Ermənistanın Baş naziri Nikol Pashinyan və parlamentin spikeri Alen Simonyan bu dəfə də qeyri-rəsmi görüntülərlə müzakirə mövzusu olublar.
Musavat.com bildirir ki, Paşinyan və Simonyan yenə birlikdə avtobusla səfər edərkən görüntüləniblər. Maraqlı məqam isə Simonyanın cibindən çıxardığı xüsusi pirojna olub. O, həmin pirojnanı yeyərək zarafatla baş nazirə eyham vurub. Pirojna Paşinyanın sosial şəbəkələrdə tez-tez əlləri ilə göstərdiyi məşhur ürək işarəsi formasında hazırlanıb.
Videogörüntü qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəni zarafat və istehza ilə şərh ediblər. Bəzi istifadəçilər isə “iki boşanmış kişi yenə də avtobusda yemək yeyir” kimi gülməli və ironik şərhlər yazaraq görüntüləri paylaşmağa başlayıblar.












