"Sizin məsləhətinizə ehtiyac var!" "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında sabiq deputat, keçmiş icra başçısı, YAP-ın tanınmış simalarından olan Musa Musayev bildirib.
Özünün sosial şəbəkə hesabında olan dostlarına xitab edən məşhur YAP-çı daha sonra bildirir: "Neçə illərdir ki, məni düşündürən bir suala cavab tapmaq istəyirəm. 38 ilə yaxındır ki, mən siyasətlə məşğulam, müəyyən vəzifələrdədə çalışmışam. Lakin bir məsələ mənim üçün qaranlıqdır:
1. Beşinci kalon! Bu nə deməkdir və bura kimlər aiddir?
2. 1 , 2 , 3 , 4 - cü kalon nə deməkdir və bu kalona kimlər aiddir?
3. Məncə bu 5 kalon bir-biri ilə vuruşur, gözə görünməyən 6-cı kalon da xımır-xımır öz işindədir, saman altından su yeridə-yeridə öz işlərini görürlər.
Sizcə, mən düzmü fikirləşirəm?
4. Mən hansı kalondayam, görəsən?"
"DİA-AZ" bildirir ki, bu dolaşıq fikirlərdən sonra Musa Musayev sözünü belə bitirib: "Mənim yolum Ulu Öndərlə başlayıb, cənab Prezidentimlədə davam edir və edəcək də!"
Məşhur YAP-çı bu müraciətinin ardından sosial şəbəkə dostlarından rəy bildirmələrini də xahiş edib.









