Bakı şəhəri, Yeni Yasamal, Əsəd Əsədov küçəsi 22A ünvanında yaşayan İlham adlı şəxsin fəaliyyəti ətraf sakinlərin ciddi narazılığına səbəb olub.
Sakinlərin bildirdiyinə görə, həmin şəxs binanın ətrafını özbaşına hasarlayaraq bir neçə gecəqondu inşa edib və bu tikililəri kirayə verir.
Bundan əlavə, o, ət mağazası və meyvə-tərəvəz satış köşkləri quraraq yolun bir hissəsini zəbt edib. Yolun yarısının bu şəkildə tutulması nəqliyyatın və piyadaların hərəkətinə əngəl yaradır, təhlükəli vəziyyət formalaşdırır.
Sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi, qanunsuz tikililərin sökülməsini və ərazidə gediş-gəlişin bərpa olunmasını tələb edirlər.
tribunainfo.az