"Şikayətim Sumqayıtda yerləşən "Gənclik City" restoranındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə Müştəriyəm Şikayətim Var sosial qrupundakı paylaşımında Xanım adlı istifadəçi gileylənir.
Narazı vətəndaşın etiraz dolu müraciətini olduğu kimi təqdim edirik: "31 dekabr üçün yer rezerv etmişdik. Əvvəllər də getdiyimiz və bəyəndiyimiz yer olduğu üçün oranı seçdik. Demək 30 manatlıq və 40 manatlıq yerlər var idi. Zalda getdik göstərdilər yerləri və 40 manata səhnəyə yaxın yer tutduq. 2 nəfərlik 80 manat ödədik çeki verdik. Qeyd edim ki bu təkcə yerlərin ödənişi idi hesaba daxil deyil. 31i getdik, Bizə səhnədən çox uzaq çıxışın yanında bir masa göstərdilər. Dedik axı bəs biz səhnəyə yaxın yer üçün ödəniş eləmişik və göstərdiyiniz masa bu deyildi. Dedilər stollar çəkilib, ona görə. Nəysə oturduq. 1 yaşlı uşaq üçün uşaq stolu istədik. Dedilər uşaq stolumuz yoxdu, adi stul da gərək ödəniş edəsiz verək. Dedim bəlkə pulumuzu geri alaq gedək başqa yerdə oturaq. Yoldaşım dedi behdi deyə verməyəcəklər boş ver gəlmişik day oturaq. Oturduq uşaq qucağımızda. Ofisiant 2-3 nəfər olardı ya yox o boyda zala. Yeməklər 1 saatdan sonra gəldi. Ala-çiy və dadsız. 1 saat oturduq ya yox. Bildiyin ac qaldıq. Sonra şaxta baba gəldi 5 manata hədiyyə satırdı. Zalda 15-20 nəfər uşaq olardı ya yox. Onu belə jest eləməmişdilər o uşaqlara. Halbuki camaat nə qədər yer tutmuşdu. Şaxtababa və digər personajlarla adi telefonla şəkil çəkdirmək belə pullu idi. Dəhşət. Getdik şirniyyatla çayı başqa yerdə oturub içdik ki bəlkə doyaq. Yazıram ki xəbəriniz olsun. Özəl günlərimizi gedib orda məhv etməyin..."
(Qeyd: Şikayətin mahiyyəti anlaşıldığı üçün və redaktəmiz bir çox hallarda müdaxilə olaraq qəbul edildiyindən yazını vətəndaşın təqdim etdiyi kimi diqqətinizə çatdırırıq...)









