Bütün gücünü silah sənayesinə yönəldib ukraynalıların başına atəş yağdıran Rusiyada kartof qıtlığı başlayıb.
"DİA-AZ" xəbər verir ki, qıtlıq səbəbindən Rusiyada kartofun qiyməti keçən ilin müvafiq dövrü ilə müqayisədə 166, 5% bahalaşıb. İş o yerə çatıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi media qurumları vasitəsilə xalqa müraciət edib.
"Biz həm Belarusu, həm də Rusiyanı təmin etmək üçün kifayət qədər kartof istehsal etməliyik", - deyən Lukaşenko ruslarla belarusların qohum millət olduğunu xatırladıb.
"Biz rus qohumlarımıza kömək etməliyik. Bundan əlavə, biz bundan yaxşı pul qazanacağıq", - Lukaşenko vurğulayıb.
Qeyd edək ki, Rusiya prezidenti Putinin də əsas gündəmini kartof böhranı təşkil edib. O, keçirdiyi etiraf edib ki, Rusiya zəif məhsuldarlığa görə kartof çatışmazlığı ilə mübarizə aparır.