“Bizim futbolumuz irəli gedib, inkişaf etməlidir. Ən əsası ona görə ki, biz qalib xalqıq. Dövlət bu işə xüsusi diqqət edir. Mən düşünürəm ki, imkanlı insanlar futbola sərmayə qoyub, sponsorluq etməlidirlər. Sponsor olmasa vəziyyət ağır olacaq. Fikirlər var, iş gedir. Düşünürəm ki, futbolumuzun, yığma komandamızın uğurları hələ qarşıdadır”.
Bunu Moderator.az-a özəl açıqlamasında Əməkdar məşqçi, futbol mütəxəssisi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov deyib.
Məşqçi daha sonra onu mətbuatda kobud adlandıranlara belə cavab verib:
“Mən sadə insanam və hamı ilə asan dil tapıram. Məndə komandalarımda elə ağır xasiyyətli oyunçular olub ki, onlarla çox normal və yaxşı işləmişik. Uğurlarımız da olub. Düşünmürəm ki, hansısa jurnalistlə yaxud da insanla artıq-əskik danışmışam. Bəzən görünüş və təqdimat fərqli olur. Biz də insanıq da. Məni dünən tanıyan bu gün də tanıyır və bir-birimizə hörmət edirik”.








