Ukraynanın Antiinhisar Komitəsi(UAK) "Vodafone Ukrayna"nın sahibi "NEQSOL Holdinq"ə Birləşmiş mədən və kimya şirkətini(BMKŞ) almağa icazə verib.
Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə UAK-ın qərarında deyilir.
UAK "NEQSOL"-un nəzarətində olan “Tsemin Ukraina” MMC-yə BMKŞ-nin səhmlərini birbaşa əldə etməyə icazə verib ki, bu da onun şirkətin ali idarəetmə orqanında 50%-dən çox səsə malik olmasını təmin edir.
Xatırladılır ki, 2024-cü ilin noyabrında BMKŞ-nin özəlləşdirilməsi üzrə hərracda qalib gəldikdən sonra "NEQSOL" müsabiqə şərtlərinə əsasən bu müəssisə üçün dövlət büdcəsinə 3,94 milyard qriven köçürüb.
"NEQSOL Holdinq"in Ukrayna üzrə regional direktoru Volodimir Lavrençuk qeyd edib ki, UAK-ın qərarı Ukraynada genişmiqyaslı müharibə şəraitində ən böyük özəlləşdirmələrdən birinin əsas mərhələsinin başa çatması deməkdir.
"Strateji investor olaraq biz BMKŞ-ni titan sənayesində müasir qlobal oyunçuya çevirmək üçün qlobal biznes təcrübəsini gətirəcəyik. Şirkət özəlləşdirmə şərtlərində nəzərdə tutulmuş öhdəlikləri sədaqətlə yerinə yetirəcək", - NEQSOL-un bəyanatında deyilir.
“Strateji investor kimi bizim modernləşdirmə, xammalın dərindən emalından istifadə edərək yeni məhsulların hazırlanması, habelə beynəlxalq sanksiyalara ciddi riayət etməklə Ukraynanın BMK şirkətinin məhsullarının dünya bazarlarında mövcudluğunun genişləndirilməsi planlarımız var”, -deyə şirkət rəsmisi bildirib.
UAK mayın 29-da BMKŞ-nin azərbaycanlı investora satılmasına baxacaq.
Azərbaycanın "NEQSOL Holdinq" şirkətinin Ukrayna şöbəsi olan "Tsemin Ukraina" MMC 9 oktyabr 2024-cü ildə BMKŞ-nin alınması üzrə hərracda aktiv üçün 3,938 milyard qriven ödəyərək qalib gəlib.
Eyni zamanda, "Tsemin Ukrayna" hərracın yeganə iştirakçısı olub və hərrac zamanı başlanğıc qiyməti 39 milyon qriven artırıb.
Qeyd edilir kli, "NEQSOL Holding" 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur. Əsas fəaliyyət sahələri enerji, telekommunikasiya, tikintidir. Ukraynada "NEQSOL Holdinq" ikinci ən böyük mobil operator "VF Ukraina"-ya ("Vodafon Ukraina") sahibdir. "NEQSOL Holdinq"in təsisçisi və sahibi Azərbaycan vətəndaşı Nəsib Həsənovdur.