Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir .....                     Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib .....                     Putin Kremldə Uitkoffu qəbul edir .....                     “Qarabağ”ın təklifini geri çevirdi, .....                     Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA .....                     Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... .....                     Hərbi Prokurorluqda yeni təyinat .....                     Penitensiar Xidmətin Alay komandiri vəfat edib .....                     Ekologiya naziri postuna 3 namizəd var .....                     Mülayim şərq küləyi əsəcək .....                     “Qarabağ” Çempionlar Liqasına vəsiqə .....                     İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə .....                     Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi .....                     Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib .....                     Geosiyasi reallıqlar dəyişib: .....                     Dövlət qurumu auditor seçib .....                     Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik .....                     İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... .....                     Deputat oğlu Azərbaycanda “Espressolab” açıb .....                     Repetitor hazırlıqlarına tələbat artdı .....                     Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi .....                     Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... .....                     Dövlət Agentliyinin tenderi ləğv edildi .....                     Pasport yox, əllər lazımdır: .....                     “Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” .....                     Putin geri çəkilmək üçün yer qoymadı: .....                     Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək .....                     İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? .....                     Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı .....                     Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib .....                     “Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib .....                     Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... .....                     AQTA sahibkardan qeyri-qanuni pul tələb edir .....                     Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... .....                     Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı .....                     Üç ölkə Türkiyəyə qarşı birləşib .....                     Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... .....                     Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır .....                     ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır .....                     Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır .....                 

İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Tarix: Bu gün, 11:01 | Çap et

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı iddialarının heç bir əsası yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibinin Azərbaycanda həbsdə olan İran vətəndaşları ilə bağlı iddialarına münasibət bildirərkən deyib. Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycanda saxlanılan və həbs edilən bütün İran İslam Respublikası vətəndaşları haqqında məlumatlar İran tərəfinə rəsmi qaydada təqdim edilib.

“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılan, İran İslam Respublikasının vətəndaşı olan məhkum və həbs edilmiş şəxslərin hüquqları, qanuni mənafeləri və şəxsi təhlükəsizlikləri qorunur, onlar zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar.

Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkum və həbs edilmiş şəxslər telefonla danışmaq, bağlama almaq, ailə üzvləri ilə görüşmək və telefonla danışmaq hüquqlarından istifadə edirlər. Bəzi penitensiar müəssisələrdə İran İslam Respublikası vətəndaşı olan məhbuslara ailə üzvləri ilə videogörüntü əsasında görüşlərin keçirilməsi imkanı yaradılıb.

Həbsdə saxlanılan əcnəbilər, o cümlədən İran İslam Respublikasının vətəndaşları mütəmadi olaraq tibb-sanitariya bölməsində müayinələrdən keçirlər. İranın Bakıdakı səfirliyinin əməkdaşları tərəfindən öz vətəndaşları üçün gətirilmiş dərman preparatları tibb xidmətinin əməkdaşları tərəfindən normativ aktların tələblərinə uyğun qaydada qəbul edilib və məhkumlara çatdırılıb.

Yalnız 2025-ci ildə İran səfirliyinin əməkdaşları ilə penitensiar müəssisələrdə cəza çəkən 37 nəfər İran İslam Respublikasının vətəndaşları arasında konsul görüşünün keçirilməsi üçün şərait yaradılıb. Son olaraq belə görüş iki İran vətəndaşı ilə 31 iyul tarixində baş tutub. Azərbaycan tərəfinin həmçinin bir sıra İran vətəndaşları ilə bağlı humanistlik nümayiş etdirdiyi İran tərəfinə yaxşı məlumdur. Məhkum edilmiş 5 nəfər İran vətəndaşı son əfv fərmanı ilə azadlığa buraxılıb".

XİN rəsmisi əlavə edib ki, İranda saxlanılan və həbs edilən əksər vətəndaşlarımız barədə məlumatlar Azərbaycanın İrandakı diplomatik missiyalarına təqdim edilmir, vətəndaşlarımıza əksər hallarda diplomatik missiyaları və ailə üzvləri ilə görüşməyə və telefon əlaqəsi qurmağa, 1998-ci ilin 21 fevral tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İran islam Respublikası Hökuməti arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında Müqavilə”nin müddəalarına uyğun olaraq cəzasının qalan hissəsini Azərbaycan Respublikasında çəkmək üçün müraciətin təqdim edilməsinə icazə verilmir.

Eyni zamanda sorğu olunmasına baxmayaraq Azərbaycan Respublikası vətəndaşlarının işləri ilə bağlı İran İslam Respublikasında keçirilən məhkəmə iclasları, həmin iclaslar zamanı qəbul edilən qərarlar barədə Azərbaycan tərəfinə məlumat verilmir".

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son açıqlaması bir daha göstərir ki, rəsmi Bakı məhbuslarla bağlı öhdəliklərini beynəlxalq normalara uyğun yerinə yetirir: “Qarşı tərəf İran İslam Respublikası isə eyni şəffaflığı nümayiş etdirmir. Azərbaycan tərəfi həbsdə olan bütün İran vətəndaşları ilə bağlı məlumatları rəsmi Tehrana təqdim edir, onların səfirliklə əlaqəsinə, konsul görüşlərinə və ailə ilə ünsiyyətinə şərait yaradır. Hətta penitensiar müəssisələrdə videogörüş imkanının yaradılması, səfirliyin gətirdiyi dərmanların məhbuslara çatdırılması və əfv fərmanları ilə azadlığa buraxılma faktları göstərir ki, rəsmi Bakı qanunvericiliyə və humanist prinsiplərə tam əməl edir. İran tərəfinin bu haqda məlumatı var. Ona görə də onların Azərbaycana qarşı "həbsdəki vətəndaşlara pis rəftar edilir" tipli iddiaları hüquqi əsası olmayan, daha çox siyasi ritorikaya hesablanmış bəyanatlardır".

Natiq Ələsgərov diqqəti İranda həbs edilən Azərbaycan vətəndaşlarının durumuna çəkir: “Ən ciddi problem buradadır ki, İran tərəfi bizim vətəndaşlarımız barədə məlumatları gizlədir. Diplomatik missiyamız çox vaxt məhbuslarımızla görüşə buraxılmır, onların ailələri ilə ünsiyyətinə imkan verilmir. Bu isə həm 1963-cü il Vyana Konvensiyasının, həm də Azərbaycan və İran arasında imzalanmış 1998-ci il "Məhkumların verilməsi haqqında Müqavilə"nin açıq pozuntusudur. Azərbaycan bu müqavilənin şərtlərinə əməl edir, amma Tehran əksini göstərir".

Hüquqşünas qeyd edir ki, bu praktika təsadüfi deyil: “Əgər bir ölkə özündə saxlanılan xarici vətəndaş barədə məlumatı təqdim etmir və konsul görüşlərinə imkan yaratmırsa, bu, həmin şəxslərin saxlanma şəraitinin və məhkəmə prosesinin ədalətliliyinin şübhə altında olduğuna işarədir. Təəssüf ki, İran bu sahədə ikili standart nümayiş etdirir: Azərbaycanda öz vətəndaşlarının hüquqlarının təmin olunmasını tələb edir, amma bizim vətəndaşlarımızın hüquqlarını bilərəkdən pozur”.

Natiq Ələsgərov bildirir ki, Azərbaycan bu məsələni yalnız ikitərəfli diplomatik kanallarla deyil, həm də beynəlxalq platformalarda qaldırmalıdır: “Əgər İran tərəfi 1998-ci il müqaviləsinə və beynəlxalq öhdəliklərinə əməl etmirsə, məsələni BMT-nin müvafiq qurumlarında, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq təşkilatlarda qaldırmaq lazımdır. Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması yalnız diplomatik etirazla məhdudlaşmamalıdır”.

Natiq Ələsgərov vurğulayıb ki, Azərbaycanın addımı şəffaflıq və humanizmdir, İranın mövqeyi isə gizlətmək və siyasi manipulyasiyadır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qazi 2 ilə yaxındır ki, diplomunu ala bilmir - “İşləmək istəyirəm, çarəsiz qalmışam...”
Bu gün, 13:42
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarına razılıq verib - “X”
Bu gün, 13:32
Putin Kremldə Uitkoffu qəbul edir - KİV
Bu gün, 13:10
“Qarabağ”ın təklifini geri çevirdi, bu kluba “HƏ” söylədi
Bu gün, 13:03
Qadınları təhqir etdiyinə görə işdən çıxarılan Fərhad Pərviziyə Nura Suridən REAKSİYA – QALMAQAL
Bu gün, 12:54
Moskva üçün tək çıxış yolu İrəvanda çevriliş etməkdir... - AKTUAL
Bu gün, 12:50
Hərbi Prokurorluqda yeni təyinat - ƏMR
Bu gün, 12:47
Penitensiar Xidmətin Alay komandiri vəfat edib
Bu gün, 12:45
Ekologiya naziri postuna 3 namizəd var - AKTUAL
Bu gün, 12:38
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:29
“Qarabağ” Çempionlar Liqasına vəsiqə QAZANA BİLƏR
Bu gün, 12:26
İrəvanda inanılmaz proses: Cəbhədə yeni “yem”, ardınca müharibə – Görün nələr yazılır
Bu gün, 12:22
Həyat yoldaşını 9 dəfə bıçaqlayan şəxs ifadə verdi - MƏHKƏMƏ
Bu gün, 12:19
Bakıda Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib - VİDEO
Bu gün, 12:12
Geosiyasi reallıqlar dəyişib: - Rusiya Azərbaycana qarşı əvvəlki gücdə deyil
Bu gün, 12:10
Dövlət qurumu auditor seçib - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 12:08
Vaşinqtonda qurulan sülh masası və bölgədə pozulan səssizlik - NƏ BAŞ VERİR?
Bu gün, 12:01
İlqar Mustafayev “əmlak kralı” imiş: Ağ Şəhərdən Şüvəlana qədər... - DETALLAR
Bu gün, 11:59
Deputat oğlu Azərbaycanda “Espressolab” açıb - TƏFƏRRÜAT
Bu gün, 11:56
Repetitor hazırlıqlarına tələbat artdı - “Bəzi direktorlar müəllimlərdən faiz alır”
Bu gün, 11:54
Bahar Muradova bu mərkəzə yeni direktor təyin etdi - BUNDAN SONRA...
Bu gün, 11:48
Naxçıvanda BU İL ACLIQ GÖZLƏNİLİR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:42
Dövlət Agentliyinin tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 11:34
Pasport yox, əllər lazımdır: - Rusiya iqtisadiyyatı miqrantlara qapı açmağa məcburdur
Bu gün, 11:31
“Müəllim 600 manat maaşla vergi ödəyirsə, bloger niyə ödəməsin?” - AKTUAL
Bu gün, 11:24
Putin geri çəkilmək üçün yer qoymadı: - Müharibəni dayandırsa, uduzacaq
Bu gün, 11:20
Rəşad Vəliyev 1.200.000 manatı Şəmkirdə hara xərcləyəcək - Zaur Mikayılova sual olunur
Bu gün, 11:09
İran azərbaycanlı dustaqlar barədə məlumatları niyə gizlədir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:01
Müdafiə Nazirliyi Kəlbəcərdəki mina insidenti ilə bağlı XƏBƏR YAYDI
Bu gün, 10:58
Naxçıvan təhsil nazirinin müavini vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 10:56
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib - DİQQƏT!
Bu gün, 10:51
Əhali susuzluqdan qırılır, Mikayılovun adamı 38 minlik kolyedə... - Vətəndaş KİMİN UMRUNDADIR Kİ?
Bu gün, 10:49
AQTA sahibkardan qeyri-qanuni pul tələb edir - ÖZBAŞINALIQ!
Bu gün, 10:43
Elşad Həsənov Yasamalı XAOS MEYDANINA çevirib... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:41
Şahin Bağırov “Azərterminalkompleks” Birliyində ixtisarlara başladı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Üç ölkə Türkiyəyə qarşı birləşib - NƏ BAŞ VERİR?
Bu gün, 10:30
Burda bloklanmış kartdan belə PUL OĞURLAYIRLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:24
Ermənistandakı "5-ci kolon" hələ ayaqdadır - FAKT BUDUR...
Bu gün, 10:16
ABŞ Kərimovun yaxtasını 325 milyon dollara hərraca çıxarır - KİV
Bu gün, 10:14
Mərhum icra başçısına aid olduğu deyilən şirkətin səhmdarları toplanır
Bu gün, 10:10
“Fikirlərim məmurların xoşuna gəlmədiyinə görə pul buraxaraq...” – Yazıçıdan sərt sözlər
Bu gün, 10:08
İrəvanda narahatlıq başladı: - “Yol kəsişməsi” Ermənistan deyil, Naxçıvan olacaq
Bu gün, 10:05
Federasiya prezidenti Gürcüstanda qəfil vəfat etdi - Foto
Bu gün, 10:00
Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderlərini sülh danışıqları üçün qəbul edəcək - The Washington Post
Bu gün, 09:57
Korrupsiya qalmaqalı ilə işdən çıxarılan məktəb direktoru özü haqqındakı əmrlə razılaşmaq istəmir
Bu gün, 09:53
Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi - ƏMR
Bu gün, 09:51
İki uşaq anasının ölümünə səbəb olan rezidentura kursu keçməyən həkimlə bağlı QƏRAR
Bu gün, 09:43
Hazırlaşın! Bir neçə gün sonra Zəngəzurda… – Xaçikyandan ŞOK
Bu gün, 09:37
Əliyev və Trampla görüşdən əvvəl Paşinyandan mesaj: - İmzalayacağıq
Bu gün, 09:35
Sülh sazişi nə vaxt imzalanacaq? - AÇIQLAMA
Bu gün, 09:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru