqı “Tərəfdaşlıq prioritetləri” sənədinin mətnini razılaşdırıb və strateji əməkdaşlıq üzrə müzakirələri bərpa edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən və tərəfdaşlığın 30 illiyinə həsr olunan danışıqlar məhsuldar keçib. Tərəflər sənədin əsas müddəalarını ilkin olaraq razılaşdırıb və yeni ikitərəfli strateji tərəfdaşlıq sazişi üzrə danışıqları yenidən başlayıblar. Aİ nümayəndəliyi qeyd edib ki, əsas diqqət siyasi dialoqun gücləndirilməsinə, əlaqələrin inkişafına və iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlib. Həmçinin xatırladılıb ki, Avropa İttifaqı Şurası 14 noyabr 2016-cı ildə Avropa Komissiyası və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsinə Azərbaycanla yeni saziş üzrə danışıqlar aparmaq mandatı verib. Bu sənəd 1996-cı ildən qüvvədə olan tərəfdaşlıq və əməkdaşlıq sazişini əvəz etməlidir. Yeni strateji tərəfdaşlıq sazişinin dörd əsas blokdan ibarət olacağı gözlənilir. Bununla belə, xüsusilə ticarət-iqtisadi sahədə bəzi məsələlər hələ də açıq qalır. Bu proses əslində Azərbaycan ilə Aİ arasında münasibətlərin yenilənməsi cəhdi kimi qiymətləndirilə bilər. “Tərəfdaşlıq prioritetləri”nin razılaşdırılması tərəflərin əməkdaşlığı davam etdirmək niyyətində olduğunu göstərir. Əsas çətinlik iqtisadi sahədədir. Burada bazarlara çıxış, enerji əməkdaşlığı və standartlar kimi həssas məsələlər var. Aİ daha sərt qaydalar təklif edir, Azərbaycan isə qərarvermədə daha çox müstəqilliyi qorumağa çalışır. Bununla yanaşı, Aİ üçün Azərbaycan enerji və nəqliyyat baxımından vacib tərəfdaş olaraq qalır. Azərbaycan isə investisiya və texnologiya baxımından Avropa ilə əməkdaşlığı genişləndirmək istəyir. Nəticə etibarilə, siyasi yaxınlaşma daha sürətli getsə də, iqtisadi razılaşmalar prosesin taleyini müəyyən edəcək əsas amil olaraq qalır.

Azərbaycan-Aİ əməkdaşlığı haradək inkişaf edə bilər? Ekspertlərimizin bu barədə maraqlı şərhləri var.

Deputat Sahib Alıyev Musavat.com-a açıqlamasında mövzumuzla bağlı maraqlı açıqlamalar verib: “İyunun əvvəlində Bakıda keçirilən görüşlərdə Azərbaycan ilə Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi ilkin olaraq razılaşdırılıb və yeni çərçivə sazişinin təxminən 90%-nin hazır olduğu bildirilir. Bununla belə, yerdə qalan 10%-lik hissə son dərəcə mühüm məsələləri əhatə edir və illərdir aparılan danışıqlarda tərəflərin mövqeyində hər hansı əhəmiyyətli dəyişiklik baş verməyib. Əgər Avropa İttifaqı yalnız öz çıxarlarını əsas götürəcəksə, bu dəyişikliyin baş verəcəyi də gözlənilmir. Yəni Azərbaycanın mövcud şəraitdə Avropaya ixrac etdiyi enerji daşıyıcılarının, ilk növbədə təbii qazın qiymətini daxili bazar qiymətlərinə yaxınlaşdıracağını real hesab etmirəm. Belə bir tələb yalnız ölkəmiz Avropa İttifaqına üzv qəbul ediləcəyi, yaxud Qərbin öz qabaqcıl texnologiyalarını bizimlə tam bölüşəcəyi təqdirdə ədalətli görünə bilərdi”. S.Alıyev digər məqama da diqqət çəkib: “Hesab edirəm ki, Ümumdünya Ticarət Təşkilatına üzvülük və “Açıq səma” sazişinin prinsiplərinə uyğun əməkdaşlıq məsələlərində ortaq məxrəcə gəlmək, Azərbaycanın qazını ölkəmizdəki tariflə Avropaya satması və ya qiymətləri süni şəkildə oradakı səviyyəyə qaldırması tələbinin icrasından daha asandır. Eyni zamanda, açıq etiraf etmək lazımdır ki, sazişin bu qədər gecikdirilməsində Fransanın “oyunpozucu” və ləngidici rolu az deyil. Avropa Parlamentində Azərbaycanın öz torpaqlarını işğaldan qurtarmasının və ölkə üzərində suverenliyini tam bərpa etməsinin əleyhinə yönələn əksər qətnamələrin müəllifi məhz Fransadır”. Deputat verilən anonsla bağlı elə də nikbin fikirdə deyil: “Əgər Avropa İttifaqının adından çıxış edən parlamentdə Azərbaycanla əlaqələrin dondurulması və ölkəmizə qarşı sanksiyaların tətbiqi barədə qətnamələr qəbul olunursa, bu, sözügedən qurumla Azərbaycan arasında tərəfdaşlıq sazişi ilə bağlı aparılan danışıqlara müsbət təsir göstərə bilərmi? Əlbəttə, yox. Ona görə də Avropa İttifaqı öz mövqeyində əhəmiyyətli dəyişikliklər etməsə, yaxın perspektivdə belə bir sazişin imzalanacağını düşünmürəm. Dəyişiklik olunacağı və saziş imzalanacağı təqdirdə belə, Fransanın onu ratifikasiya edəcəyi hələlik sual altındadır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə ölkəmizin önəmli rolundan bəhs edib: “Ərazi bütövlüyünü təmin edən və azad edilmiş ərazilərdə yenidənqurma işlərini genişləndirən Azərbaycanın bölgədə rolu artmaqla yanaşı, ölkəmiz nəqliyyat və enerji layihələrinin əhəmiyyətli mövqeyə sahibdir. Avropa Azərbaycandan keçən nəqliyyat yollarından istifadə etməyi planlaşdırır. Bundan başqa Azərbaycanda yeni qaz rezervlərinin işlənilməsinə başlanılması da Brüsselin diqqət mərkəzindədir. Bu səbəbdən Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı daha üst səviyyəyə qaldırmağı planlaşdırır. Avropa İttifaqı ilə artan əməkdaşlıq Azərbaycan üçün də vacibdir. Azərbaycanın əsas ticarət tərəfdaşları Avropadadır. Azərbaycan qazının əsas alıcıları da Avropa ölkələridir. Bu, Azərbaycanın gəlirlərinin artmasına imkan verir. Odur ki, bu səbəbdən Bakının Brüssellə imzalayacağı yeni tərəfdaşlıq sazişi siyasi və iqtisadi əlaqələrin yaxın gələcəyini müəyyənləşdirəcək”.

E.Şahinoğlu qeyd edib ki, Cənubi Qafqazın təhlükəsizliyi də Avropa İttifaqı üçün əhəmiyyətlidir: “Rusiya və İrandakı bəzi dairələr Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ABŞ və Avropa İttifaqı ilə sıx əməkdaşlığının əleyhinədirlər. Halbuki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlıqları üçüncü ölkələrə qarşı yönəlməyib. Azərbaycan müstəqil xarici və təhlükəsizlik siyasətinə üstünlük verir və bu çərçivədə Bakının Brüssellə tərəfdaşlığıı gücləndirməsi ölkəmizin seçimidir”.

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qalvusmed” Azərbaycanda 75, Türkiyədə 15 manatdır - Həkimlərin “xəstə alveri”...
Bu gün, 05:14
"Rusiya Paşinyanı yıxmaq istəyir": ABŞ arxa durur... - Kim qalib gələcək?
Bu gün, 05:11
"Sea Breeze"də oğlu dava salan Leysan Məmmədovdan yarım milyonluq satınalma - TƏFƏRRÜAT
Bu gün, 05:07
İran ABŞ-nin Qətərdəki hərbi əməliyyatlar mərkəzini sıradan çıxarıb - "Air and Space Forces Magazine" jurnalı
Bu gün, 05:01
Ermənistanda sükut günü başlayıb
Bu gün, 04:59
ABŞ İranın radar qurğularına zərbələr endirib - CENTCON
Bu gün, 04:58
Sabiq şöbə müdirindən haqqında yayılan xəbərə - Reaksiya
Dünən, 23:17
Abşeronda sahibkarlarla görüş keçirildi - Fotolar
Dünən, 18:34
“Sümükləri gec bitişir, çiyni ağrıyır” – Flora Kərimovanın səhhətindən danışdı
Dünən, 18:26
Məhkəmə ekspertizası sahəsində standartlaşdırma üzrə Texniki Komitə yaradıldı
Dünən, 18:24
Maaşları bəllidir, bəs milyonları haradan gəlir? – İcra başçıları ilə bağlı SENSASİON AÇIQLAMA
Dünən, 17:41
Azərbaycanı kim və nə üçün hədəfə alır? - AKTUAL
Dünən, 17:35
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Dünən, 17:28
Akademik Akif Əlizadə Geologiya İnstitutunun direktoru vəzifəsindən çıxarılıb - TƏSDİQLƏNDİ
Dünən, 17:25
“Qədir Rüstəmovun arxasınca danışırdılar, biriniz “Sona bülbüllər”-i oxumursunuz ki, olan-qalan hörmətiniz də itər” - ANIM
Dünən, 17:16
İran ABŞ gəmilərini atəşə tutub - “Təsnim”
Dünən, 17:13
Dron hücumunda yaralanan Azərbaycan vətəndaşı: Hər şey yaxşıdır - "Valideynlərim narahat olmasın"
Dünən, 17:08
Vardan Qukasyan bir qrup şəxslə Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham olunub
Dünən, 17:07
BEYNƏLXALQ HOQQABAZLIQ... -Şərlənən tək biz deyilik... İSRAİL DƏ TƏDBİR GÖRSÜN!
Dünən, 17:04
Ağdamın başçısından 300 minlik tender: eyni prospekti təkrar malalayır - TƏFƏRRÜAT
Dünən, 17:01
Kəmaləddin Heydərov öz şirkətini qalib etdi - AY MAŞALLAH...
Dünən, 16:57
Azərbaycanda fermerlərlə bağlı yeni tələblər - CƏRİMƏLƏR, MƏBLƏĞLƏR
Dünən, 16:50
Geologiya İnstitutunun direktoru vəzifəsinə təyinat olub - FOTO
Dünən, 16:45
Hər kişi məclisinə getməyən NİGAR: - “O şərti efirdə deyə bilmərəm”
Dünən, 16:43
Evlər niyə sığortasızdır: Qiymət bahadır, yoxsa “kupça” verilmir? - AKTUAL
Dünən, 16:38
Azov dənizində gəmidə həlak olan Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub
Dünən, 16:36
Ermənistanda seçki prosesi və Qərbin ikili standartları: - demokratiya adı altında siyasi manipulyasiya
Dünən, 16:35
Paşinyandan daha bir ziddiyyətli açıqlama: - Sülhü 2031-ci ilə qədər uzadır
Dünən, 16:31
Rusiya İrəvan üçün “qollarını çırmalayıb” - ŞƏRH
Dünən, 16:30
Müctəba Xamenei 2 mindən çox məhkumu əfv etməyə razılıq verib - "Mehr" agentliyi
Dünən, 16:28
Avropa Ermənistanı Rusiyanın əlindən alır - ŞƏRH
Dünən, 16:25
Şahin Şıxlinskini əvəz edən Vidadi Mustafayevin işi məhkəməyə göndərildi
Dünən, 16:21
Putin Zelenskinin məktubuna qiymət verəcək, gözləmək lazımdır - Peskov
Dünən, 16:19
Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars”
Dünən, 16:10
Köçəryan guya sülh olacaq dedi, ardınca yeni şərtlər sıraladı - AKTUAL
Dünən, 16:06
Avropa İttifaqına üzvlük Serbiyanın strateji məqsədidir - Aleksandar Vuçiç
Dünən, 16:02
"Yevlaxlıların adından ümumi danışma" - Kafedəki davanın TƏFƏRRÜATI
Dünən, 15:14
Qaluzin azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı başsağlığı verdi
Dünən, 15:12
Stalinin yeganə qorxduğu şəxs: - Azərbaycanlı Məşədi Kazım...
Dünən, 15:05
Eldar Mahmudovun oğlunun evsiz qoymaq istədiyi ailələr... - Ali Məhkəməyə üz tutdu
Dünən, 15:02
44 günlük müharibənin generallarından birinə yeni ittiham - KİV
Dünən, 14:57
Azərbaycan CNN-in əsassız iddialarını qətiyyətlə rədd edir, təkzib tələb edir - RƏSMİ
Dünən, 14:54
Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Dünən, 13:12
Allahın, yoxsa texnikanın ümidinə: - Yollara sürücüsüz avtomobillər çıxır
Dünən, 13:10
Kremldən Bakıya yeni təklif: - Putin Əliyevə görə Şuşaya gəlir?
Dünən, 13:03
“Tramp marşrutu” Cənubi Qafqaza sülh gətirəcək - ABŞ Dövlət Departamenti
Dünən, 13:02
İcra Hakimiyyəti mənzil-kommunal xidmətləri üçün 23 milyon manatlıq mal alır
Dünən, 12:56
Müəllimini güllələyən şagirdin valideynləri - İlk dəfə danışdı
Dünən, 12:54
Şair Əşrəf Veysəlli vəfat edib
Dünən, 12:49
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru