Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     "Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür" .....                     BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... .....                     Əmək müqaviləsinin ləğv edilməsi barədə... .....                     Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb .....                     Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? .....                     Aqil Abbasdan analara çağırış: .....                     Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur .....                     Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? .....                     "Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb .....                     "Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" .....                     “Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” .....                     İrəvanın “sülh tələsi” .....                     Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi .....                     Müharibədə ciddi dönüş: .....                     Paşinyan düşmənləri ilə mübarizədə .....                     Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? .....                     Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT .....                     AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI .....                     Tanış olduğu qadınları qarət edən .....                     Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? .....                     Azərbaycan - Türkiyə - Pakistan birliyi … .....                     Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı .....                     Rəvan Qarayev qəzaya düşdü .....                     Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... .....                     Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi .....                     Əmrullayevin QURBANLIQ DİREKTORLARI... .....                     Cəlilabadda kartof sürətlə .....                     ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər .....                     "Bu ölkələrin bundan sonra da birgə layihələri olacaq" .....                     Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti... .....                     Qarabağın “Kəşmiri” ilə bağlı mühüm qərar .....                     Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər .....                     Qeyri-neft sektorunun istənilən artımına sevinmək lazımdır .....                     Vasif Talıbovun səhhəti pisləşdi: Ölkədən buraxılmadı .....                     Zəngəzur dəhlizinə qarşı “üçlü” ittifaq .....                     İctimai nəqliyyatın MÖVSÜMİ PROBLEMİ... .....                     PULSUZ SƏHİYYƏNİN DAHA BİR İFŞASI: Bu sistemdə vəziyyət bərbaddır! .....                     Qalmaqallı rektorun ucuz piar cəhdi .....                 

Fransa İrəvanla strateji ortaq olur - absurd bəyanat
Tarix: Dünən, 08:45 | Çap et

Ermənistan və Fransa mövcud strateji münasibətləri sənədləşdirməyi planlaşdırır. Bunu Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro İrəvanda keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, strateji tərəfdaşlıq bir neçə onilliklər ərzində, o cümlədən müdafiə sahəsində yeni proqram və layihələri əhatə edəcək.

Fransa xarici işlər naziri mətbuat konfransında təxribatçı “Azərbaycanın mümkün eskalasiyasını istisna etmək üçün Fransanın hansı addımlar atacağı” ilə bağlı suala diplomata yaraşmayan soyuqqanlı cavab verməyib, ya da bunu istəməyib. Doğrudur, nazir öncə deyib ki, Paris Ermənistan hakimiyyətinin Azərbaycanla sülh razılaşmasına nail olmaq səylərini dəstəkləyir. Lakin sonrakı açıqlaması yenə də Bakını ittiham etməyə yönəlib. “Biz sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayırıq və Azərbaycanı onu imzalamağa çağırırıq. Bu sənədin imzalanması vacibdir, çünki bu region Avropa üçün mühüm kommunikasiya qovşağıdır”, - Barro qeyd edib.

Fransalı nazir yaxşı bilir ki, nə sülhə çağırış, nə də sülh sazişinin imzalanmasında Bakının heç bir məsuliyyəti yoxdur. Yəni çağırış ediləcək tərəf Azərbaycan deyil, Ermənistandır. Aydındır ki, rəsmi Paris sülh sazişinin imzalanmasına əngəl olan amilləri Azərbaycanın “şərti” kimi dəyərləndirir. Azərbaycan tərəfi tələb edir ki, Ermənistan Konstitusiyasında bizə qarşı torpaq iddiasını aradan qaldırılsın. Azərbaycanın digər tələbi münaqişənin həllinə müvəkkil olan Fransanın həmsədrlərindən biri olduğu ATƏT-in bədnam Minsk Qrupunun buraxılmasıdır. Bütün mənfi tərəfləri bir yana, artıq münaqişə bitibsə, sülh müqaviləsi bağlanmasının astanasındayıqsa, mövcud olmayan “münaqişənin” həlli üçün yaradılmış Minsk Qrupunun saxlanmasına nə ehtiyac var? Danışıqlar zamanı şərtin haqlı olduğunu erməni diplomatlar da təsdiqləyir. Lakin İrəvan deyir ki, Minsk Qrupunun ləğvi ilə sülh sazişinin imzalanması eyni vaxtda həll edilsin. Yəni Jan-Noel Barrot çağırışın ünvanını səhv salıb - Azərbaycan deyil, Ermənistana bu məzmunda çağırış etməlidir. Əgər Fransa sülh sazişinin imzalanmasında səmimidirsə, Barrot öz yaxın müttəfiqi olan Ermənistan hakimiyyətinə ağıllı olmağa çağırış etməlidir.

“Fransa Azərbaycanın haqlı tələblərinə hörmətlə yanaşmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib. K.Bayramov qeyd edib ki, Fransa xarici işlər naziri sözügedən mətbuat konfransında Azərbaycanın sülh prosesinə mane olduğunu iddia edərək, sülh sazişinin imzalanmamasında Bakının məsuliyyət daşıdığını bildirib. K.Bayramov əlavə edib ki, Azərbaycanın Ermənistanla sülh sazişi imzalanması istiqamətində irəli sürdüyü əsas tələblərdən biri də ATƏT-in Minsk Qrupunun ləğv edilməsidir: “Ermənistan hökuməti də bu məsələyə dair mövqeyini açıqlayıb. Baş nazir Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan bildirmişdi ki, Ermənistan ATƏT-ə Minsk Qrupunun ləğvi ilə bağlı müraciət etməyi nəzərdən keçirir. Bununla belə, Ermənistan tərəfi bu addımı sülh sazişinin imzalanması ilə eyni vaxtda həyata keçirməyi təklif edir. Bu yanaşma isə Azərbaycanın tələblərinin yerinə yetirilməsini gecikdirə bilər. Bu kontekstdə, Fransa xarici işlər naziri Jan-Noel Barro’nun Azərbaycanın sülh prosesinə mane olması barədə söylədiyi ittihamlar rəsmi Bakının mövqeyinə ziddir. Əgər Fransa həqiqətən sülh sazişinin imzalanmasında səmimidirsə, Ermənistan hakimiyyətini bu məsələlərdə konstruktiv addımlar atmağa çağırmalıdır.

Azərbaycan hesab edir ki, bu tələblər sülhə nail olmağın ən optimal yoludur və bu məsələlərdə çağırış ediləcək tərəf Ermənistan olmalıdır. Fransanın bu mövqeyi Azərbaycanın sülh prosesi üçün göstərdiyi səylərə qarşı qərəzli yanaşma kimi qiymətləndirilir və bu cür yanaşmaların bölgədə sülh və sabitliyə xidmət etmədiyi bildirilir".

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini, politoloq Niyaməddin Orduxanlının sözlərinə görə, Fransanın Ermənistana açıq dəstək verməsi hər kəsə bəllidir: “Bu gün Fransa Ermənistana açıq himayədarlıq edir. Bütün gücü ilə silahlandırır, diplomatik dəstək verir. Burada qeyri-adi nə var ki? Biz unutmamalıyıq ki, dünyada güclü erməni diasporası Fransadadır. Daha sonra ABŞ və digər ölkələr gəlir. Makronun özünün də Ermənistana böyük bir sevgisi var. İndi isə Fransa mövcud strateji münasibətləri sənədləşdirməyi planlaşdırır. Fransa ilə strateji tərəfdaşlıq bir neçə onilliklər ərzində, o cümlədən müdafiə sahəsində yeni proqram və layihələri əhatə edəcək. Bütün bunlar Azərbaycana təzyiq üçün atılan addımla yanaşı, həm də Cənubi Qafqazda Fransanın mövcudluğuna hesablanmış addımdır. Fransa xarici işlər naziri Jan-Noel Barrot yalan danışır. Paris Ermənistan hakimiyyətinin Azərbaycanla sülh razılaşmasına nail olmaq səylərini dəstəkləmir. Paşinyan hakikiyyətinə məsələhət görür ki, özünü sülhə razı kimi göstər, əslində isə prosesi uzatmaq lazımdır, müəyyən müddətə qədər. Azərbaycan ilk gündən sülhə hazır olduğunu bəyan edib. Bizi nəyə çağırır? Fransanın XİN rəhbəri gülünc bəyanat verir. Sülh mane olan elə Fransanın özüdür. Fransanın həmsədrlərindən biri olduğu ATƏT-in bədnam Minsk Qrupunun buraxılmasını istəmir. Bunun Ermənistana ziyan verəcəyini düşünürlər. Onsuzda Minsk Qrupunun saxlanmasına heç bir ehtiyac yoxdur. Bu qurum çoxdan ölüb. İrəvan Azərbaycanın tələbinə görə deyir ki, Minsk Qrupunun ləğvi ilə sülh sazişinin imzalanması eyni vaxtda həll edilsin. Olsun, lap yaxşı. Yəni Jan-Noel Barrotun çağırışının Azərbaycana heç bir adiyyəti yoxdur. Fransanın Ermənistanı pulsuz silahlandırması bir daha əməl də sülhün əleyhinə olduğunu, sadəcə, utanmadan bu cür bəyanatlar verməkdə məqsədli olduğunu göstərir. Ermənistan cəmiyyəti ağlını başına yığıb doğru qərar verməlidir. 44 günlük vətən müharibəmizdə 30 il Ermənistanı silahlandıran Rusiyanın neytral qalmağından dərs götürməlidilər. Sabah müharibə yenidən baş versə, heç kim gəlib Ermənistanın yerinə vuruşmayacaq. O zaman Azərbaycanın Dəmir Yumruğu Ermənistanın başını növbəti dəfə əzəcək. Ermənilər gələcək nəsillərini düşünsün, sülh və sabitlik şəraitində Azərbaycanla normal əlaqələrin yaranmasını düşünməlidirlər”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçkün tələbələrin təhsil güzəşti ləğv olunur? - AKTUAL
Bu gün, 12:21
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:16
"Duqinin açıqlamaları xof yaratmaq məqsədi güdür"
Bu gün, 12:15
BU NƏDİ BELƏ: Eltisinin ölümünə görə həbs olunan həkim iş başında... - Müştəri qəbul edir
Bu gün, 12:04
Əmək müqaviləsinin ləğv edilməsi barədə... - Ekspert danışır...
Bu gün, 11:58
Ermənistan iqtisadiyyatında baş verən şişirtmələr kimlərə hesablanıb - İNCƏLƏMƏ
Bu gün, 11:53
Qəbul imtahanına düşən çətin sualları kim hazırlayıb? - DİM sədri AÇIQLADI
Bu gün, 11:41
Aqil Abbasdan analara çağırış: - “Oğlan uşağına bunu geyindirməyin!”
Bu gün, 11:38
Zəngəzur dəhlizinə problem yaradan 4-cü ölkə: Əsas hədəfi budur - AÇIQLAMA
Bu gün, 11:35
Simonyanın “300 min azərbaycanlı” açıqlaması qorxuludur? - “Fakt”
Bu gün, 11:32
"Merkuri BOKT"-nın mənfəəti 2,7 dəfə azalıb - HESABAT
Bu gün, 11:30
"Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər" - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 11:17
“Xəstə əməliyyat üçün Qüdrət Həsənquliyevdən icazə alacaq?” – Həkimdən ETİRAZ
Bu gün, 11:12
İrəvanın “sülh tələsi” - Bakı “B planı”nı işə sala bilər
Bu gün, 11:10
Sərhəddə mobil telefon əməliyyatı: təhqiqatçı islah işlərinə məhkum edildi - TƏFƏRRÜAT
Bu gün, 11:06
Müharibədə ciddi dönüş: - bunu gözləməyə dəyərdi
Bu gün, 11:01
Paşinyan düşmənləri ilə mübarizədə Yaradandan kömək dilədi...
Bu gün, 10:59
Qəbul imtahanın nəticələri nə zaman elan olunacaq? – Məleykə Abbaszadə AÇIQLADI
Bu gün, 10:56
Kamran Əliyevdən yüksək vəzifəyə TƏYİNAT - ƏMR
Bu gün, 10:44
AZERCELL-dən YENİ BAHALAŞMA DALĞASI - SİYAHI
Bu gün, 10:41
Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU
Bu gün, 10:38
Xüsusi məktəbdə müəllim azyaşlıya şiddət göstərib? - FOTO
Bu gün, 10:34
Azərbaycan - Türkiyə - Pakistan birliyi …
Bu gün, 10:31
Prezidentin “mesajlar lazımi ünvana çatacaq” ismarışı - Xəbərdarlıq düz oxunmasa...
Bu gün, 10:29
Rəvan Qarayev qəzaya düşdü
Bu gün, 10:27
Qorxmaz Hüseynovdan ƏMANƏT QALAN TENDERYEYƏN... - İLGİNC FAKTLAR...
Bu gün, 10:21
Dostunun maşınını qarət edən keçmiş FHN əməkdaşı həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
Əmrullayevin QURBANLIQ DİREKTORLARI... - NƏ BAŞ VERİR?
Bu gün, 09:48
Cəlilabadda kartof sürətlə UCUZLAŞIR
Bu gün, 09:44
ABŞ Ukraynaya 2 iyun danışıqlarında iştirak etmək barədə təzyiq edə bilər - “The Washington Post“
Bu gün, 09:35
"Bu ölkələrin bundan sonra da birgə layihələri olacaq" - deputat
Bu gün, 09:25
Moskvanın Zəngəzur planları: Sülh prosesinin əhəmiyyəti... - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Qarabağın “Kəşmiri” ilə bağlı mühüm qərar – Üç ölkə razılaşdı
Bu gün, 09:18
Tramp sülh istəyir, ona görə də Bakıya gələ bilər - AKTUAL
Bu gün, 09:15
Qeyri-neft sektorunun istənilən artımına sevinmək lazımdır - ÇÜNKİ...
Bu gün, 09:06
Vasif Talıbovun səhhəti pisləşdi: Ölkədən buraxılmadı - TƏFƏRRÜAT
Bu gün, 09:00
Zəngəzur dəhlizinə qarşı “üçlü” ittifaq - Məkrli plan
Bu gün, 08:49
İctimai nəqliyyatın MÖVSÜMİ PROBLEMİ... - Düzələnə oxşamırıq...
Bu gün, 08:45
PULSUZ SƏHİYYƏNİN DAHA BİR İFŞASI: Bu sistemdə vəziyyət bərbaddır! - AXI NİYƏ?..
Bu gün, 08:40
Qalmaqallı rektorun ucuz piar cəhdi -FOTOFAKT
Bu gün, 08:32
Ramilə Seyidova 108 min manatlıq maşın aldırır
Bu gün, 08:22
Yüksək rütbəli məmur QƏZA TÖRƏTDİ: İndi də gizlədirlər... - TƏFƏRRÜAT
Bu gün, 08:16
Zabratda dövlət qurumun LAQEYDLİYİ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:06
Bu gün 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək - UEFA Çempionlar Liqası
Bu gün, 07:54
Rusiyanın Ermənistandan “Qafan tələbi”nin səbəbləri - “Vestnik Kavkaza”
Bu gün, 07:02
Sevginin Laçın Zirvəsi. Başqa sözlə... - Bahəddin Həzi yazır...
Bu gün, 06:43
Tanınmış jurnalistdən GDU-ya rüşvət ittihamları - VİDEO
Bu gün, 06:25
Çağrı mərkəzlərinə zənglər niyə pulludur? - "XƏRCLƏR XALQIN CİBİNDƏN QARŞILANIR"
Bu gün, 06:22
Füzuli şəhərində yeni “Nar” mağazası fəaliyyətə başladı - FOTO
Bu gün, 06:18
"Məşğulluq Agentliyinin cavabı qane etmir" - GİLEY
Bu gün, 06:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru