Silahlanan Ermənistanın yetərsiz SÜLH ÇABALARI...
Tarix: 3-12-2024, 14:02 | Çap et
 Son günlər Hindistanın yenidən Ermənistana silah tədarük etməsi ciddi narahatlıq doğurur. Heç şübhəsiz, Ermənistanın Fransa, Hindistan, Yunanıstan və digər ölkələr tərəfindən kütləvi silahlandırılması ciddi fəsadlar doğura bilər. Bu ölkələr yaxşı bilirlər ki, Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxlayıb, talan edib, soyqırımı cinayətləri törədib, separatizm siyasəti yürüdüb.
İşğalçı kimi tanınmış Ermənistanın yenidən silahlandırılması birbaşa olaraq işğalçılığın dəstəklənməsidir. Bu addım Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi zərbədir. Görünür, Ermənistan özü də kütləvi silahlanmaya can atmaqla yeni müharibə ocağı yaratmağa çalışır. Həmçinin İrəvan bununla Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını sübut edir. Halbuki, Azərbaycan müharibə istəmir, dayanıqlı və ədalətli sülh müqaviləsi imzalamaq üçün bütün resursları işə salıb. Belə olduğu halda Ermənistanın aşırı silahlanması, hərbi xərcləri durmadan artırması sülh istəyindən yox, pis niyyətlərdən xəbər verir. Əfsuslar ki, Paşinyan hakimiyyəti qərəzli Qərb və Avropa dairələrinin, Azərbaycana düşmənçilik siyasəti yürüdən ölkələrin diktəsi ilə hərəkət etməkdədir.
Siyasi şərhçi Əlisahib Hüseynov "Şərq"ə deyib ki, Fransa və Hindistanın ardınca Yunanıstanın da Ermənistanı silahlandırması "sülh" demaqogiyası ilə gözdən pərdə asan rəsmi İrəvanın revanşizmə istiqamət götürməsindən, növbəti müharibəyə hazırlaşmasından xəbər verir. Ekspertin sözlərinə görə, Fransa özünün təsir gücünə malik olduğu ölkələri, o cümlədən Hindistan və Yunanıstanı Ermənistanla sıx hərbi-texniki əməkdaşlığa təhrik edir: "Yunanıstanla Ermənistan arasında hərbi sahədə əməkdaşlığa dair anlaşmanın mövcud olması və bu iki ölkənin birgə hərbi təlimlər keçirməsi indi heç kim üçün sirr deyil. Sözügedən razılaşmaya uyğun olaraq Yunanıstan hazırda keçmiş sovet və müasir Rusiya silahlarını Ermənistana satır. Rəsmi Afinanın Ermənistana S300 raket komplekslərini verməsi də məhz iki ölkə arasındakı məlum sövdələşmənin nəticəsidir. İş o yerə çatıb ki, artıq Fransa, Yunanıstan və digər ölkələr Ermənistanı silahlandırmaqlarını hətta gizlətməyə də belə cəhd göstərmirlər. Təsadüfi deyil ki, Yunanıstanın müdafiə naziri Nikos Dendias bu ilin mart ayında İrəvana səfəri zamanı bildirmişdi ki, onun ölkəsi hazırda Fransa, Hindistan və Ermənistanla birlikdə “üçtərəfli və dördtərəfli” müdafiə əməkdaşlığını formalaşdırmaqla məşğuldur. Bu prosesdə əsas moderator rolunu da məhz Fransa öz üzərinə götürüb. Ermənistana verilməkdə olan silahlar da sözügedən “üçtərəfli və dördtərəfli” cinayətkar qruplaşmanın yaratdığı sxem üzrə realizə olunur, İrəvana çatdırılır". Ə.Hüseynov vurğulayıb ki, Yunanıstanın Ermənistana silah satması xristian həmrəyliyinin təzahürüdür: "Türkiyəyə qarşı ənənəvi düşmən mövqeyindən çıxış edən Yunanıstan Ermənistanı da Azərbaycana qarşı silahlandırmaqla anti-türk cəbhəsinin formalaşdırılmasında yaxından iştirak edir. Beləliklə, Fransanın diktəsi ilə hərəkət edən qüvvələr Ermənistandan Türk dünyasına qarşı "dəyənək" kimi istifadə etməyə çalışırlar. Bu cür təhlükəli planlar regionda yeni hərbi eskalasiya üçün zəmin yaradır. Baş verənlər Ermənistanın havadarlarının Cənubi Qafqazda açıq-aşkar qarşıdurmanı körüklədiklərini göstərir. Onların qızışdırıcı, təhrikçi addımları Ermənistanı sülhdən yayındırır. Ermənistanın sürətlə silahlandırılması fonunda bu ölkənin Baş naziri Nikol Paşinyanın bu ilin sonuna qədər Azərbaycanla sülh sazişini imzalamaq üçün əlindən gələni edəcəyini bəyan etməsi isə ən yaxşı halda istehza doğurur. Çünki bir ölkənin eyni vaxtda həm silahlanması, həm də sülh ritorikasından gen-bol istifadə etməsi heç cürə bir araya sığmır. Heç şübhəsiz ki, bu da Ermənistan rəhbərinin növbəti hiyləgər gedişlərindən biridir. Əslində, Paşinyan sülh ritorikasından ölkəsinin silahlanmasını pərdələmək üçün istifadə edir. Lakin silahlanmanı heç nə ilə pərdələmək mümkün deyil. Fransa, Hindistan, Yunanıstan və digər ölkələrin Ermənistanı silahlandırması İrəvanın saxta "sülhpərvər"liyini ifşa edir".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsini müsadirə edə bilər
Dünən, 12:55 |
|
|
|
| • Bu şirkət 3,4 milyon manatlıq tenderin qalibi oldu - DETALLAR
Dünən, 12:52 |
|
|
|
| • Azərbaycanın keçmiş Baş naziri 29 il sonra - FOTO
Dünən, 12:49 |
|
|
|
| • Masallıda bələdiyyə sədri kəndin adını erməniləşdirdi - VİDEO
Dünən, 12:46 |
|
|
|
| • Durmadan bahalaşır: - Ət bazarında böhran yaradan gözəgörünməz qüvvə kimdir?
Dünən, 12:39 |
|
|
|
| • Sabirabadda polisin qarşısını aldığı toy yenidən keçiriləcək - TƏFƏRRÜAT
Dünən, 12:36 |
|
|
|
| • İşsizlik göstəriciləri: Tendensiyalar və mümkün təsirlər - ARAŞDIRMA
Dünən, 12:30 |
|
|
|
| • Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
Dünən, 12:22 |
|
|
|
| • Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - DETALLAR
Dünən, 12:21 |
|
|
|
| • Yüksək sürət sürücülərin ətrafı qavrama qabiliyyətini kəskin zəiflədir - DİQQƏT
Dünən, 11:53 |
|
|
|
| • ""Sağlamlaşdırma" prosesi əvvəl və təcili olaraq şirkətin Baş Ofisində aparılmalıdır" - ÇAĞIRIŞ...
Dünən, 11:49 |
|
|
|
| • Gəncədə həmyerlisi yeniyetməni qəsdən maşınla vurub öldürüb - TƏFƏRRÜAT
Dünən, 11:40 |
|
|
|
| • İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar - deputat
Dünən, 11:35 |
|
|
|
| • Zəngəzur dəhlizi ilə bağlı QƏTİ MÖVQE - BUNDAN SONRA...
Dünən, 11:17 |
|
|
|
| • Bakıda ŞOK OLAY: oğlan oteldə sevgilisini qarət etdi - TƏFƏRRÜAT
Dünən, 11:08 |
|
|
|
| • "Hansı bəyin səsi varsa, o da oxuya bilər" - Xalq artisti
Dünən, 10:58 |
|
|
|
| • “ABŞ Qəzzanı zonalara bölür” - The Gardian
Dünən, 10:48 |
|
|
|
| • Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Dünən, 10:41 |
|
|
|
| • Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Dünən, 10:39 |
|
|
|
| • "Bizim üçün demokratiya Qərbin təqlidi deyil" - Zəlimxan Məmmədli
Dünən, 10:25 |
|
|
|
| • Qərb nəşrindən ilginc iddia - Azərbaycan bu qərarı versə...
Dünən, 10:21 |
|
|
|
| • Paşinyanın Aİ missiyası açıqlaması sülh dövründə tam məntiqsizdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:19 |
|
|
|
| • Bakıda ananın 4 yaşlı qızına verdiyi işgəncələr: Bədəni yandırılıb, kəmərlə döyülüb - TƏFƏRRÜAT
Dünən, 10:16 |
|
|
|
| • İrəvan mücərrəd “sülh kəsişməsi” layihəsini yenidən ortaya atdı - Bakıdan sərt reaksiya
Dünən, 10:13 |
|
|
|
| • DİN-in tabeliyində qurum 12,3 milyonluq mal aldı - TENDER NƏTİCƏSİ
Dünən, 09:54 |
|
|
|
| • Əlisahib Abbasovun “Fortuna SL Project” MMC-nin vergi borcu 850 min manatı ötdü
Dünən, 09:53 |
|
|
|
| • "Düşüblər təkcə “Şahnaz” muğamının üstünə..."
Dünən, 09:36 |
|
|
|
| • Azərbaycan səfirliyinin yaxınlığına “İsgəndər”in düşməsi təsadüf deyil - ONA GÖRƏ DƏ...
Dünən, 09:23 |
|
|
|
| • TRAMP HAQLI İMİŞ... - belə çıxır...
Dünən, 09:17 |
|
|
|
| • Gömrükdə qara bazarda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb - FOTO
Dünən, 09:11 |
|
|
|
| • Gəncə Regional Kollecdə narazılıqlar... - bitmək bilmir!
Dünən, 09:02 |
|
|
|
| • İstisinə qızınmadığımız QARA QIZIL: Bu il də üşüyəcəyik... - MALƏSƏF...
Dünən, 08:54 |
|
|
|
| • İcra hakimiyyətləri mehdiyevçilərdən “təmizlənir” - 11-ci kim olacaq?
Dünən, 08:46 |
|
|
|
| • Vaşinqtonun təzyiqi nəticəsində digər ölkələr Rusiya neftinin alışını azaldır - Tramp
Dünən, 08:43 |
|
|
|
| • “Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir - FOTO
Dünən, 07:46 |
|
|
|
| • Dövlətin qanunları keçmiş deputatın umrunda da deyil... - FAKT BUDUR!
Dünən, 07:41 |
|
|
|
| • "MƏDƏNİ SOYĞUNÇULUQ İNSTİTUTU" Təhsilimizi ÇÖKƏRDİB: ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
Dünən, 07:39 |
|
|
|
| • 'Dəniz Hospital' rəsmən ÖZBAŞINA QALIB - BU NƏDİ BELƏ?
Dünən, 07:35 |
|
|
|
| • 1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
Dünən, 07:29 |
|
|
|
| • Həbsdə olan həmkarlarının yanına gedəcəklər... - Başqa cür ola da bilməz...
Dünən, 07:22 |
|
|
|
| • Gədəbəyi yarıtmışdı: İNDİ DƏ... - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:20 |
|
|
|
| • Zəngəzur dəhlizində yenilik: Kimin xeyrinədir? - GƏLİŞMƏ
Dünən, 07:08 |
|
|
|
| • Dinamika əvvəlki illərlə müqayisədə 80 faiz artıb - ŞƏRH
Dünən, 07:05 |
|
|
|
| • Rəhbərsiz qalan nazirlik... - Görünəni odur ki...
Dünən, 07:04 |
|
|
|
| • 8 Noyabr Zəfər paradından sonra 3 dost ölkə ilə bağlı 3 diqqətşəkən olay... - Bağlılıq varmı?..
Dünən, 07:01 |
|
|
|
| • Erməni lobbisinin əsiri olan qanun: 907-ci düzəlişin taleyi necə olacaq? - AKTUAL
Dünən, 06:58 |
|
|
|
| • ABŞ termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb - KİV
Dünən, 06:54 |
|
|
|
| • Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
Dünən, 06:52 |
|
|
|
| • Narazı işçi SOCAR şefinə ÜZ TUTDU - "Bizə borc verin..."
Dünən, 06:43 |
|
|
|
| • “Vahid Qafqaz evi” layihəsi... - yenidən aktuallaşa bilər
Dünən, 06:26 |
|
|
|
|