Rusiya üstünlüyümüzü bilir, hücum etsə... .....                     Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi .....                     Bütün əsas ərzaq məhsulları bahalaşıb .....                     Bakının avtobus İŞGƏNCƏSİ... .....                     Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? .....                     İlon Mask tarixdə ilk trilyonçu olub .....                     TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır .....                     "AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU .....                     Vakansiyalar qul əməyi istəyir: .....                     Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... .....                     Peşə Təhsili Agentliyində nə baş verir? .....                     "Təcili yardıma getdim, mənə kofein vurdular..." .....                     "Quranda belə bir qadağa yoxdur!" .....                     Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? .....                     "Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" .....                     Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? .....                     Güney Qafqazda sülh.. .....                     Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI .....                     Paşinyandan "Zəngəzur əməliyyatı" .....                     Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub .....                     Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib .....                     Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar .....                     Dərslik yerinə süni intellekt: .....                     Paşinyan konstitusion çoxluqdan məhrum oldu .....                     “Premium Bank”dan “GoldenPay”ə transfer .....                     Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir .....                     Azərbaycanda hansı rayonda nə qədər qazi var? .....                     Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib .....                     Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb .....                     Şou-biznesin ən çox izlənən məşhurları .....                     Paşinyan "Müharibə olmayacaq" deyir, amma… .....                     Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik .....                     TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib .....                     Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək .....                     Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi .....                     "Təsəvvür edin ki, Azərbaycana gedirik" .....                     “Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib .....                     Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? .....                     “Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” .....                     Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq .....                 

Ayda 22 milyon ziyan: - Paşinyan Rusiyanın imtina etdiyi malları Azərbaycana göndərəcək?
Tarix: 3-06-2026, 17:05 | Çap et

“Ermənistan Rusiyaya idxalı qadağan olunmuş məhsulların ixracat bazarını diversifikasiya edəcək”.

Seçki kampaniyası mitinqində çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

“Biz yeni satış bazarlarından danışırıq. Beynəlxalq tərəfdaşlarımıza tez reaksiya verdiklərinə görə minnətdarıq və tezliklə gül, meyvə və tərəvəz almaq üçün konkret təkliflərimiz olacaq”, - deyə Paşinyan qeyd edib.

O, Rusiyaya ixrac qadağasından təsirlənən istehsalçılara dəstəyini vəd edib.

Əgər bibər xarab olarsa, mən onun pulunu ödəyəcəyəm, hökumət də onun pulunu ödəyəcək. Lakin bütün bunların nəticəsində həm Ermənistanda bibər istehsalı, həm də ixrac artacaq. İxracata ədalətsiz maneələrin olduğu bütün hallarda dəstək və subsidiya proqramları həyata keçiriləcək”,- Ermənistanın Baş naziri bildirib.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan isə Rusiyaya ixracı qadağan edilmiş məhsulların Avropa bazarlarına tədarük ediləcəyini deyib.

Qeyd edək ki, rəsmi Moskvanın Ermənistan məhsullarına ardıcıl məhdudiyyətlər tətbiq etməsindən sonra Nikol Paşinyanın hansı davranış sərgiləcəyi daha çox müzakirə olunurdu. Bu baxımdan, Ermənistan rəhbərliyi ya Avropa İttifaqına interqasiya siyasətindən imtina edərək Avrasiya İqtisadi ittifaqında qalacağına dair Rusiya qarşısında müəyyən öhdəliklər götürməli, ya da təzyiqlər yayınmaq üçün alternativ bazarlar axtarmağa çalışmalı idi.

Ermənistanın verdiyi rəsmi açıqlamalar Paşinyan hakimiyyətinin daha çox ikinci varianta, yəni ixracatın diversifikasiyasına üstünlük verdiyini göstərir. 2025-ci ildə Ermənistandan Rusiyaya 186 milyon dollar dəyərində meyvə, tərəvəz və gül ixrac olunub.

Bu göstərici Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının 94 faizini təşkil edir. Bundan başqa, Ermənistan Rusiyaya 9000 tona yaxın və ya 72 milyon dollar dəyərində akvakultura balığı tədarük edib. Rusiyanın tətbiq etdiyi qadağalardan sonra Ermənistan istehsalçıları çətin vəziyyətə düşüb.

Əgər Ermənistan alternativ satış bazarları tapa bilməsə, aqrar sektor böhranla üzləşə bilər. Yaranmış vəziyyəti təhlil edən “Modern Logistics” logistika şirkətinin təsisçisi Robert Mikaelyan yerli mediaya aşıqlamasında bildirib ki, Ermənistanın meyvə-tərəvəz ixracını Rusiyadan digər ölkələrə yönləndirmək hazırda olduqca çətindir:

“Bu, bəlkə də mümkün deyil. Yük maşınlarının İrandan keçməsi çətin olduğundan, meyvə-tərəvəzi quru yolu ilə ərəb ölkələrinə daşımaq problemdir. Bunu etmək üçün İran qanunvericiliyinə görə, Ermənistan yerli yük maşınlarını icarəyə götürməlidir. Göründüyü kimi, bu da əlavə xərc deməkdir”.

Mikaelyan hesab edir ki, hava yolu ilə daşınma mümkün olsa da, Ermənistanın yük təyyarələri kifayət qədər deyil. Daşınma Ermənistanda fəaliyyət göstərən “Emirates”, “Flydubai”, “Qatar Airways” kimi ərəb aviaşirkətləri vasitəsilə həyata keçirilə bilər ki, bunun da həcmi azdır.

Amma Mikaelyan qeyd edir ki, hətta bu halda belə, münasib qiymət təklif etmək lazımdır:

“Bəzi meyvə və tərəvəz (məsələn, çiyələk) bəzən Ermənistanda Birləşmiş Ərəb Əmirliklərinə nisbətən daha baha olur. BƏƏ-də isə heç kim Ermənistan meyvəsinə həddindən artıq pul ödəməz. Çünki orada o qədər də populyar deyil”.

O qeyd edib ki, Körfəz ölkələrindəki alıcıların seçimlərini də nəzərə almaq lazımdır. Əvvəllər Mikaelyan dəfələrlə Ermənistandan BƏƏ-nə və Küveytə meyvə-tərəvəz ixrac etdiyini deyib. Xüsusilə, ərik və şaftalı da daxil olmaqla, çəyirdəkli meyvələrə orada tələbat yoxdur, giləmeyvə və alma daha populyardır.

Əvvəllər BƏƏ-nə və digər Körfəz ölkələrinə alma tədarükü daha çox İrandan həyata keçirilib. Lakin İranla ərəb ölkələri arasında sonuncu müharibə bu idxal-ixrac əməliyyatlarını dayandırıb. Ona görə də Ermənistan bu il bağlardan yığılacaq almanı Körfəz ölkələrinə tədarük edəcəyinə ümid edir.

Türkiyə ilə sərhədlərin bağlı olması Ermənistan üçün alternativ bazarlara çıxış üçün əlavə problem yaradır. Ona görə də Rusiyanın təzyiqləri Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşmasına və birbaşa ticarətin həyata keçirilməsinə ehtiyacını artırıb.

Ermənistanın Baş nazirinin Türkiyə Prezidentinə zəng etməsi da məhz bu kontekstdə nəzərdən keçirilir. Paşinyanın hakimiyyətdə qalması Türkiyənin maraqlarına cavab verdiyindən rəsmi Ankara Ermənistanın çətin durumdan çıxması üçün məyyən tədbirlər görə bilər.

Ancaq Ermənistan məhsullarının Türkiyə bazarına ixracı inandırıcı görünmür. Çünki Türkiyə özü kənd təsərrüfatı məhsullarının ixracatçısı kimi dünyada ön sıralardan birini tutur. Ankara ölkə ərazisində Ermənistanın meyvə və tərəvəzinin satışına bəlkə də müvəqqəti icazə verə bilər.

Lakin Türkiyənin bu prosesdə tranzit ölkə kimi daha çox rol oynayacağı gözlənilir. Belə ki, Ermənistanın kənd təsərrüfat məhsulları Türkiyə üzərindən ərəb ölkələri və Avropaya daşına bilər.

Çox güman ki, Ermənistan meyvə-tərəvəz məhsullarının bir qismini aldığı benzin və dizelin müqabilində Azərbaycana tədarük etməyə çalışacaq. Əks təqdirdə, Nikol Paşinyan dəymiş ziyana görə fermerlərə ayda 22 milyon dollar ödəməlidir. Ermənistanın isə bu vəsaiti ödəmək imkanında olması şübhə doğrurur.

Paşinyanın xarab olmuş bibərin pulunu öz üzərinə götürəcəyi barədə dedikləri isə daha çox seçkiqabağı ictimai rəyə hesablanıb. Əgər Ermənistan alternativ bazarlar tapmaqda çətinlik çəkərsə, o zaman Paşinyan daha çox üçüncü varianta nail olmağa çalışacaq.

Bu, seçkilərdən sonra Moskva ilə münasibətlərdəki gərginliyin aradan qaldırılması və Rusiyanın qoyduğu qadağaların ləğvinə nail olmaqdan ibarətdir. Paşinyan yaxın 10-15 ildə Ermənistanın Avropa İttifaqı üzvlüyünə namizəd statusu qazana bilməyəcəyini yaxşı anlayır.

Lakin o, avrointeqrasiya kursundan və ABŞ ilə “Tramp marşrutu”nun açılmasına dair razılaşmadan imtina etmək fikrində də deyil. Rusiya da Paşinyan seçkilərdə qalib gələrsə, onunla işləməyə davam edəcək.

Ona görə də Paşinyan Rusiyanın geosiyasi maraqlarına zidd addımlar atmayacağına və Ermənistanın Aİİ müqaviləsinin öhdəliklərinə sadiq qalacağına Putini inandırmaqla iqtisadi məhdudiyyətləri aradan qaldırmağa səy göstərəcək.

İkitərəfli iqtisadi münasibətlərin kəsilməsi Rusiyanın da maraqlarına cavab vermədiyindən, çox güman ki, seçkilərdən sonra Kremlin ritorikası dəyişəcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya üstünlüyümüzü bilir, hücum etsə... - Qrinkeviç
Bu gün, 08:04
Kitabxanalar, uçan göyərçinlər və timsahın nəmli dərisi - REPLİKA
Bu gün, 07:00
Bütün əsas ərzaq məhsulları bahalaşıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:55
Bakının avtobus İŞGƏNCƏSİ... - Kağız üzərində işləyən AYNA!
Bu gün, 06:37
Neftli torpaqları DƏDƏ MALI bilənlər kimdir? - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
İlon Mask tarixdə ilk trilyonçu olub - "Reuters"
Bu gün, 06:03
TƏBİB-də rəhbərlər dəyişir, sistem olduğu kimi qalır - Raminlə, Vüqarla, Anarın nə fərqi?...
Bu gün, 05:36
"AZƏRİQAZ" ŞEFİNİN SAXTA QƏBUL OYUNU - Şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bu gün, 05:33
Vakansiyalar qul əməyi istəyir: - Təklif olunan maaşlar çox aşağıdır
Bu gün, 05:27
Teymur Musayevin səhiyyəsi çöküb: Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə... - FAKT BUDUR!
Bu gün, 05:25
Peşə Təhsili Agentliyində nə baş verir? - İLGİNC
Bu gün, 05:23
"Təcili yardıma getdim, mənə kofein vurdular..."
Bu gün, 05:03
"Quranda belə bir qadağa yoxdur!" - Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU
Bu gün, 05:01
Kənd təsərrüfatı məhsulları ucuzlaşa bilərmi? - Ekspert deyir ki...
Bu gün, 04:58
"Paşinyan Azərbaycanın şərtini yerinə yetirmək üçün alternativ yollar axtarmalıdır" - ÇÜNKİ...
Bu gün, 04:56
Ermənistan Rusiyanın hərbi və iqtisadi birliklərindən çıxmaqla nə itirəcək? - AKTUAL
Bu gün, 04:53
Güney Qafqazda sülh.. HƏLƏ REAL DEYİL...
Bu gün, 04:51
Mingəçevirdə başçının ŞÜBHƏLİ ORTAQLARI - Bir araşdıran olsa...
Bu gün, 04:48
Paşinyandan "Zəngəzur əməliyyatı" – Gecəylə sildirdi
Bu gün, 04:42
Trampın İranla bağlı açıqlaması Netanyahu üçün gözlənilməz olub - "Axios"
Bu gün, 04:40
Den Carvis Böyük Britaniyanın müdafiə naziri təyin edilib - AÇIQLAMA
Bu gün, 04:35
Rusiyadan erməni məhsulları ilə bağlı növbəti qərar
Dünən, 18:21
Dərslik yerinə süni intellekt: - "Təhsil "qəfəs"dən çıxır"
Dünən, 17:31
Paşinyan konstitusion çoxluqdan məhrum oldu - ŞƏRH
Dünən, 17:29
“Premium Bank”dan “GoldenPay”ə transfer - BUNDAN SONRA...
Dünən, 17:24
Ermənistan Azərbaycandan qaz almaq ehtimalını istisna etmir - “Armenia Today”
Dünən, 17:21
Azərbaycanda hansı rayonda nə qədər qazi var? - SİYAHI
Dünən, 17:20
Rusiya Ermənistandan karantin altında olan malların idxalını qadağan edib
Dünən, 17:16
Bu il özəl sektorda işləyənlərin sayı 12,7 min nəfər azalıb - SİYAHI
Dünən, 17:07
Şou-biznesin ən çox izlənən məşhurları - 3 milyon...
Dünən, 17:04
Paşinyan "Müharibə olmayacaq" deyir, amma… - Bakıdan REAKSİYA
Dünən, 16:58
Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik - Tramp BELƏ DEYİR...
Dünən, 16:55
TƏBİB-in İcraçı direktoruna yeni müavini təyin edilib - ƏMR
Dünən, 15:15
Rusiyada saxlanılan “qanuni oğru” Azərbaycana veriləcək - Adam oğurluğunda ittiham olunur
Dünən, 15:10
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 15:03
"Təsəvvür edin ki, Azərbaycana gedirik" - Paşinyan
Dünən, 14:58
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verilib
Dünən, 14:54
Sosial şəbəkədə yaş qadağası nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:03
“Kişi baxır ki, arvad evdə iy verir, amma küçəyə çıxanda ətirlənir...” – QALMAQALLI AÇIQLAMA
Dünən, 13:02
Hökumətin yeni tərkibində əhəmiyyətli dəyişikliklər olmayacaq - Paşinyan
Dünən, 13:00
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu... - nəticəsiz "uğur" təqdim edilir (FOTOLAR)
Dünən, 12:57
"İdrak"da şagirdin atəş açdığı silahın sahibi də cinayət təqibinə cəlb olunub - AÇIQLAMA
Dünən, 12:53
Ermənistan Rusiyanı əvəz edəcək yeni ölkələrin adlarını AÇIQLADI
Dünən, 12:49
Sahib Məmmədovun “PUTYOVKA” BAZARI... - Vətəndaş narazıdır...
Dünən, 12:41
Ermənistan-Türkiyə sərhədi AÇILDI - HƏLƏLİK...
Dünən, 12:17
Zalujnı Zelenskini ÜSTƏLƏDİ – “Dəmir general” gəlir?
Dünən, 12:11
Kartof sahədə 10 qəpik, marketdə 80 qəpik – Qazanan KİMDİR?
Dünən, 12:05
“MEQAPLUS MMC”-dən şikayət - “Mənə olan borc elə 130000 manatdır”
Dünən, 11:53
AzəriQaz vətəndaşı YÜKLƏYİR... MƏHKƏMƏ İSƏ... - TƏFƏRRÜAT
Dünən, 11:49
AZAL-ın vəzifəli şəxsi təyyarənin cihazlarını sökərək oğurlayıb - Detallar
Dünən, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru