“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                     Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı .....                     Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı .....                     “Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? .....                     Paşinyan Putinə 200 dəfə zəng edib .....                     İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır .....                     Dövlətin yol getdiyi Adam... .....                     Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır .....                     “Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” .....                     Köçəryan seçki sandığını terrorla əvəzləyir: .....                     “Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır .....                     Ermənistanda Rusiya pasportu skandalı: .....                     Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? .....                 

Bakı, Ankara, Moskva və Brüssel arasında Ermənistan siyasətinin reallığı... - NƏ BAŞ VERİR?
Tarix: 2-01-2026, 05:47 | Çap et

Ermənistan TRIPP (“Tramp marşrutu”) layihəsinin həyata keçirilməsi istiqamətində ABŞ tərəfi ilə fəal və intensiv iş aparır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyanın efirində bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin ikinci yarısında ölkə ərazisində artıq birbaşa tikinti işlərinə başlanması planlaşdırılır.

Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri baxımından kifayət qədər zəngin keçəcək”, – xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Nazir İranın layihəyə münasibətinə də toxunaraq bildirib ki, iranlı həmkarları suallar ünvanlayıblar və bu suallara cavab verilib: “Hazırda həm biz, həm də İran infrastrukturun blokadadan çıxarılmasında yeni imkanlar görürük”.

Mirzoyan həmçinin qeyd edib ki, Azərbaycan benzininin alınması Ermənistan vətəndaşları üçün olduqca sərfəlidir. Onun sözlərinə görə, boykot çağırışları səslənsə də, faktiki olaraq yanacaqdoldurma məntəqələrində məhz Bakı yanacağı almaq istəyənlərin növbəsi yaranır.

Sülh qurulub, əməkdaşlıq cəhdləri var, lakin bu o demək deyil ki, biz artıq lazımi yolu keçmişik. Ermənistan Azərbaycanla birbaşa ticarətin qurulması imkanlarını müzakirə edir. Mən əminəm ki, sülhün bərqərar olunması yolunda nə qədər irəliləsək, cəmiyyətimizdə mövcud olan psixoloji baryerləri nə qədər kənara qoya bilsək və praktik yönümlü əməkdaşlığı nə qədər fəal inkişaf etdirsək, bu cür ssenarilər bir o qədər real olacaq”, – Mirzoyan bildirib.

O, Ermənistan–Türkiyə münasibətlərinə də toxunaraq qeyd edib ki, bu istiqamətdə artıq konkret və real addımların atılmasının vaxtı çatıb: “Türkiyə ilə çox intensiv və müsbət dialoqumuz var. Düşünürəm ki, yaxın vaxtlarda ciddi irəliləyiş görəcəyik. Ola bilsin ki, ilin sonunadək simvolik addım atılsın”.

XİN rəhbərinin Moskva ilə gələcək münasibətlərə dair səsləndirdiyi fikirlər də diqqət çəkib.

Ermənistan hökumətinin gündəmində “Rusiyanı ölkədən çıxarmaq” və ya Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək niyyəti yoxdur. Belə bir siyasət mövcud deyil və bu mövqe beynəlxalq tərəfdaşlara da açıq şəkildə çatdırılır.

Aİ ilə münasibətlərin dərinləşdirilməsi Rusiyadan uzaqlaşmaq məqsədi daşımır. Əgər bir gün Avropa İttifaqına üzvlük məsələsi gündəmə gələrsə, təbii olaraq Avrasiya İqtisadi İttifaqındakı üzvlük məsələsi də müzakirə olunacaq. Zamanı çatanda bu barədə qərar veriləcək. Bununla yanaşı, Ermənistanın Aİ ilə münasibətləri inkişaf etməkdə davam edir.

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsi də Ermənistan hökumətinin gündəmində deyil”, – Mirzoyan qeyd edib.

Rusiyadan gələ biləcək mümkün hibrid təhdidlərə gəldikdə, XİN rəhbəri dezinformasiyanın əhəmiyyətli hissəsinin Rusiya ekspertləri və ya deputatları tərəfindən yayıldığını vurğulayıb. Onun sözlərinə görə, hibrid təhdidlər müxtəlif istiqamətlərdən, o cümlədən Rusiyadan da qaynaqlana bilər.

Göründüyü kimi, rəsmi İrəvan Yeni il ərəfəsində Bakı və Ankara ilə münasibətlərdə sülh gündəmini irəli aparmaq niyyətini açıq şəkildə nümayiş etdirir. Bununla belə, Moskva ilə gələcək münasibətlər məsələsində ehtiyatlı mövqe tutur. Mirzoyan nə Ermənistanın birmənalı şəkildə Avropayönlü kurs seçdiyini deyir, nə də Rusiya ilə strateji əlaqələri qırmağa hazır olduğunu söyləyir.

Ermənistanın xarici siyasətindəki bu reallıqları və gələcək perspektivləri necə qiymətləndirmək olar?

Rusiyalı siyasi analitik Mixail Neyjmakov Pressklub.az-a açıqlamasında bildirib ki, yaxınlaşmaqda olan parlament seçkiləri İrəvanın xarici siyasət taktikası və onunla işləyən bir sıra xarici oyunçuların mövqeyinə ciddi şəkildə təsir edə bilər.

2026-cı ilin birinci yarısında Ermənistan–Aİ xətti üzrə kifayət qədər intensiv təmaslar gözlənilir. Çünki bu istiqamətdə irəliləyişlər Nikol Paşinyan, eləcə də hakim “Vətəndaş Müqaviləsi” Partiyasının tərəfdarları və ən azı tərəddüd edən elektoratın nəzərəçarpacaq hissəsi üçün mühüm səfərbərlik amili olaraq qalır. Tamamilə mümkündür ki, İrəvan və Brüssel 2026-cı ilin may–iyun aylarında bu əməkdaşlıq çərçivəsində, yəni parlament seçkiləri ərəfəsində rezonans doğuracaq ictimai addım atsınlar.

Ermənistan hökuməti, böyük ehtimalla, ilk növbədə Aİ ilə vizasız rejimə keçid istiqamətində yeni və əhəmiyyətli irəliləyişlərə nail olmağa çalışacaq. Brüsselin bu istiqamətdə yeni addımlar atması da istisna deyil. Xatırladaq ki, Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maragos dekabr ayının sonunda verdiyi müsahibədə Brüssel–İrəvan əməkdaşlığı çərçivəsində konkret addımlara misal kimi ilk növbədə məhz “vizaların liberallaşdırılması üzrə dialoq”u qeyd etmişdi.

Böyük ehtimalla Rusiya və Ermənistan rəhbərliyi ən azı 2026-cı ilin yazına qədər münasibətlərin qurulmasında ehtiyatlı yanaşmanı qoruyacaqlar. Daha sonra isə çox şey Ermənistanın daxili siyasi vəziyyətindən və müəyyən dərəcədə Moskva–Bakı münasibətlərindən asılı olacaq. Nikol Paşinyan üçün Moskvanın müxalifətə istənilən formada dəstəyini məhdudlaşdırması vacibdir. Bu səbəbdən 2026-cı ilin yanvar–fevral aylarında Ermənistan–Rusiya xətti üzrə təmaslar ehtiyatlı şəkildə aktivləşə bilər.

Öz növbəsində, Moskvanın sonrakı taktikası Ermənistan müxalifətinin nə dərəcədə fəallaşacağından asılı olacaq. Əgər Ermənistanda etiraz fəallığı məhdud səviyyədə qalacaqsa və aparıcı müxalifət oyunçularının seçki kampaniyası inert xarakter daşıyacaqsa, Moskva, ən azı ictimai müstəvidə, bu prosesdən məsafə saxlaya bilər. Belə olan halda, İrəvan və Moskva arasındakı münasibətlər ehtiyatlı neytrallıq çərçivəsində qalacaq: Rusiyanın rəsmi şəxsləri Ermənistanla bağlı vəziyyətin İrəvanın daxili işi olduğunu vurğulayacaq, yalnız bəzi rezonanslı hallarda müxalifətə təzyiqlərlə bağlı ehtiyatlı narahatlıq ifadə edəcəklər. Ermənistan rəsmiləri isə xarici işlər naziri Ararat Mirzoyanın 2025-ci ilin dekabrında dediyi kimi, “Rusiyanı ölkədən çıxarmaq” məqsədinin olmadığını bildirəcəklər.

Lakin Ermənistanda müxalifətin fəallığının ciddi şəkildə artması fonunda, 2026-cı ilin təxminən aprel–iyun aylarında Moskva və İrəvanın bir-birinə ünvanlanlayacağı ictimai bəyanatlar xeyli soyuqlaşa bilər”, –ekspert hesab edir.

Neyjmakovun fikrincə, 2026-cı ilin birinci yarısında ABŞ-ın İrəvana yönəlik ictimai diqqəti böyük ehtimalla qorunub saxlanılacaq. Lakin bu diqqətin intensivliyi, o cümlədən Vaşinqton–Moskva münasibətlərindən və İran ətrafındakı vəziyyətdən asılı olacaq.

Xüsusilə, Donald Trampın Rusiya–Ukrayna münaqişəsinin nizamlanması üzrə vasitəçilik missiyası nə qədər problemli olarsa, ABŞ prezidentinin digər uğurlu beynəlxalq təşəbbüsləri, o cümlədən “Tramp Marşrutu”nu xatırlatmaq üçün bir o qədər ehtiyacı yaranacaq. 2026-cı ilin ilk aylarında Ukrayna böhranı ətrafında danışıqlar prosesinin çətinləşməsi, hətta müəyyən pauzaların yaranması ehtimalı artır. Bu dövrdə Vaşinqtonun “Tramp Marşrutu”na, o cümlədən ABŞ-ın nüfuzlu rəsmi şəxslərinin Cənubi Qafqaza, eləcə də Ermənistana səfərlərinə ictimai diqqəti artıra biləcəyi istisna deyil.

ABŞ-ın vitse-prezidenti Cey Di Vensin 2026-cı ilin fevralında Ermənistana səfər edəcəyi ilə bağlı şayiələr hələlik şayiə olaraq qalır. Amma məsələn, ABŞ dövlət katibi Marko Rubionun 2026-cı ilin birinci yarısında Cənubi Qafqaza səfəri heç də real olmayan ssenari deyil”, – Neyjmakov yekunlaşdırıb.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Ermənistanda Rusiya pasportu skandalı: - Məşhur milyarderin qohumu həbs oluna bilər
Bu gün, 11:23
Türk dövlətləri vahid valyutaya nə vaxt keçə bilər? - AÇIQLAMA
Bu gün, 11:11
Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar - "Xinhua" agentliyi
Bu gün, 11:09
Kremlin geosiyasi dalanı: Ermənistana qarşı sərt ritorika və isterika - Moskva yeni reallığı qəbul etməyə açıq şəkildə hazır deyil
Bu gün, 11:04
Özəl sektorda iş yerlərinin sayı 19,9 min artıb, muzdlu işçilərin sayı 28,8 min azalıb – Rəsmi
Bu gün, 11:03
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar – Saleh Səmədov işi böyüyür
Bu gün, 11:00
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da... - ETİRAZ VAR...
Bu gün, 10:53
Ankaradakı bəzi “qardaşlara” səmərəli təklif: “Arabalarınıza təyyarə qanadı taxın” - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:49
“Bunları yığışdırın, hər şeyi bacarırlar, muğam oxumaqda niyə aciz olsunlar ki?” - xanəndədən ETİRAZ
Bu gün, 10:35
Mühasib şirkətin vergi borclarının silinməsi adı ilə dələduzluq etdi, pulları “Topaz”da uduzdu
Bu gün, 10:34
Köçəryan erməni seçiciləri AZƏRBAYCANLA təhdid edir... - "Zəngəzurda məscid tikəcəklər..."
Bu gün, 10:25
Hamlet Musayevin qızı azadlığa buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru