Artıq 21-ci əsrin 26-cı ilindəyik hələ də ibtidai problemlərlə əlləşirik. "DİA-AZ" qeyd edir ki, az qala hər təqvim ili dəyişəndə ölkənin qosqoca müəssisəsi olan "Azəriqaz" eyni problemi vətəndaşlara yaşadır. Söhbət "Azəriqaz" kartlarına pulun yüklənməsində yaranan problemdən gedir.
Bu dəfə də belə oldu. Yenə də abunəçilər gileylənir.
"DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ədil Hüseynov etirazını belə ifadə edir:
"AZƏRİQAZ ÖLKƏ ƏHALİSİNİ QAZSIZ QOYUB. BU NƏ BİABIRÇILIQDIR...
KARTLARA QAZ YÜKLƏMƏK MÜMKÜN DEYİL!
Azəriqaz İB-nin rəhbərliyi bu biabırçılığa görə cavab verməlidir. Ölkə əhalisini qazsız saxlamağın bədəli olmalıdır..."









