Rusiya üstünlüyümüzü bilir, hücum etsə... .....                     Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi .....                     Bütün əsas ərzaq məhsulları bahalaşıb .....                     Bakının avtobus İŞGƏNCƏSİ... .....                     Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? .....                     İlon Mask tarixdə ilk trilyonçu olub .....                     TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır .....                     "AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU .....                     Vakansiyalar qul əməyi istəyir: .....                     Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... .....                     Peşə Təhsili Agentliyində nə baş verir? .....                     "Təcili yardıma getdim, mənə kofein vurdular..." .....                     "Quranda belə bir qadağa yoxdur!" .....                     Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? .....                     "Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" .....                     Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? .....                     Güney Qafqazda sülh.. .....                     Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI .....                     Paşinyandan "Zəngəzur əməliyyatı" .....                     Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub .....                     Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib .....                     Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar .....                     Dərslik yerinə süni intellekt: .....                     Paşinyan konstitusion çoxluqdan məhrum oldu .....                     “Premium Bank”dan “GoldenPay”ə transfer .....                     Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir .....                     Azərbaycanda hansı rayonda nə qədər qazi var? .....                     Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib .....                     Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb .....                     Şou-biznesin ən çox izlənən məşhurları .....                     Paşinyan "Müharibə olmayacaq" deyir, amma… .....                     Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik .....                     TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib .....                     Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək .....                     Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi .....                     "Təsəvvür edin ki, Azərbaycana gedirik" .....                     “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib .....                     Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? .....                     “Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” .....                     Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq .....                 

"Azərbaycan 90-cı illərin ölkəsi deyil” - Vahid Əhmədov
Tarix: 4-06-2026, 10:50 | Çap et

"Mən cənab Prezidentin çıxışına qulaq asmışam. Ümumiyyətlə, bilirik ki, doğrudan da 30 il ərzində Azərbaycanda Xəzər Neft və Qaz Sərgisinin keçirilməsi çox böyük əhəmiyyət kəsb edir. Həm siyasi, həm də iqtisadi baxımdan bu sərginin böyük əhəmiyyəti var".

Bu sözləri “AzPolitika”ya açıqlamasında sabiq millət vəkili, tanınmış iqtisadçı alim Vahid Əhmədov Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və dövlət başçısının buradakı çıxışını şərh edərkən bildirib.

O, qeyd edib ki, bu müddət ərzində ABŞ, Türkiyə, Böyük Britaniya və digər dövlətlərin rəhbərləri və ya yüksək səviyyəli nümayəndələri mütəmadi olaraq bu sərgiyə qatılırlar: "Sərgidə əsas neft-qaz ölkələrinin stendləri qurulur, müasir texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə edilir. Burada şirkətlər arasında yeni əlaqələr yaranır, əməkdaşlıq genişlənir və innovativ texnologiyalar təqdim olunur".

V.Əhmədov Azərbaycanın ötən onilliklərdə böyük inkişaf yolu keçdiyini vurğulayıb: "Əlbəttə, Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Bilirik ki, 1992-ci ildə ölkədə kifayət qədər ciddi problemlər var idi. Torpaqlarımızın 20 faizi işğal altında idi, bir milyona yaxın qaçqın və məcburi köçkünümüz var idi. Ölkə ağır iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycana böyük həcmdə investisiyaların cəlb olunması üçün zəmin yaratdı. Bu müqavilə sayəsində ötən müddət ərzində ölkəyə neft və qaz sektorundan milyardlarla dollar vəsait daxil olub. Həmin vəsaitlərin bir hissəsi sosial sahəyə, bir hissəsi ise investisiya layihələrinə yönəldilib. Bu da həm neft-qaz sənayesinin inkişafına, həm də insanların sosial rifahının yaxşılaşmasına öz müsbət təsirini göstərib".

Sabiq millət vəkili Avropanın enerji təhlükəsizliyində Bakının rolunun artdığını diqqətə çatdırıb: "Mən hesab edirəm ki, Azərbaycanda neft-qaz sənayesinin inkişafı, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, Azərbaycan qazının Avropa ölkələrinə ixracı mühüm əhəmiyyət daşıyır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan qazına tələbat daha da artıb. Hazırda da qaz ehtiyacları ilə bağlı proqnozlar kifayət qədər yüksəkdir. Hesab edirəm ki, Azərbaycan gələcəkdə də qaz ixracını artıracaq. Ümumilikdə, bu sərginin keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin sərgidəki çıxışı da Azərbaycanın keçdiyi inkişaf yolunu bir daha nümayiş etdirir".

Mövcud problemlərə və regional risklərə də toxunan V. Əhmədov bildirib: "Düzdür, problemlər hər zaman olur. Nə qədər inkişaf əldə edilsə də, həllini gözləyən məsələlər qalır. Təhlükəsizliklə bağlı risklər də mövcuddur. Vaxtilə Azərbaycanın neft və qaz kəmərlərinə qarşı müxtəlif təxribat cəhdləri olub. Azərbaycanın müstəqilliyini və inkişafını istəməyən qüvvələr də mövcuddur. Buna baxmayaraq, Azərbaycan qonşu dövlətlərlə münasibətləri inkişaf etdirməyə və əməkdaşlığı genişləndirməyə çalışır".

Vahid Əhmədov Azərbaycanın cari iqtisadi dayanıqlığını rəqəmlərlə ifadə edib: "Bütün çətinliklərə baxmayaraq, Azərbaycan inkişaf edir. Ölkənin dövlət borcu ÜDM-in təxminən 6 faizi səviyyəsindədir ki, bu da kifayət qədər aşağı göstəricidir. Valyuta ehtiyatlarımız isə 80 milyard dolları ötüb. Bütün bunlar ölkədə iqtisadi sabitliyin və inkişafın göstəriciləridir. 2025-ci ildə iqtisadi artım tempində müəyyən zəifləmələr müşahidə olunsa da, bu, əsasən dünyada baş verən geosiyasi proseslər, Rusiya-Ukrayna müharibəsi, qlobal iqtisadi durğunluq, inflyasiyanın yüksəlməsi və digər amillərlə bağlıdır".

Sərginin qlobal nüfuzunu və ölkəmizin alternativ enerji strategiyasını xatırladan V.Əhmədov fikirlərini bu sözlərlə yekunlaşdırıb: "Azərbaycanda hər il Neft və Qaz Sərgisinin keçirilməsi yenə də bizim üçün böyük əhəmiyyət daşıyır. Burada iştirak edən şirkətlərin əksəriyyəti dünya miqyasında tanınmış neft-qaz şirkətləridir. ABŞ, Türkiyə və digər ölkələrdən yüksək səviyyəli nümayəndələrin tədbirdə iştirakı da sərginin nüfuzunu göstərir.

Nə qədər ki, dünyada neft və qaza ehtiyac var, Azərbaycan bu sahədə mühüm rol oynamağa davam edəcək. Bəli, hazırda alternativ enerji mənbələrinin inkişafı sürətlənir. Külək və günəş enerjisindən istifadə genişlənir. Azərbaycan da bu istiqamətdə ciddi addımlar atır. Xızıda, Yaşmada və digər bölgələrdə bərpa olunan enerji layihələri həyata keçirilir. Xarici şirkətlərlə mühüm müqavilələr imzalanıb və onların bir hissəsi artıq icra mərhələsindədir.

Prezidentin də qeyd etdiyi kimi, gələcəkdə külək və günəş enerjisinin payının artırılması istiqamətində işlər davam etdiriləcək. Bununla yanaşı, neft və qaz ixracından əldə olunan gəlirlər ölkənin sosial rifahının yüksəlməsinə və iqtisadi inkişafına xidmət edəcək. Bir daha qeyd edirəm ki, bu sərginin keçirilməsi həm iqtisadi, həm siyasi, həm də Azərbaycanın dünyada etibarlı enerji tərəfdaşı kimi tanınması baxımından böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrinin Azərbaycan qazına olan tələbatı da bunu bir daha təsdiqləyir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya üstünlüyümüzü bilir, hücum etsə... - Qrinkeviç
Bu gün, 08:04
Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi - REPLİKA
Bu gün, 07:00
Bütün əsas ərzaq məhsulları bahalaşıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:55
Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
Bu gün, 06:37
Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
İlon Mask tarixdə ilk trilyonçu olub - "Reuters"
Bu gün, 06:03
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
Bu gün, 05:36
"AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU - Şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bu gün, 05:33
Vakansiyalar qul əməyi istəyir: - Təklif olunan maaşlar çox aşağıdır
Bu gün, 05:27
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
Bu gün, 05:25
Peşə Təhsili Agentliyində nə baş verir? - İLGİNC
Bu gün, 05:23
"Təcili yardıma getdim, mənə kofein vurdular..."
Bu gün, 05:03
"Quranda belə bir qadağa yoxdur!" - Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU
Bu gün, 05:01
Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? - Ekspert deyir ki...
Bu gün, 04:58
"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" - ÇÜNKİ...
Bu gün, 04:56
Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? - AKTUAL
Bu gün, 04:53
Güney Qafqazda sülh.. HƏLƏ REAL DEYİL...
Bu gün, 04:51
Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...
Bu gün, 04:48
Paşinyandan "Zəngəzur əməliyyatı" – Gecəylə sildirdi
Bu gün, 04:42
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub - "Axios"
Bu gün, 04:40
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib - AÇIQLAMA
Bu gün, 04:35
Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
Dünən, 18:21
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Dünən, 17:31
Paşinyan konstitusion çoxluqdan məhrum oldu - ŞƏRH
Dünən, 17:29
“Premium Bank”dan “GoldenPay”ə transfer - BUNDAN SONRA...
Dünən, 17:24
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir - “Armenia Today”
Dünən, 17:21
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
Dünən, 17:20
Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib
Dünən, 17:16
Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb - SİYAHI
Dünən, 17:07
Şou-biznesin ən çox izlənən məşhurları - 3 milyon...
Dünən, 17:04
Paşinyan "Müharibə olmayacaq" deyir, amma… - Bakıdan REAKSİYA
Dünən, 16:58
Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik - Tramp BELƏ DEYİR...
Dünən, 16:55
TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib - ƏMR
Dünən, 15:15
Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək - Adam oğurluğunda ittiham olunur
Dünən, 15:10
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 15:03
"Təsəvvür edin ki, Azərbaycana gedirik" - Paşinyan
Dünən, 14:58
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Dünən, 14:54
Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:03
“Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” – QALMAQALLI AÇIQLAMA
Dünən, 13:02
Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq - Paşinyan
Dünən, 13:00
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
Dünən, 12:57
"İdrak"da şagirdin atəş açdığı silahın sahibi də cinayət təqibinə cəlb olunub - AÇIQLAMA
Dünən, 12:53
Ermənistan Rusiyanı əvəz edəcək yeni ölkələrin adlarını AÇIQLADI
Dünən, 12:49
Sahib Məmmədovun “PUTYOVKA” BAZARI... - Vətəndaş narazıdır...
Dünən, 12:41
Ermənistan-Türkiyə sərhədi AÇILDI - HƏLƏLİK...
Dünən, 12:17
Zalujnı Zelenskini ÜSTƏLƏDİ – “Dəmir general” gəlir?
Dünən, 12:11
Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?
Dünən, 12:05
“MEQAPLUS MMC”-dən şikayət - “Mənə olan borc elə 130000 manatdır”
Dünən, 11:53
AzəriQaz vətəndaşı YÜKLƏYİR... MƏHKƏMƏ İSƏ... - TƏFƏRRÜAT
Dünən, 11:49
AZAL-ın vəzifəli şəxsi təyyarənin cihazlarını sökərək oğurlayıb - Detallar
Dünən, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru