Müğənni Xəyalə Manaflı ona tənqid yazanlara cavab verib.
Axşam.az xəbər verir ki, sənətçi "Efirdən kənar" proqramında qazancının olmamasından söz açıb. O bildirib ki, geyim, layihə pul tələb edir:
"Pul qazanmaq çox çətindir. Hər şey bahadır. Məni müəyyən qism qınayır ki, çıxmırsan, oxumursan, geyinmirsən. Bunlar bahalıdır. Sənətimdən qazanmıram ki, sənətimə, layihələrimə, görünüşümə, geyimimə yatırım edim. Bunu tamaşaçı anlamır. Əvvəlki yeniliklərimi görənlər xatırlayır.
Məsələn, əvvəl Elnarə Xəlilova fantastik yeniliklər edirdi. Onu prodakşın mailiyələşdirirdi, yatırım var idi. İndi yox".








