"Yevlax Toxucu" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verri ki, yığıncaq sentyabrın 4-nə təyin olunub.
Yığıncağın saat 11:00-da, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 111 ünvanında yerləşən ASC-nin inzibati binasında keçirilməsi nəzərdə tutulub.
Növbədənkənar ümumi yığıncağın gündəliyi isə ictimaiyyətə açıqlanmayıb.
Qeyd edək ki, bir neçə il bundan əvvəl qafqazinfo.az saytında dərc olunan materialda sözügedən şirkətin rayon sakini Şirzad Hüseynov tərəfindən 1997-ci ildə qurulduğu, 2004-cü ildə isə rayonun mərhum icra başçısı Qoca Səmədovun adına keçirildiyi barədə iddia yer alıb. Həmin vaxt Ş.Hüseynovun övladı Nilgün Qədirli ASC-də 16% səhmə sahib olsa da, iclaslarda iştirak etmədiyi, şirkətə buraxılmadığı və ona heç bir ödənişlər edilmədiyini iddia edib.
Şirkətin hazırda qanuni təmsilçisi Abdullayev Şaiq Fazil oğlu, nizamnamə kapitalı 418 820 manatdır.