"Vətəndaşa - Gədəbəydə yaşayan Həsənov Nurlan Mahir oğluna ömürlük olaraq 1-ci qrup veriblər. Bu yaxında çağırıblar gəl, yoxlayaq səni..." "DİA-AZ" bildirir ki, bunu özünün sosial şəbəkə hesabında ictimai fəal Zümrüd Məmmədova yazıb.
O daha sonra bildirir: "Xəstənin böyrəkləri də "otkaz" gedib, bir böyrəklə gəzir. Anası öz böyrəyini ona verib. Çağırıb deyiblər ki, səni 2-ci qrupa salırıq.
Analizləri də bərbad halda.
Nazirin qəbuluna yazıldı. Nazir qəbul etmədi. Dedilər, dediyimiz budur. 2 ci qrup...
Yetim indi qalıb ortada...
Sahil Babayev getdi, hamı sevindi, amma..."








