Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir .....                     Şəmkirdə 26 yaşlı oğlan kafedə qətlə yetirilib .....                     Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq .....                     Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır .....                     Dörd liderin başa düşdüyü tək məqam: .....                     İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır .....                     "KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var" .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub .....                     "İşimi itirərəmsə, evimi də itirəcəm..." .....                     Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir .....                     Rusiya üstünlüyümüzü bilir, hücum etsə... .....                     Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi .....                     Bütün əsas ərzaq məhsulları bahalaşıb .....                     Bakının avtobus İŞGƏNCƏSİ... .....                     Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? .....                     İlon Mask tarixdə ilk trilyonçu olub .....                     TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır .....                     "AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU .....                     Vakansiyalar qul əməyi istəyir: .....                     Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... .....                     Peşə Təhsili Agentliyində nə baş verir? .....                     "Təcili yardıma getdim, mənə kofein vurdular..." .....                     "Quranda belə bir qadağa yoxdur!" .....                     Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? .....                     "Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" .....                     Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? .....                     Güney Qafqazda sülh.. .....                     Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI .....                     Paşinyandan "Zəngəzur əməliyyatı" .....                     Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub .....                     Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib .....                     Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar .....                     Dərslik yerinə süni intellekt: .....                     Paşinyan konstitusion çoxluqdan məhrum oldu .....                     “Premium Bank”dan “GoldenPay”ə transfer .....                     Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir .....                     Azərbaycanda hansı rayonda nə qədər qazi var? .....                     Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib .....                     Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb .....                 

Rusiya Azərbaycana qarşı hərəkətə keçir – Moskva nəyə hazırlaşır?
Tarix: 4-06-2026, 11:00 | Çap et

“Qarabağ məsələsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilib. Buna görə də, keçmişdə separatçı qruplar tərəfindən siyasi simvol kimi istifadə edilən “Biz və dağlarımız” abidəsinin Rusiyada yenidən açılması sadəcə mədəni fəaliyyət hesab edilməməlidir. Bu addım Rusiyanın Cənubi Qafqazdakı tarixi təsirini tamamilə itirmək istəmədiyini və bölgədəki erməni diasporu ilə münasibətlərini davam etdirməyə çalışdığını göstərir”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə türkiyəli ekspert İsmail Cingöz bildirib.

Ekspert hesab edir ki, mövcud şəraitdə bu cür simvolik təşəbbüslər regional sülhə töhfə verməməklə yanaşı, keçmiş münaqişələri yenidən alovlandırmaq riskini daşıyır:

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müzakirə olunduğu bir vaxtda separatçı dövrün simvollarını gündəmə gətirmək tərəflər arasında formalaşmaqda olan etimada mənfi təsir göstərə bilər”.

İ.Cingöz qeyd edib ki, Rusiyanın baxış bucağından, bu təşəbbüs, Qarabağ üzərində faktiki təsirini itirsə belə, Cənubi Qafqazda psixoloji və mədəni təsirini qorumaq cəhdinin göstəricisi kimi qəbul edilə bilər:

“Moskva bu cür simvollar vasitəsilə həm Rusiyadakı erməni icmasına mesaj göndərir, həm də regional proseslərdən tamamilə kənarda qalmadığını göstərməyə çalışır. Lakin davamlı sülhə gedən yol keçmişin separatçı simvollarında deyil, qarşılıqlı suverenliyə və beynəlxalq hüquqa əsaslanan regional əməkdaşlıqdadır”.

Siyasi şərhçi əlavə edib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca və Qərbyönlü Paşinyan administrasiyası ilə Türkiyə və Azərbaycan arasında sülh və normallaşma prosesində müsbət irəliləyişlər baş verərkən, Rusiyada Qarabağdakı separatçı dövrünün simvollarından biri olan bir abidənin yenidən qurulması, Moskvanın Cənubi Qafqazdakı təsirinin tamamilə bitmədiyini nümayiş etdirmək və Rusiyayönlü müxalifətə və Paşinyana qarşı çıxan kilsəyə dəstək vermək məqsədini nəzərə alaraq, simvolik vasitələrlə bölgədəki tarixi təsirini qorumaq cəhdi kimi qəbul edilə bilər.

Fransalı tarixçi, politoloq Maksim Quen isə bildirib ki, bu addım həm Azərbaycanı, həm də Paşinyan hökumətini təhdid etməyin bir yoludur:

“Bildiyiniz kimi, Rusiya 2023-cü ilin yayına qədər Xankəndidəki separatçı quruma silah-sursat vermiş və azad edildikdən sonra bölgəni boşaltmağa məcbur olmuşdu. Bundan əlavə, Vladimir Putin Fransa və Avropa Birliyinin vasitəçiliyi ilə qəbul edilən Praqa bəyannaməsinə uyğun olaraq Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını həmişə deyir. Dolayısı ilə nəzərdə tutur ki, Ermənistan hökuməti Rusiya ilə həmrəy olsaydı, bu baş verməzdi. Separatizm tərəfdarları 2022, 2023 və 2024-cü illərdə İrəvanda nümayiş keçirdilər və bəzən hökumət binalarına hücum etməyə çalışdılar. Xoşbəxtlikdən, nümayişçilərin sayının az olması səbəbindən buna nail ola bilmədilər”.

Fransalı ekspert onu da qeyd edib ki, son dövrdə Azərbaycan və Ermənistanın Qərb ölkələri ilə yaxınlaşması Rusiya tərəfindən çox mənfi qarşılandı:

“Moskva bilir ki, növbəti addım Ermənistandakı Rusiya hərbi bazalarının bağlanması olacaq. Və Azərbaycanın Ukraynaya maddi dəstək göstərməsinə nifrət bəsləyir. Beləliklə, bu abidənin quraşdırılması bir qədər çarəsizlikdən yaranan, İrəvan və Bakıya təsir etmək cəhdidir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müharibədə geridönüş: Ukrayna Rusiyaya qalib gəlir - “Bloomberg”
Bu gün, 09:51
Şəmkirdə 26 yaşlı oğlan kafedə qətlə yetirilib
Bu gün, 09:47
Sosial şəbəkələr Azərbaycanda ciddi hüquqi çərçivəyə salınacaq - TƏFƏRRÜAT
Bu gün, 09:45
Vəfat edən keçmiş səfir vəzifəli şəxsin qardaşıdır - Ataları da vəzifədə işləyib
Bu gün, 09:43
Dörd liderin başa düşdüyü tək məqam: - Moskva indi bu şərtlərlə razılaşmayacaq, amma...
Bu gün, 09:40
İran Xameneini qorumaq üçün ABŞ ilə messencer sxemi vasitəsilə əlaqə saxlayır – “Bloomberg”
Bu gün, 09:38
"KTMT-nin Türkiyəni "təhlükə" kimi təqdim etməsinin bir neçə səbəbi var" - İNCƏLƏMƏ
Bu gün, 09:32
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:30
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO
Bu gün, 09:25
"İşimi itirərəmsə, evimi də itirəcəm..." - İxtisar xəbərdarlığı alan işçidən SOS!
Bu gün, 09:24
Ya İran ABŞ-ı barmağına dolayıb, ya da Tramp dünya ilə məzələnir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:12
Rusiya üstünlüyümüzü bilir, hücum etsə... - Qrinkeviç
Bu gün, 08:04
Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi - REPLİKA
Bu gün, 07:00
Bütün əsas ərzaq məhsulları bahalaşıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:55
Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
Bu gün, 06:37
Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
İlon Mask tarixdə ilk trilyonçu olub - "Reuters"
Bu gün, 06:03
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
Bu gün, 05:36
"AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU - Şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bu gün, 05:33
Vakansiyalar qul əməyi istəyir: - Təklif olunan maaşlar çox aşağıdır
Bu gün, 05:27
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
Bu gün, 05:25
Peşə Təhsili Agentliyində nə baş verir? - İLGİNC
Bu gün, 05:23
"Təcili yardıma getdim, mənə kofein vurdular..."
Bu gün, 05:03
"Quranda belə bir qadağa yoxdur!" - Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU
Bu gün, 05:01
Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? - Ekspert deyir ki...
Bu gün, 04:58
"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" - ÇÜNKİ...
Bu gün, 04:56
Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? - AKTUAL
Bu gün, 04:53
Güney Qafqazda sülh.. HƏLƏ REAL DEYİL...
Bu gün, 04:51
Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...
Bu gün, 04:48
Paşinyandan "Zəngəzur əməliyyatı" – Gecəylə sildirdi
Bu gün, 04:42
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub - "Axios"
Bu gün, 04:40
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib - AÇIQLAMA
Bu gün, 04:35
Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
Dünən, 18:21
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Dünən, 17:31
Paşinyan konstitusion çoxluqdan məhrum oldu - ŞƏRH
Dünən, 17:29
“Premium Bank”dan “GoldenPay”ə transfer - BUNDAN SONRA...
Dünən, 17:24
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir - “Armenia Today”
Dünən, 17:21
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
Dünən, 17:20
Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib
Dünən, 17:16
Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb - SİYAHI
Dünən, 17:07
Şou-biznesin ən çox izlənən məşhurları - 3 milyon...
Dünən, 17:04
Paşinyan "Müharibə olmayacaq" deyir, amma… - Bakıdan REAKSİYA
Dünən, 16:58
Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik - Tramp BELƏ DEYİR...
Dünən, 16:55
TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib - ƏMR
Dünən, 15:15
Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək - Adam oğurluğunda ittiham olunur
Dünən, 15:10
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 15:03
"Təsəvvür edin ki, Azərbaycana gedirik" - Paşinyan
Dünən, 14:58
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Dünən, 14:54
Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:03
“Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” – QALMAQALLI AÇIQLAMA
Dünən, 13:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru