Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? .....                     Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib .....                     Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? .....                     “Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” .....                     Sabunçuda park içində tikinti özbaşınalığı .....                     “Aygünün mahnılarını radioda səsləndirmədilər, .....                     Akopyandan Paşinyanla bağlı .....                     Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan .....                     20 illik əlillik hüququ LƏĞV OLUNDU... .....                     Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                 

Makron Bakıya qarşı bunu da etdi: öz səfirinə Şuşa cəzası - BAŞI QAÇIB...
Tarix: 6-08-2025, 08:28 | Çap et

Fransanın Azərbaycandakı səfiri Ann Buayonun yaxın müddətdə səlahiyyət müddəti başa çatacaq. Bu barədə APA-ya Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, səfirin Azərbaycanı tərk edəcəyi tarix hələlik müəyyən edilməyib. “Onun yerinə təklif edilən şəxsin kimliyi ilə əlaqədar məlumat Azərbaycan hökumətinə təqdim olunub”. Ann Buayon 2023-cü il yanvarın 26-da etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etmişdi.

Yada salaq ki, Fransa səfirinin Şuşaya getməsi separatçıların həşir qoparmasına səbəb olub. Hətta ləğv edilmiş qondarma “artsax”ın Fransadakı “daimi nümayəndəsi” Hovannis Gevorgyan prezident Emmanuel Makrona qəzəbli məktub göndərib.

Fransanın Azərbaycandakı səfiri Ann Buayon iyun ayında Qarabağda olub. Fransa səfiri yeganə diplomat idi ki, azad olunmuş ərazilərə səfər etmirdi. O vaxtı belə bir məlumat vardı ki, Ann Buayon Qarabağa diplomatik korpusun səfərinə çağırılmayıbmış. Fransa səfiri Ann Buayon çağırılmasa da, səfərə öz təşəbbüsü ilə qoşulubmuş. Xanım səfirin Şuşada verdiyi açıqlamalar da maraqla qarşılanmışdı. Onun “Şuşa Azərbaycan mədəniyyətini başa düşməyə, anlamağa imkan verən bir şəhərdir”, sözləri Qarabağın tarixi Azərbaycan torpaqları olmasının növbəti təsdiqi kimi qəbul edilmişdi.

Səfirin “səlahiyyət müddətinin başa çatması səbəbi ilə” geri çağırılması Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi ilə eyni vaxta təsadüf edir. Qətnamə layihəsində rəsmi Paris və Avropa İttifaqı Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamə layihəsində qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanır. Qətnamə layihəsində Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin (əslində terrorçuların - red.) dərhal azad olunması tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilir. Sənəddə Azərbaycan dövləti ilə bağlı əsassız iftira da irəli sürülüb.

Onu da demək yerinə düşər ki, Azərbaycan diplomatiyasının son zamanlar müstəmləkəçiliyə qarşı beynəlxalq platformalarda sərgilədiyi prinsipial mövqe, xüsusilə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən proseslərə dair mövqeyi rəsmi Parisdə ciddi narahatlıq doğurub. Azərbaycanın bu prosesdə prinsipial və ədalətli mövqe tutması, müstəmləkəçilikdən uzaq olmayan Fransa rəhbərliyini qıcıqlandıran əsas faktorlardan biridir.

Qətnamənin məzmununa gəldikdə isə onun beynəlxalq hüququn fundamental prinsiplərinə tamamilə zidd olduğu tamamilə aydındır. Burada Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq kimi əsas beynəlxalq hüquq prinsipləri kobud şəkildə pozulur. Üstəlik, illərlə Azərbaycan ərazisində separatçı fəaliyyətlərlə məşğul olmuş, qanunsuz qurumları dəstəkləmiş dairələr bu dəfə də eyni tezislərlə çıxış edirlər.

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Fransa Azərbaycana qarşı siyasi oyunlarını yenə də davam etdirir və bu prosesdə ermənilər həmişəki kimi iştirak edirlər: “Ermənilərin başına nə zaman ağıl gələcəyi məlum deyil. Onlar başa düşmürlər ki, fransız səfirin azad edilən ərazilərə, Şuşaya səfəri ermənilər üçün nəyisə dəyişmir. Ermənilər ümid edirlər ki, fransız səfir bəlkə Azərbaycan əleyhinə danışa, bu da absurd gözləntidir. Sadəcə, Makron Fransası da siyasətini dəyişmək istəmir. Axı səfirin Qarabağa gedib-getməməsi ermənilər üçün hansı əhəmiyyət kəsb edir? Bu, mənasız məsələdir. Sadəcə, Fransa gülünc vəziyyətə düşməmək üçün səfirini Şuşaya göndərdi. Çünki Azərbaycanın mövqeyi ilə hesablaşmaq məcburiyyətindədir. Bu gün hamı bizimlə hesablaşır, əgər təkcə Fransa səfiri getməsəydi, ölkəsi qərəzli görünəcəkdi. Ona görə də səfir Şuşaya getdi. Amma ermənilərin buna reaksiyası yersizdir”.

Partiya sədri vurğuladı ki, Fransa parlamentinin ermənilərin istəyi ilə qətnamə qəbul etməsi isə yalnız onları ovuda bilər: “Bu kağız parçasının başqa heç bir təsiri yoxdur. Eləcə də Fransanın Azərbaycana yeni səfir təyin etməsində onun kimliyi də ermənilər üçün ciddi əhəmiyyət kəsb etməməlidir. Bəlkə də ermənilərin istəyinə uyğun namizəd axtarırlar, amma Azərbaycana kimin səfir gəlməsinin fərqi yoxdur, istənilən halda aqreman veriləcək. Bütün hallarda Fransa başa düşməlidir ki, Azərbaycanla normal münasibətlər qurmalıdır”.

A.Nağı qeyd etdi ki, Fransa Azərbaycanla Ermənistanın sülh danışıqlarını izləməli, bu prizmadan yanaşaraq mövqeyində dəyişiklik etməlidir: “Yelisey sarayı ən azından görməlidir ki, ikitərəfli qaydada sülh danışıqları aparılır. Artıq ABŞ-da belə bir görüş hazırlığı haqda informasiyalar verilir. Fransa qəbul etməlidir ki, qərəzli bəyanatlarla prosesə zərər vurur. Əgər sevdiyi Ermənistanı müdafiə etmək istəyirsə, onda böhtan dolu qətnamələrə son qoymalıdır, erməni lobbisinin hərəkətlərinə uymamalıdır. Həmçinin göndəriləcək yeni səfir münasibətlərin inkişafına təkan verməlidir. Azərbaycanın Fransa ilə problemi yoxdur, amma qarşı tərəf hər zaman düşmənçilik edib. İndi Paris üçün ritorikanı dəyişmək vaxtıdır”.

Xatırladaq ki, Fransa ötən ilin aprelində Azərbaycandakı səfirini geri çağırıb. Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia etmişdi.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Putin son nəfəsinə qədər çalışacaq: Tramp Paşinyanı qoruya biləcək? - İNCƏLƏMƏ
Dünən, 13:02
Ukrayna Ali Radası Aİ ilə imzalanmış 90 mlrd. avro kreditlə bağlı sazişi ratifikasiya edib - “RBK-Ukrayna”
Dünən, 12:58
Bakının da üzv olduğu "Şülh Şurası"nın milyardları haradadır? - ARAŞDIRMA
Dünən, 12:31
“Mənə görə Zaurun verilişinə zəng etmişdi, xaricdə masajist işləyir” - “Bəyin oğurlanması” filminin Yasəməni haradadır?
Dünən, 12:29
Sabunçuda park içində tikinti özbaşınalığı - VİDEO
Dünən, 12:26
“Aygünün mahnılarını radioda səsləndirmədilər, bayağı müğənnilərdən pul alıb deyirlər ki...”
Dünən, 12:19
Akopyandan Paşinyanla bağlı gözlənilməz QƏRAR
Dünən, 12:01
Daha bir Azərbaycan vətəndaşı Gürcüstandan QOVULDU
Dünən, 11:59
20 illik əlillik hüququ LƏĞV OLUNDU... - GİLEY
Dünən, 11:54
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Dünən, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Dünən, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Dünən, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Dünən, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Dünən, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Dünən, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Dünən, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Dünən, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Dünən, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Dünən, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Dünən, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Dünən, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Dünən, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Dünən, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Dünən, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Dünən, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Dünən, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Dünən, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Dünən, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Dünən, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Dünən, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Dünən, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Dünən, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Dünən, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Dünən, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Dünən, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Dünən, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Dünən, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Dünən, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Dünən, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
27-05-2026, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
27-05-2026, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
27-05-2026, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
27-05-2026, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
27-05-2026, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
27-05-2026, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
27-05-2026, 15:29
Litva Rusiyaya nota verdi
27-05-2026, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
27-05-2026, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
27-05-2026, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
27-05-2026, 15:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru