İsrail kömək üçün Ukraynaya müraciət etdi .....                     Bayramqabağı ət bahalaşdı .....                     Zelenski ABŞ-ın İran dronlarından müdafiə üçün ehtiyac duyduğu sonuncu şəxsdir .....                     Tramp ABŞ-də yanacağın qiymətinin artmasından narahat deyil .....                     Hörmüz məsələsi... .....                     ABB betər... partnyoru ondan da betər... .....                     Ermənistan seçim qarşısında... .....                     Bir dəfə səhv etdik... 500 il geri düşdük... .....                     Dövlət şirkətində AİLƏ PODRATI... .....                     "Bu niyə belə olmalıdır axı..." .....                     Azərbaycan BAHALI NEFT dövrünün astanasında... .....                     Moskvanın humanizmi, yoxsa... .....                     Mingəçevir Modern Teatrının İLK MƏZUNLARI... .....                     Tramp ABŞ-nin İranla bağlana biləcək müqavilədən məmnun olmadığını bildirib .....                     Ruhi Əliyevanın holdinqində vergi borcu... .....                     "Demək istədiyim o qədər çox şey var idi ki..." .....                     Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur? .....                     İlbər Ortaylının dəfn olunacağı yerdə Azərbaycanlı maarifçi də uyuyur .....                     “İran neftini daşıyan bir neçə tanker azad edildi” .....                     İran dronu Əbu-Dabidə neft emalı zavoduna hücum edib .....                     Tramp: Bir sıra ölkələr Hörmüz boğazına hərbi gəmilər göndərəcək .....                     İran Ukraynanı Tehran üçün qanuni hədəf adlandırdı .....                     Keçmiş deputat YAP-dan ÇIXARILIR .....                     Bu günkü iməclikdə Bakının 537 küçəsi yuyuldu .....                     Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı .....                     "Oğlumun toyuna Sibel Canı gətirəcəyəm" .....                     "Oğlunu azad etdirəcəm" .....                     Vüqar Əhmədov növbəti 4 il üçün Su İdmanı Növləri Federasiyasına rəhbərlik edəcək .....                     Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir .....                     İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi .....                     Zelenski Rusiyanın hücumlarından danışıb: .....                     Bir həftədə 8 azərbaycanlı Ukrayna müharibəsində öldü .....                     Dönər üstündə basabas cəmiyyətimizdə acı gerçəyi üzə çıxardı .....                     ADAU İzmirə səfər üçün 197 min manatlıq bilet sifariş edibmiş .....                     ABŞ klubu Nərimandan sonra .....                     Cənub-şərq küləyi əsəcək .....                     Xanımımla “dəmir toy” edəcəyik .....                     Xameneiyə görə qisas çağırışı edildi - Amerikalılar cəzalanacaq! .....                     Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb .....                     "Yaxşı olardı ki, Ermənistan tərəfi bu barədə açıqlama versin" .....                 

Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı - MƏQALƏ
Tarix: Dünən, 18:22 | Çap et

İlham Əliyev martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda çıxış edərək müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh və əməkdaşlıq məsələlərinin əhəmiyyətinə toxunub. Dövlət başçısı bildirib ki, hazırkı geosiyasi şəraitdə təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində əsas prioritetə çevrilməlidir. Onun sözlərinə görə, bu amillər olmadan digər inkişaf istiqamətləri əhəmiyyətini itirir, çünki son illərdə uzun müddət sabit inkişaf yolu keçmiş dövlətlər belə ciddi risklərlə üzləşirlər.

Prezident qeyd edib ki, regional təhlükəsizlik Azərbaycan üçün hər zaman əsas məsələ olub. İşğal dövründə ölkənin əsas məqsədi sülhün təmin edilməsi və suverenliyin bərpası idi. Bu proses uzun illər davam etsə də, nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa edib və hazırda regionda yeni mərhələ başlayıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan artıq yeddi aydır sülh şəraitində yaşayır və bu, güclü siyasi iradə, cəsarət və ardıcıl siyasətin nəticəsidir. Prezident xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində təsbit olunmuş özünümüdafiə hüququ çərçivəsində təmin edilib.

Dövlət başçısı bildirib ki, Azərbaycan işğal altında qalmış ərazilərini güc yolu ilə azad edib, lakin sülhə siyasi yollarla nail olub. Onun sözlərinə görə, bu, müasir tarixdə nadir nümunələrdən biridir. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal altında qalıb, milyonlarla insan etnik təmizləməyə məruz qalıb. Bu müddətdə beynəlxalq ictimaiyyət tərəfindən münaqişəyə lazımi səviyyədə diqqət yetirilməyib və bəzi beynəlxalq aktorların selektiv yanaşması problemin uzun illər həll olunmadan qalmasına səbəb olub. Prezident qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələri illərlə icra olunmayıb.

Prezident İlham Əliyev çıxışında 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsinin nəticələrinə də toxunaraq bildirib ki, sülh yolu ilə həll üçün bütün imkanlar tükəndikdə və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduqda gücdən istifadə qaçılmaz idi. Azərbaycan əvvəlcə hərbi yolla öz torpaqlarını azad edib, daha sonra siyasi dialoq vasitəsilə sülh prosesinə nail olub. Prezident bunu müasir tarixdə nadir təcrübə kimi qiymətləndirib və qeyd edib ki, bu proses suverenliyin bərpası ilə yanaşı regionda yeni siyasi reallıqlar yaradıb.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması da mühüm tarixi mərhələdir. Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında baş vermiş son hərbi toqquşmadan sonra 2025-ci ilin avqustunda sülh sazişinin paraflanmasına qədər iki ildən də az vaxt keçib və bu, normallaşma prosesinin olduqca sürətli getdiyini göstərir. Prezident bildirib ki, hazırda sərhəddə sabitlik hökm sürür, atəşkəs pozuntuları və insan itkiləri müşahidə olunmur. Azərbaycanın məqsədi isə uzunmüddətli deyil, davamlı və möhkəm sülhün təmin edilməsidir.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülhün yalnız kağız üzərində deyil, real həyatda möhkəmlənməsi üçün konkret addımlar atır. Bu çərçivədə Ermənistana müxtəlif istiqamətlərdən malların daşınmasına qoyulmuş bütün məhdudiyyətlər aradan qaldırılıb və ölkə üçün həyati əhəmiyyət kəsb edən neft məhsullarının ixracına başlanılıb. Dövlət başçısı vurğulayıb ki, bu addımlar Azərbaycanın sülhə sadiqliyinin göstəricisidir və ölkə regionda sabitliyin möhkəmlənməsinə töhfə vermək niyyətindədir.

Prezident çıxışında vasitəçilik institutunun fəaliyyətinə də toxunaraq bildirib ki, uzun illər münaqişənin həlli ilə məşğul olmuş ATƏT-in Minsk qrupunun fəaliyyəti nəticə verməyib. Onun sözlərinə görə, vasitəçilərin əsas məqsədi münaqişəni həll etməkdən daha çox onu dondurmaq və uzun müddət davam etdirmək olub.

Dövlət başçısı müasir dünyada enerji təhlükəsizliyinin də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini bildirib. Onun sözlərinə görə, enerji bazarında baş verən dəyişikliklər qlobal iqtisadiyyat üçün ciddi təsir yaradır və tarazlı enerji siyasəti böyük əhəmiyyət daşıyır. Prezident qeyd edib ki, Azərbaycan bütün enerji seqmentlərində – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi sahəsində istehsal və ixrac imkanlarına malikdir. Son bir ildə Azərbaycan qazını alan ölkələrin sayı 12-dən 16-ya yüksəlib və onların hamısı qazı boru kəmərləri vasitəsilə əldə edir. Bu göstəriciyə görə Azərbaycan coğrafi əhatə baxımından dünyada ən geniş qaz təchizat şəbəkəsinə malik ölkələrdən biridir.

Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində Azərbaycanın artan roluna da diqqət çəkib. O bildirib ki, münaqişələr və geosiyasi gərginliklər bir çox ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, qlobal tədarük zəncirləri üçün ciddi problemlər yaradır. Azərbaycan isə enerji sektorundan əldə olunan gəlirləri nəqliyyat və logistika infrastrukturunun inkişafına yönəldərək regionun əsas tranzit mərkəzlərindən birinə çevrilib. Bu gün ölkə həm Şərq–Qərb nəqliyyat dəhlizi, həm də Şimal–Cənub nəqliyyat dəhlizi üzrə mühüm tərəfdaş kimi çıxış edir və hər iki marşrut üzrə infrastruktur layihələri artıq tam şəkildə tamamlanıb.

Prezident bildirib ki, Ermənistanla sülh əldə edildikdən sonra regionda yeni nəqliyyat imkanları yaranır. Bu çərçivədə Orta Dəhlizin yeni istiqaməti üzərində iş aparılır və bu marşrut Ermənistan ərazisindən keçəcək. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında davamlı nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yaradılmasına imkan verəcək. Prezident vurğulayıb ki, bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, region ölkələri üçün də yeni iqtisadi imkanlar yaradacaq və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin dirketoru

"DİA-AZ"











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrail kömək üçün Ukraynaya müraciət etdi - "Ynet"
Bu gün, 08:44
Bayramqabağı ət bahalaşdı
Bu gün, 08:38
Zelenski ABŞ-ın İran dronlarından müdafiə üçün ehtiyac duyduğu sonuncu şəxsdir - Tramp belə deyir...
Bu gün, 08:33
Tramp ABŞ-də yanacağın qiymətinin artmasından narahat deyil
Bu gün, 07:00
Hörmüz məsələsi... - ARAŞDIRMA
Bu gün, 06:20
ABB betər... partnyoru ondan da betər... - NARAZILIQ VAR...
Bu gün, 06:18
Ermənistan seçim qarşısında... - İNCƏLƏMƏ
Bu gün, 06:12
Bir dəfə səhv etdik... 500 il geri düşdük... - UYARI
Bu gün, 06:08
Dövlət şirkətində AİLƏ PODRATI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 05:56
"Bu niyə belə olmalıdır axı..." - GİLEY
Bu gün, 05:46
Azərbaycan BAHALI NEFT dövrünün astanasında... - AKTUAL
Bu gün, 05:18
Moskvanın humanizmi, yoxsa... - GƏLİŞMƏ
Bu gün, 05:16
Mingəçevir Modern Teatrının İLK MƏZUNLARI... - FOTO
Bu gün, 05:13
Tramp ABŞ-nin İranla bağlana biləcək müqavilədən məmnun olmadığını bildirib - "NBC News"
Bu gün, 05:09
Ruhi Əliyevanın holdinqində vergi borcu... - 10 manatlıq kapital və "sirli" rəhbər dəyişiklikləri
Bu gün, 05:07
"Demək istədiyim o qədər çox şey var idi ki..." - FOTO
Bu gün, 05:05
Hansı hallarda valyuta ehtiyatlarından istifadə olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:00
İlbər Ortaylının dəfn olunacağı yerdə Azərbaycanlı maarifçi də uyuyur - Akif Aşırlı
Bu gün, 04:59
“İran neftini daşıyan bir neçə tanker azad edildi” - SEPAH komandirindən şok açıqlama
Bu gün, 04:53
İran dronu Əbu-Dabidə neft emalı zavoduna hücum edib
Bu gün, 04:47
Tramp: Bir sıra ölkələr Hörmüz boğazına hərbi gəmilər göndərəcək
Dünən, 19:01
İran Ukraynanı Tehran üçün qanuni hədəf adlandırdı - AÇIQLAMA
Dünən, 18:37
Keçmiş deputat YAP-dan ÇIXARILIR - FOTO
Dünən, 18:31
Bu günkü iməclikdə Bakının 537 küçəsi yuyuldu
Dünən, 18:24
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı - MƏQALƏ
Dünən, 18:22
"Oğlumun toyuna Sibel Canı gətirəcəyəm"
Dünən, 16:09
"Oğlunu azad etdirəcəm" - Övladı həbsdə olan ataya qarşı DƏLƏDUZLUQ
Dünən, 16:05
Vüqar Əhmədov növbəti 4 il üçün Su İdmanı Növləri Federasiyasına rəhbərlik edəcək
Dünən, 15:58
Azərbaycan Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsidir - Aİ rəsmisi
Dünən, 15:51
İH-in təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi - FOTO
Dünən, 15:16
Zelenski Rusiyanın hücumlarından danışıb: - Moskva Yaxın Şərqdəki müharibədən istifadə etməyə çalışacaq
Dünən, 13:09
Bir həftədə 8 azərbaycanlı Ukrayna müharibəsində öldü – soydaşlarımız yad cəbhələrdə həlak olur
Dünən, 13:07
Dönər üstündə basabas cəmiyyətimizdə acı gerçəyi üzə çıxardı - MALƏSƏF...
Dünən, 12:48
ADAU İzmirə səfər üçün 197 min manatlıq bilet sifariş edibmiş
Dünən, 12:33
ABŞ klubu Nərimandan sonra daha bir azərbaycanlı üçün müraciət etdi
Dünən, 12:28
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:25
Xanımımla “dəmir toy” edəcəyik - 88 yaşlı Anardan AÇIQLAMA
Dünən, 12:23
Xameneiyə görə qisas çağırışı edildi - Amerikalılar cəzalanacaq!
Dünən, 12:17
Bakıda Novruz ərəfəsində geniş təmizlik işləri aparılıb - FOTO
Dünən, 12:10
"Yaxşı olardı ki, Ermənistan tərəfi bu barədə açıqlama versin" - deputat
Dünən, 12:04
Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI
Dünən, 11:58
Zakir İbrahimov onun vəzifəsini yüksəltdi - FOTO
Dünən, 11:42
Sərxan Kərəmoğlu onları tənqid etdi, özü tənqidlərə tuş gəldi - “Pafosla danışırlar!”
Dünən, 11:38
Ermənistan Azərbaycana yol təklif edir: Azərbaycan isə zəmanət istəyir - GƏLİŞMƏ...
Dünən, 11:36
Separatçılar yenə “qan-qan” deyirlər: “İmkan verməyəcəyik” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 11:34
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ - MƏQALƏ
Dünən, 11:20
Azərbaycan şirkətlərinin milyonlarla borc aldığı MMC müflis oldu
Dünən, 11:15
Avtobus səfərində yeni şou: - Simonyan Paşinyanın “ürəyini” yedi
Dünən, 11:11
“Tərbiyə adı ilə zorakılıq olmaz” – Yeni qanun layihəsi nəyi VƏD edir?
Dünən, 11:06
Azərbaycanda dövlət agentliyi ləğv edilib
Dünən, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru