İran qaynayır, İsrail və ABŞ pusquda .....                     "Azəriqaz" smart kartlarında problem "Azəriqaz"ın ÖZÜNDƏN QAYNAQLANIR .....                     Mülayim qərb küləyi əsəcək .....                     İran yeni qarışıqlıq astasında .....                     Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir .....                     Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür .....                     Bazarlarda nar “böhranı” .....                     TENDER HOQQASI: Bir nəfərə məxsus iki şirkət... .....                     Qaz kartına niyə pul yükləmək olmur: “Azəriqaz” və şirkət “bizlik deyil” deyir .....                     Adnan Əhmədzadənin obyekti DÖVLƏTƏ ZİYAN VURUB... .....                     Biz Tramp administrasiyasının tam dəstəyinə malikik .....                     Prezidentdən xalqa “HAZIR OLAQ” mesajı .....                     "Şikayətlərə baxan da yoxdur..." .....                     Dələduzluq ittihamları, sıfır təcrübə və yüksək vəzifə... .....                     İranda qan su yerinə axır: .....                     İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib .....                     2025-ci il ərzində Rusiya Ukraynada nə qədər ərazi işğal edib? .....                     USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək .....                     Rusiyadan ABŞ-a sorğu: Bu tankeri saxlama! .....                     Təslim olan ukraynalı hərbçidən .....                     Lambert erməniləri necə təsvir edib... .....                     "Nazirin qəbuluna yazıldı... nazir də qəbul etmədi..." .....                     "Odlu At ili" 5 BÜRCƏ elə qapılar açacaq ki... sevgi, pul... .....                     Regionda yeni müharibə gözlənilir: üçüncü ölkə də qoşulacaq .....                     Ukrayna müharibəsindən sonra Aİ-nin Ermənistana və Azərbaycana ixracı nə qədər artıb? .....                     Qəhrəman generalın .....                     Ailə içində etibarnamə tələbi... .....                     İş şəraiti sanitar normalara cavab vermir... .....                     "Həmin vaxtlar maraqlı işlər görürdük" .....                     Elxan Allahverdiyevin rəhbərliyi altında TİKİNTİ XAOSU .....                     Global Media Group-da Adnan Əhmədzadə "təmizliyi" .....                     “Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş .....                     Əmrullayev saxta professorla bağlı qərar verəcəkmi? .....                     Bakı, Ankara, Moskva və Brüssel arasında Ermənistan siyasətinin reallığı... .....                     İdarəetmədə Elxan İbrahimov nümunəsi... .....                     Niyə müalicə üçün HƏLƏ DƏ xaricə gedirik? .....                     Ermənilərin yeni “qəhrəmanı” Avanesyan və dəyişməyən xislət .....                     Ukrayna nə NATO üzvü olacaq, nə də AB üzvü... .....                     Aydın Məmmədov: “Adil Qeybulla bizdən üzr istəməlidir" .....                     Almaniyada 21 nəfər Yeni il lotereyasında ən azı bir milyon avro udub .....                 

İran qaynayır, İsrail və ABŞ pusquda – Tehran rejiminin xilas yolu varmı?
Tarix: Bu gün, 12:28 | Çap et

İranda etiraz aksiyaları davam edir. 2025-ci ilin son günlərindən başlayan aksiyalar artıq dördüncü gecədir ki, səngimir. Paytaxt Tehran başda olmaqla Həmədan, Yəsuc, Kuhdəşt, Rəşt və digər şəhərləri əhatə edən etirazlar ölkə üzrə geniş vüsət alıb. İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə gözyaşardıcı qazdan, su şırnaqlarından və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu deyilir. Xeyli sayda saxlanılan var.

Rəsmi dairələr əhaliyə sükut və dialoq çağırışları etsə də, hakimiyyət orqanları indiyədək böhranın aradan qaldırılması ilə bağlı konkret iqtisadi və ya sosial yol xəritəsi təqdim etməyib. Bu isə ictimai narazılığı daha da artırır.

Aksiyalar İran rialının kəskin dəyərdən düşməsinə, qiymətlərin sürətlə artmasına, işsizliyə və ümumi sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq başlasa da, əslində baş verən proses nə qəfil, nə də gözlənilməzdir. İranda illərdir yığılıb qalan və artıq gizlədilməsi mümkün olmayan problemlər mövcuddur. Bu problemlər müəyyən dövrlərdə məhz bu cür etirazlar və iğtişaşlar formasında üzə çıxır. Ölkə iqtisadiyyatı ardıcıl şəkildə geriləyir, İran rialı dollar qarşısında rekord səviyyədə dəyər itirir, inflyasiya isə əhalinin gündəlik həyatını iflic edir. Sosial-iqtisadi narazılığın əsas sosial bazasını daha çox orta təbəqə və aşağı gəlirli qruplar təşkil edir. Vəziyyət elə bir həddə çatıb ki, artıq adi yaşayış tərzi belə lüksə çevrilib. Bu fonda cəmiyyətlə hakimiyyət arasında kommunikasiya faktiki olaraq dağılmış vəziyyətdədir.

İqtisadi böhranla paralel olaraq etnik və mərkəz–əyalət münasibətlərindəki gərginlik də dərinləşir. Xüsusilə Güney Azərbaycan türkləri başda olmaqla, kürdlər, ərəblər və digər etnik qruplar arasında mərkəzi hakimiyyətə qarşı narazılıq sistemli xarakter alıb. Burada məsələ təkcə mədəni və dil hüquqları ilə məhdudlaşmır. İqtisadi ayrı-seçkilik, regional inkişafın qeyri-bərabərliyi və siyasi təmsilçilik problemləri etnik kimliklə birləşərək daha təhlükəli sosial vəziyyət formalaşdırır.

Əslində mövcud vəziyyəti ən dəqiq şəkildə İran Prezidenti Məsud Pezeşkianın özü ifadə edir. O, ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı çıxışında bildirib ki, ictimai narazılığı aradan qaldırmaq üçün hökumət effektiv xidmətlər göstərməli, resursları düzgün idarə etməli, iqtisadi və sosial problemlərə praktik həll yolları tapmalıdır. Lakin bütün bunlar İranda baş vermədiyi kimi, bir çox hallarda narazılıqlar etnik faktorla alovlanaraq daha da nəzarətdən çıxan forma alır. Tarixdə bunun çoxsaylı nümunələri mövcuddur.

Hazırkı aksiyaları hələlik genişmiqyaslı xalq üsyanı kimi qiymətləndirmək tezdir. Mövcud vəziyyət daha çox “nəbz yoxlama” mərhələsini xatırladır. Həm daxili aktorlar, həm də xarici güclər İran cəmiyyətinin nə dərəcədə dözümlü və nə qədər mobilizə oluna bilən olduğunu test edir.

İranın uranın zənginləşdirilməsini dayandırmaması, İsraillə davam edən açıq və gizli qarşıdurma, eləcə də Tehranın uzlaşmaz regional siyasəti Vaşinqton və Təl-Əviv üçün mövcud rejimi strateji təhlükə statusuna gətirib. Bununla belə, İranla birbaşa və total müharibə ssenarisi nə ABŞ, nə də İsrail üçün optimal variant sayılır. Belə bir müharibə həm iqtisadi baxımdan son dərəcə bahalı, həm də regionu uzunmüddətli xaosa sürükləyə biləcək nəticələr doğura bilər.

Əgər mövcud sosial-iqtisadi böhran daha da dərinləşər, etnik narazılıqlar mərkəzlə koordinasiyasız şəkildə genişlənər və təhlükəsizlik aparatının nəzarət imkanları zəifləyərsə, İran “rəngli inqilab” tipli ssenari ilə üz-üzə qala bilər. Bu proses klassik küçə etirazlarından fərqli olaraq, uzunmüddətli, mərhələli və müxtəlif sosial qrupları birləşdirən xarakter daşıya bilər. Nepal, Madaqaskar və digər ölkələrdə müşahidə olunan “zəncirvari Z inqilab” modelləri göstərir ki, bu cür proseslər bir anda baş vermir, lakin uyğun siyasi və iqtisadi şərait formalaşdıqda sürətlə geri dönməz fazaya keçir.


Turan Rzayev
Globalinfo.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran qaynayır, İsrail və ABŞ pusquda – Tehran rejiminin xilas yolu varmı?
Bu gün, 12:28
"Azəriqaz" smart kartlarında problem "Azəriqaz"ın ÖZÜNDƏN QAYNAQLANIR - "Mpay" QSC-dən AÇIQLAMA
Bu gün, 12:21
Mülayim qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:19
İran yeni qarışıqlıq astasında – Etirazların arxasında nə dayanır?
Bu gün, 12:16
Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir
Bu gün, 12:09
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür - ANIM
Bu gün, 11:54
Bazarlarda nar “böhranı” – Qiymətlər kəllə-çarxa QALXDI
Bu gün, 11:51
TENDER HOQQASI: Bir nəfərə məxsus iki şirkət... - BU NƏDİ BELƏ?
Bu gün, 11:33
Qaz kartına niyə pul yükləmək olmur: “Azəriqaz” və şirkət “bizlik deyil” deyir - AÇIQLAMA
Bu gün, 11:25
Adnan Əhmədzadənin obyekti DÖVLƏTƏ ZİYAN VURUB... - TƏFƏRRÜAT
Bu gün, 11:24
Biz Tramp administrasiyasının tam dəstəyinə malikik - Hikmət Hacıyev
Bu gün, 11:14
Prezidentdən xalqa “HAZIR OLAQ” mesajı – 2026-da...
Bu gün, 11:11
"Şikayətlərə baxan da yoxdur..." - Sakinlər deyir ki...
Bu gün, 10:42
Dələduzluq ittihamları, sıfır təcrübə və yüksək vəzifə... - Xəqani İsmayılov necə direktor oldu?
Bu gün, 10:32
İranda qan su yerinə axır: - SEPAH yeniyetməni öldürdü
Bu gün, 10:26
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Bu gün, 10:12
2025-ci il ərzində Rusiya Ukraynada nə qədər ərazi işğal edib?
Bu gün, 10:05
USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək
Bu gün, 10:02
Rusiyadan ABŞ-a sorğu: Bu tankeri saxlama! - “Nyu York Tayms”
Bu gün, 09:14
Təslim olan ukraynalı hərbçidən ŞOK SÖZLƏR
Bu gün, 09:11
Lambert erməniləri necə təsvir edib... - 400 il əvvəl qoyulan diaqnoz...
Bu gün, 08:53
"Nazirin qəbuluna yazıldı... nazir də qəbul etmədi..." - NARAZILIQ VAR...
Bu gün, 08:31
"Odlu At ili" 5 BÜRCƏ elə qapılar açacaq ki... sevgi, pul... - Nağıl kimi dövr başlayır
Bu gün, 08:20
Regionda yeni müharibə gözlənilir: üçüncü ölkə də qoşulacaq – 2026 proqnozları
Bu gün, 08:13
Ukrayna müharibəsindən sonra Aİ-nin Ermənistana və Azərbaycana ixracı nə qədər artıb? - GƏLİŞMƏ
Bu gün, 08:09
Qəhrəman generalın ANIM GÜNÜDÜR...
Bu gün, 07:47
Ailə içində etibarnamə tələbi... - Mənasızdır, amma var....
Bu gün, 07:44
İş şəraiti sanitar normalara cavab vermir... - ONA GÖRƏ DƏ...
Bu gün, 07:40
"Həmin vaxtlar maraqlı işlər görürdük"
Bu gün, 06:20
Elxan Allahverdiyevin rəhbərliyi altında TİKİNTİ XAOSU - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
Global Media Group-da Adnan Əhmədzadə "təmizliyi" - Elnur Abdullayev və Məmməd Gülməmmədovdan YENİ ADDIM
Bu gün, 06:12
“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır
Bu gün, 06:06
Əmrullayev saxta professorla bağlı qərar verəcəkmi? - Görünəni odur ki...
Bu gün, 06:02
Bakı, Ankara, Moskva və Brüssel arasında Ermənistan siyasətinin reallığı... - NƏ BAŞ VERİR?
Bu gün, 05:47
İdarəetmədə Elxan İbrahimov nümunəsi... - AKTUAL
Bu gün, 05:45
Niyə müalicə üçün HƏLƏ DƏ xaricə gedirik? - ARAŞDIRMA
Bu gün, 05:42
Ermənilərin yeni “qəhrəmanı” Avanesyan və dəyişməyən xislət - NƏ ETMƏLİ?
Bu gün, 05:39
Ukrayna nə NATO üzvü olacaq, nə də AB üzvü... - Kalinyak
Bu gün, 05:34
Aydın Məmmədov: “Adil Qeybulla bizdən üzr istəməlidir" - QALMAQAL
Bu gün, 05:32
Almaniyada 21 nəfər Yeni il lotereyasında ən azı bir milyon avro udub - "BİLD"
Bu gün, 05:30
Xalq artisti həkimi ilə fotosunu paylaşdı VƏ...
Bu gün, 05:02
Təkcə oturmaq üçün 80 manat... - BU DA SİZƏ YENİ İL SÜRPRİZİ...
Bu gün, 04:55
"RAHAT market'dən QİYMƏT FIRILDAĞI - AXI NİYƏ?..
Bu gün, 04:47
'Azəriqaz'dan ƏNƏNƏVİ PROBLEM... - "Ölkə əhalisini qazsız saxlamağın bədəli olmalıdır..."
Bu gün, 04:39
Müştərisini soyan bankdan... ancaq qaçarlar... - GİLEY
Bu gün, 04:30
"Mən hansı kalondayam, görəsən?" - Məşhur YAP-çı sual edir...
Bu gün, 04:18
Mərkəzi Bankın hesabatındakı həqiqətlər... - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:59
Gürcüstan “Akkord”la bağlı cinayət işi qaldırıb - Rioni körpüsü işi
Bu gün, 03:53
"Bunun adı biabırçılıq deyilsə, bəs nədir..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:48
Azərbaycan Dövlət Neft Şirkətini İsrailə neft satmaqda ittiham edirlər - Türkiyədə təxribat...
Bu gün, 03:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru