Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ .....                     Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar .....                     "Həkimlər deyir özünü qorumalısan" .....                     “Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı .....                     Rus bölmələrində oxuyan şagirdlər üçün .....                     Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın .....                     Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək .....                     Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı .....                     Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı .....                     Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü .....                     Rusiyalı fərarilər Azərbaycana sığınsa... .....                     Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar .....                     Sabiq deputat tələbə oldu .....                     “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” .....                     Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? .....                     Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? .....                     “Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” .....                     "Dövlət əmlakını taladım" .....                     Rusiya həqiqətən NATO-ya hücum edə bilər .....                     Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib .....                     Azərkosmos-un ixracı gəlirləri düşüb .....                     Röya Ayxanın sərvəti nə qədərdir? .....                     Kəngərlidə SU ÇİLƏSİ... .....                     Nigar Fərhadın ərini DTX həbs edibmiş .....                     Norveç Kralı vəfat edib .....                     200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir .....                     Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? .....                     “Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi .....                     Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi .....                     ETN və MÜTDA-da bu yoxlamalar aparılsın .....                     Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır .....                     Kor-koranə yoxlama: absurd teatr .....                     Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq .....                     Nigar Fərhadın anası axtarışa verilib? .....                     Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... .....                     Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb .....                     " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." .....                     ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? .....                     Başınızı qaldırıb, bir az da camaatı dinləyin... .....                     Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər .....                 

Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Tarix: 6-08-2025, 10:49 | Çap et

Alber Kamyunun “Taun vaxtı qonaqlıq” romanı var: şəhərdə kütləvi şəkildə taun xəstəliyinə yoluxan əhali ölümlə çarpışır, bəziləri isə şənliklərdən, ziyafətlərdən geri qalmır. Ona görə də roman “Taun vaxtı qonaqlıq” adlanır. Əslində, yazıçı öləcəyini bilən şəhər əhalisinin nikbinliyini, həyatsevərliyini ortaya qoyub.
Bu əsərin mövzusunu Bakı şəhərinə də transformasiya etmək olar. Paytaxt əhalisi bir aydan çoxdur ki, susuz qalıb, amma bu təsərrüfata cavabdeh olanlar öz təm-təraqlı tədbirlərindən geri qalmırlar. Eynilə “Taun vaxtı qonaqlıq” kimidir.
Misal üçün Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəylini qeyd etmək olar.
Anxeber.az bildirir ki, Zemfira Hüseynbəyli bayram tədbirinə bahalı qızıl kolye ilə gəlib. Briliant daş-qaşlarla bəzədilmiş qızıl kolyenin qiymətinin 38 000 manat olduğu iddia edilir. Şöbə müdirinin belə bahalı kolye taxması tədbir iştirakçılarının diqqətindən yayınmayıb.
Amma şəhərdə əhali susuzluqdan qırılır. Peşə bayramını qeyd edənlər, 38 minlik zinət əşyası taxanları isə bu qətiyyən maraqlandırmır. Çünki “keçi can hayında, qəssab piy axtarır” bu məmurlar nəzərdə tutularaq zərb-məsələ çevrilmiş sözdür.
Onların bağ evlərində, malikanələrində su təminatı fasiləsizdir və bu problemin nə olduğunu heç təsəvvür etmirlər. Axı toxun acdan nə xəbəri?! Əksinə, onların nəinki içməli su, gündəlik tələbat üçün olan su təchizatında problem yoxdur, bağlarındakı hovuzlar belə dopdoludur ki, yayın bu istisində girib sərinlənə bilsinlər. Sizcə, şəhərdə əhalinin susuz qalması belə lüks həyatı olanların vecinədirmi?
Artıq bir aydan çoxdur ki, su problem olaraq qalır. Şəhərin əskər ərazilərində ya saatlarla verilmir, ya da gün ərzində 1-2 saat su gəlir ki, sakinlər vannaları, qabları doldursunlar, rezerv götürsünlər. Bu dərəcədə biabırçılığın hökm sürdüyü, Dövlət Su Ehtiyatları Agentliyinin isə absurd izahlar verdiyi bir zamanda qurumda vəzifə tutan Zemfira Hüseynbəyli 38 minlik kolyesi ilə peşə bayramına görə təşkil olunmuş məclisə gəlir.
Bu da sözsüz ki, “balıq başdan iylənər” misalını yada salır. Əgər agentliyin rəhbəri Zaur Mikayılov əhalini saymış olsaydı, bu müddət ərzində bircə dəfə mətbuat konfransı, yaxud brifinq keçirib Bakıda su probleminə aydınlıq gətirsəydi, onda Zemfira xanımın 38 minlik boyunbağısı ilə ziyafətə gəlməsini hardasa başa düşmək olardı. Ancaq Zaur Mikayılov özünü adi bir su təsərrüfatına cavabdeh məmur deyil, hansısa xüsusi xidmət orqanının önəmli fiquru kimi aparır, yəni özünü hesabat vermək məcburiyyətində hiss etmir.
Ona görə də İnsan resursları və kargüzarlıq şöbəsinin müdirinin addımı da gərək təəccüb doğurmasın. Əksinə, əl-əli yuyar məsəlidir. Yeri gəlmişkən, o, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən əvvəl Mədəniyyət Nazirliyinin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib. 2021-ci ildə bu vəzifədən çıxarılıb. 2022-ci ildən isə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində şöbə müdiri vəzifəsində çalışmağa başlayıb.
İddia olunur ki, Zemfira Hüseynbəyli bu vəzifəyə Dövlət Su Ehtiyatları Agentliyinin aparat rəhbəri Fuad Quliyevin dəstəyi ilə təyin edilib. Fuad Quliyev sözügedən Agentliyin rəhbəri Zaur Mikayılovun qudasıdır. İddialara görə, Zemfira Hüseynbəyli Fuad Quliyevin himayəsi nəticəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində güclü fiqura çevrilib və bu səbəbdəndir ki, məmur olmasına baxmayaraq hər kəsin qarşısında bahalı kolye ilə görünməkdən çəkinmir.
Əvəzində isə hələ də şəhər susuzdur və bu faciəvi vəziyyət 40 dərəcədən yuxarı isti hava şəraitində davam edir.
Hər gün hava məlumatında rəsmi olaraq açıqlanır ki, Bakıda 40 dərəcə isti var. Ancaq bunun daha çox olduğunu hiss edə bilirik. Bununla belə paytaxtın Yeni Günəşli, Bakıxanov, Qaraçuxur, Abşeron rayonuna aid yaşayış massivlərində, həmçinin Hövsan, Ramana və bir çox ərazilərdə ya su gəlmir, ya da gün ərzində 1-2 saatlıq bərpa edilir. Qurum isə belə “əsas” gətirir ki, təzyiq aşağıdır, hava şəraitinə görə tələbat artıb. Bu da gülüncdür.
Əvvəla, dövlət agentliyi yay rejiminə hazır olmalıdır. Bunun üçün gücləndirilmiş iş rejiminə keçməli, su ehtiyatları ilə bağlı öncədən tədbir görməlidir. İkincisi, bu il Bakıya və rayonlara xeyli yağış yağıb, yəni anbarlar su ilə tam doludur. O baxımdan, tələbatın artmasına baxmayaraq normal su təminatı olmalıdır.
Üstəlik, bu niyə Qorxmaz Hüseynovun dövründə baş vermirdi? Axı həmişə yay isti keçir və suya da tələbat artır. O zaman “Azərsu” niyə əhalini susuz qoymurdu? Deməli, idarəçilikdə yarıtmazlıq, bərbadlıq və korrupsiya elementlərinə dair şübhələr var. Ən əsası isə əhalini bu banal izahlar maraqlandırmır. Xalq pul verir, ödəniş edir və su tələb edir. Qurumun borcudur ki, vətəndaşları su ilə təmin etsin. Axı dünyanın hansı dövrüdür?

Azər Talıbov
Anxeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə oğul anasını QƏTLƏ YETİRDİ - TƏFƏRRÜAT
Bu gün, 13:14
Bakıda 25 milyonluq obyekti 16 milyona hərraca çıxarıblar – Fotolar
Bu gün, 13:08
"Həkimlər deyir özünü qorumalısan" - Əsabəli Mustafayev
Bu gün, 13:05
“Azəriqaz”ın işçisini döyən şəxsə elektron qolbaq taxıldı
Bu gün, 12:53
Rus bölmələrində oxuyan şagirdlər üçün yeni DƏYİŞİKLİK
Bu gün, 12:50
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın - DİQQƏT
Bu gün, 12:45
Rusiya Köçəryanı yenidən hakimiyyətə gətirə bilməyəcək - Tumasyan
Bu gün, 12:39
Putinin kriminal avtoritet dostu həbsdən buraxıldı - "Antikvar" haqqında sensasion qərar
Bu gün, 12:31
Dronlara görə Azərbaycana uçuşlar yenə təxirə salındı - KİV
Bu gün, 12:26
Deputatlığa namizəd olan müəllim faciəli şəkildə öldü - Hadisə yerindən FOTO
Bu gün, 12:22
Rusiyalı fərarilər Azərbaycana sığınsa... – Bakıdan REAKSİYA
Bu gün, 12:21
Şəhərin mərkəzində dayanacağı söküb sərnişinləri təhlükəyə atdılar - BU NƏDİ BELƏ?
Bu gün, 12:14
Sabiq deputat tələbə oldu - DOSYE
Bu gün, 12:06
“Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər” - Aqil Abbas
Bu gün, 11:59
Quru sərhədlərin açılması ilə bağlı yeni siqnal? - DSX-dən diqqətçəkən açıqlama
Bu gün, 11:55
Son 6 ildə dünyanın ən böyük şirkətləri necə dəyişib? - SİYAHI
Bu gün, 11:49
“Tofiq Zülfüqarovun cavabı məni heyrətləndirdi” – Sərkisyandan ŞOK
Bu gün, 11:44
"Dövlət əmlakını taladım" - Tural Abbaslı
Bu gün, 11:42
Rusiya həqiqətən NATO-ya hücum edə bilər - “Wall Street Journal”
Bu gün, 11:38
Ermənistan Avrasiya İqtisadi İttifaqının hesabına inkişaf edib - Lavrov
Bu gün, 11:32
Azərkosmos-un ixracı gəlirləri düşüb – Müştəriləri azalıb
Bu gün, 11:30
Röya Ayxanın sərvəti nə qədərdir? - İLGİNC
Bu gün, 11:13
Kəngərlidə SU ÇİLƏSİ... - AXI NİYƏ?..
Bu gün, 11:08
Nigar Fərhadın ərini DTX həbs edibmiş - DETALLAR
Bu gün, 10:52
Norveç Kralı vəfat edib
Bu gün, 10:45
200 milyard dollar böyük rəqəmdir: Hesabatı verilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:44
Tehran və Ankara arasında: Məkkə Sazişi Azərbaycan üçün niyə vacibdir? - İNCƏLƏMƏ
Bu gün, 10:38
“Ulduz” filminin 95 yaşlı qəhrəmanı vəfat etdi - görün hansı məşhurun nənəsi imiş
Bu gün, 10:36
Hərracda ucuz avtomobil almaq vədi ilə 7 nəfərin 123 min manatını ələ keçirdi – İTTİHAM AKTI
Bu gün, 10:33
ETN və MÜTDA-da bu yoxlamalar aparılsın – TƏKLİF
Bu gün, 10:30
Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır - DİQQƏT
Bu gün, 10:23
Kor-koranə yoxlama: absurd teatr - Niyə ət yalnız emal edildikdən sonra yoxlanılır?
Bu gün, 10:21
Deyirlər ki, Ermənistana 2 milyard dollar borcluyuq - Lavrov
Bu gün, 10:17
Nigar Fərhadın anası axtarışa verilib? - TƏFƏRRÜAT
Bu gün, 10:08
Tərcüməçinin MÜƏMMALI ÖLÜMÜ... - Ailəsi istəyir ki...
Bu gün, 10:02
Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb - DİQQƏT
Bu gün, 09:57
" Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45
ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41
Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37
Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20
Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14
Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08
46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07
Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04
“Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42
“Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39
Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35
FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32
Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30
“Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru