Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

ANCA-nın Azərbaycanı ittiham edən “ağzı” OVULMALIDIR!
Tarix: 6-08-2025, 09:06 | Çap et

Ermənilərin ABŞ-dakı ən böyük təşkilatı Bakını və Ankaranı daima hədəf alaraq siyasi sabitliyə təhdid yaradır ki, bu da Ağ Evin regionda strateji maraqlarına ziddir - reaksiya

Məlumdur ki, ABŞ-da ictimai fəaliyyətlə və hökumətlə əlaqələrlə məşğul olan ən böyük və ən nüfuzlu erməni-amerikan təşkilatı Amerika Erməni Milli Komitəsi - ANCA-dır. ABŞ-da Azərbaycan əleyhinə yönəlmiş istənilən addımın arxasında istisnasız olaraq ermənilərin, xüsusilə erməni lobbisinin və diaspor təşkilatlarının durduğu heç kimə sirr deyil. Bu təşkilatlardan ən böyüyü 1918-ci ildə əsası qoyulmuş Amerikanın Erməni Milli Komitəsidir.

Bu təşkilat 1941-ci ildə ANCA adlanmağa başlayıb, ona qədər Ermənistanın Müstəqilliyi Naminə Amerika Komitəsi idi.

Komitə Birləşmiş Ştatlarda erməni xalqının əsas nümayəndəsidir, onun milli maraqlarının keşiyində dayanır, onu yerli, regional və federal səviyyədə təmsil edir. Ancaq qurum bu istiqamətdə fəaliyyət göstərməkdən daha çox Azərbaycan və Türkiyəyə qarşı mübarizə aparmağı əsas qayəsinə çevirib. Komitə bu məqsədi həyata keçirmək üçün ələ düşən bütün fürsətlərdən yararlanmağı qarşısına vəzifə qoyub. ABŞ-ın böyük və təsirli siyasi təşkilatlarından biri kimi ölkənin vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərən ANCA-nın fəaliyyəti nəinki ABŞ-ın Cənubi Qafqazla bağlı maraqlarına, ümumilikdə xarici siyasətinə də ciddi zərər vurur. ANCA-nın Konqresdə bu qədər geniş təsir imkanlarına rəğmən, Ermənistan Cənubi Qafqazda Amerikanın bir saylı düşmən bildiyi İranın müttəfiqidir.

ANCA-nın lobbiçiliyi regionda siyasi sabitliyə və təhlükəsizliyə təhdid yaradır, ABŞ üçün bu qədər strateji bir regionda onun özünün ziyanına işləyir. Həmçinin regionda ABŞ-ın əsas strateji tərəfdaşı olan Azərbaycana qarşı mənfi fəaliyyət göstərir. ANCA-nın terrorçu təşkilat kimi tanınması, fəaliyyətinə məhdudiyyət qoyulması ilə bağlı çağırış edilsə də faydası olmayıb.

Son olaraq ANCA amerikalı ifaçı Castin Timberleykin Azərbaycanın paytaxtında çıxışının ABŞ-dakı erməni diasporu arasında böyük rezonans doğurduğunu bildirib. ANCA Timberleykin çıxışını “sadəcə konsert deyil, Azərbaycanın insanlığa qarşı cinayətlərinə haqq qazandırmaq üçün davam edən kampaniyası” adlandırıb. Halbuki insanlıq əleyhinə cinayətləri, qətliamları, qadın, qoca, körpə bilmədən edilən vəhşilikləri ermənilərin dəfələrlə azərbaycanlılara qarşı törətdikləri tarixi faktlardan və yaxın keçmiş olan Xocalı soyqırımından bəllidir.

Sadəcə, ANCA amerikalı pop müğənninin konsertini bəhanə edərək Azərbaycana qara yaxmağa fürsət axtarıb. Amma erməni təşkilatı bu dəfə də uduzur. Çünki elə ABŞ liderinin təşəbbüsü ilə liderlər səviyyəsində sülh danışıqları gözlənilir. O baxımdan, erməni təşkilatının kampaniya xarakterli çağırışları Ağ Evdə heç eşidilmir...

Siyasi ekspert Fuad Əliyev, ümumiyyətlə, ANCA-nın 44 günlük müharibə nəticəsində fiaskoya uğradığını düşünür. Onun mövqeyi budur ki, bütövlükdə erməni lobbi və diasporu məğlubiyyətə uğrayıb, xərclənən pullar isə batıb: “Təbii ki, erməni diasporunun, müxtəlif təşkilatların fəaliyyəti uzun illər təsiredici olub. Onlar Azərbaycan haqda yanlış təsəvvür formalaşdırmağa çalışıblar. Bu səbəbdən, torpaqlarımız işğal altında olanda ermənilərə dəstək olan Qərb dairələri var idi, biri də elə ABŞ-dır. Birləşmiş Ştatlar "artsax"a maliyyə dəstəyi göstərmiş dövlətdir. Erməni təşkilatları dünyaya car çəkirdi ki, Qarabağda guya xristian əhalisi əzilir, məzlumdur və sair. Bu saxta təbliğatı ANCA və digər erməni təşkilatları uzun illər aparıblar. İndi isə bu saxta piar keçmir. Sözügedən erməni təşkilatı demək istəyib ki, guya antiterror əməliyyatından sonra əhali Qarabağdan zorla çıxarılıb, amma Timberleykin konsertinə şərait yaradılır. Bu da absurd və gülməli yanaşmadır, məsələni siyasiləşdirmək cəhdidir".

F.Əliyevin sözlərinə görə, Azərbaycan bir sutkalıq antiterror əməliyyatı zamanı bir mülki məntəqəni hədəf almadı, bir mülki erməni demədi ki, burnu qanayıb: “Yəni dövrün ən müasir, unikal əməliyyatı keçirilmişdi. Üstəlik, əməliyyatdan qabaq vərəqələr paylandı, səsgücləndirici ilə mülki ermənilərə çağırış edildi ki, evlərini tərk etməsinlər. Ona görə də ANCA iddia edə bilməz ki, insanlıq əleyhinə cinayət törədilib. Eləcə də xunta rejimi ağ bayraq qaldırdıqdan sonra dinc sakinlərə qalmaq təklif olunub, sadəcə, imtina ediblər. Hətta köçəndə də hər bir şərait yaradıldı ki, əsassız ittihamlar səslənməsin. Azərbaycanlılar isə Qarabağdan qovulmuşdular, etnik təmizləmə aparılmışdı, mülki əhali qətlə yetirilmişdi. Odur ki, ANCA fəaliyyət profilinə yenidən nəzər salmalıdır, bu dəst-xətt Bakı-İrəvan danışıqlarının dinamik dövründə tamamilə əhəmiyyətsizdir”.

Hüquq müdafiəçisi Xəzər Teyyublu isə ermənilərin təbliğat maşınının saxtakarlığı davam etdirdiyini fikirləşir: “Timberleyk məşhur sənətçidir. Onun milyonlarla fanatı var. Əlbəttə ki, belə bir ulduzun Bakıda konsert verməsi ermənilərin diqqətini cəlb etməyə bilməzdi. Eyni zamanda ANCA fürsət bilib ki, Timberleyk üzərindən milyonlarla amerikalının diqqətini bəyanatına cəlb etsin. Sadəcə, ucuz siyasi şoudur və bu təşkilat qrantları xərcləmək yolları axtarmaqdadır. Xatırlayıram ki, bu təşkilat 2024-cü ildə Paris Yay Olimpiya Oyunlarına Azərbaycanın qatılmasına mane olmaqla bağlı çağırış etmişdi. O da nəticə vermədi. Millətlərarası nifrət yaymaqla məşğul olan ANCA müxtəlif dönəmlərdə oxşar addımlar atıb. Bu addımları ölkəmizə qarşı hədə-qorxu, təzyiq vasitəsi hesab edən komitə fəaliyyətində terrorçu və təxribatçı niyyətini açıq nümayiş etdirib. Hələ 2021-ci ildə Azərbaycanın ABŞ-da ovaxtkı səfiri Elin Süleymanov da ermənilərin təhdidlərinə məruz qalmışdı. Belə ki, Amerikanın Erməni Milli Komitəsi səfirimizə qarşı nifrət aşılayan kampaniyaya başlamışdı. Ümumən, ANCA terrorçuluğun müxtəlif formalarını öz fəaliyyətində davam etdirir”.

Qeyd edək ki, ANCA keçmiş konsul Vahan Kardaşyan tərəfindən qurulan Müstəqil Ermənistanın Amerika Komitəsinin (ACIA) bir qoludur. Mərkəzi Nyu-York ştatında yerləşirdi və 13 ştatda 23 regional ofisi var idi. Bu, Birinci Dünya müharibəsindən az sonra baş verib.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Dünən, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Dünən, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Dünən, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Dünən, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Dünən, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Dünən, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Dünən, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Dünən, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Dünən, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Dünən, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Dünən, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Dünən, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Dünən, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Dünən, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Dünən, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Dünən, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Dünən, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Dünən, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Dünən, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Dünən, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Dünən, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Dünən, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Dünən, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Dünən, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Dünən, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Dünən, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Dünən, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Dünən, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Dünən, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Dünən, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Dünən, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Dünən, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Dünən, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Dünən, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Dünən, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Dünən, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Dünən, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Dünən, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Dünən, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
27-05-2026, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
27-05-2026, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
27-05-2026, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
27-05-2026, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
27-05-2026, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
27-05-2026, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
27-05-2026, 15:29
Litva Rusiyaya nota verdi
27-05-2026, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
27-05-2026, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
27-05-2026, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
27-05-2026, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru