“Vaşinqtonun marağı azaldıqda və ya prioritetləri dəyişdikdə, ABŞ Ermənistanla əldə olunmuş razılaşmaları özünə heç bir zərər vermədən dayandıracaq”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ dövlət katibi Maro Rubionun Ermənistana səfəri zamanı əldə edilmiş razılaşmaları şərh edərkən deyib.
“Vaşinqtonun iştahası kəsiləndə və ya prioritetləri dəyişəndə, bütün bunları özləri üçün tamamilə ağrısız şəkildə dayandıracaqlar”, - Zaxarova bildirib.
Xatırladaq ki, mayın 26-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Marko Rubio İrəvanda “Tramp marşrutu” layihəsi çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığa dair çərçivə sazişi imzalayıb. Bundan əlavə, tərəflər hərtərəfli strateji tərəfdaşlığa dair sənəd imzalayıb, həmçinin nadir torpaq minerallarının tədarükü, hasilatı və emalına dair müqavilələr bağlayıblar. Erməni nazir “Tramp marşrutu” üzrə yekun sazişin bir neçə həftə ərzində imzalanacağını açıqlayıb.








