2025-ci ilin yanvar-aprel aylarında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) dünyanın 40 ölkəsinə 5,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda qeyd edilib.
Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 12,5 faiz azdır.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizini təşkil edib. 2025-ci ilin aprel ayında isə “Azərkosmos” dünyanın 38 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2025-ci ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,5 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,2 ABŞ milyon dolları ilə Lüksemburq, 255 min ABŞ dolları ilə Nigeriya, 238,6 min ABŞ dolları ilə Misir və 238,5 min ABŞ dolları ilə Türkiyə qərarlaşıb.