“Şansım olsaydı, o balaca Səidəyə başqa həyat yazardım”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova “Öz aramızda” verilişində deyib. Keçmişi ilə bağlı etiraflar edən sənətçi efirdə göz yaşlarına hakim ola bilməyib:
“Bu Səidəni çox incitdilər. Şansım olsaydı, o balaca Səidəyə başqa həyat yazardım. Kaş yuxudan oyananda görəydim ki, yenə körpəyəm. Sadəcə, hüzur dolu bir həyat yaşadardım o qıza. Heç vaxt istəməzdim ki, Səidə müğənni olsun. Heç vaxt onu sənət aləminə qoymazdım. Bu Səidə öz yerində deyil. Mən statuslu insanam. Müğənni o demək deyil ki, çıxıb oxudu, getdi. Müğənninin səhnəyə çıxması, davranışı, danışığı nümunə olmalıdır. Demirəm ki, ideal olmalıdır, çünki onsuz da ideal insan yoxdur”.








