Ermənistanda Avropa İttifaqına daxil olmaqla bağlı imzatoplama kampaniyası başladı... - "Kavkazskiy uzel"
Tarix: 16-09-2024, 11:37 | Çap et
 Ermənistanda ölkənin Avropa İttifaqına daxil olması ilə bağlı referendumun keçirilməsi üçün imzatoplama kampaniyası başlayıb. Sentyabrın 15-dən etibarən vətəndaşlar öz səslərini onlayn şəkildə verə bilirlər. İmzatoplama məntəqələri icmaların bütün inzibati binalarında açılıb. Moderator.az xəbər verir ki, bu haqda "Kavkazskiy uzel" nəşri məlumat yayıb. “Ermənistanın Aİ-yə üzvlüyü təkcə ölkəmizin deyil, həm də bütün regionun gələcəyi üçün böyük əhəmiyyət kəsb edəcək”, - deyə “Azad Vətəndaş” QHT-nin rəhbəri, Demokratik Qüvvələrin Platformasının üzvü Hovsep Xurşudyan imzatoplama kampaniyasının başlandığı elan edilən görüşdə bildirib. O, qeyd edib ki, Ermənistanda həmfikirlər çoxdur və onların noyabrın 14-dən əvvəl tələb olunan 50 min səsi toplayacaqlarına əmindir. Platformanın aparat rəhbəri, Respublika Partiyasının lideri Aram Sarkisyan sosial şəbəkədə yayımlanan çıxışında bildirib ki, bu gün Ermənistanda hamını bir sual narahat edir - yeni müharibə olacaq, ya olmayacaq. Bu mənada siyasi meydan iki qrupa bölünüb. Onun sözlərinə görə, bir qrup hesab edir ki, yeni müharibədən qaçmağın yeganə yolu hazırkı hakimiyyəti dəyişmək və Rusiya ilə münasibətləri yaxşılaşdırmaqdır, amm bu yol çox risklidir. “Ardıcıl eyni addımları atıb fərqli nəticə gözləmək mümkün deyil. Həmin qüvvələr Qarabağda da eyni təklifləri verdilər, Rusiyanı razı salmaq üçün qanuni yolla seçilmiş sonuncu prezident Arayik Arutyunyanı qərbyönlü hesab edərək ABŞ-nin himayəsi altında Bakı ilə Sofiyada danışıqlarda iştirak etməyə razılaşdığı üçün onu daha çox rusiyapərəst olan və Yevlaxda Moskvanın himayəsi altında ləğvedici sənədi imzalamağa razılıq verənlə (Samvel Şahramanyan nəzərdə tutulur- S.L.) əvəzlədilər", - deyə Sarkisyan bildirib. Onun fikrincə, Ermənistan yalnız Avropa İttifaqının və kollektiv Qərbin bir hissəsi olmaqla öz təhlükəsizliyini və iqtisadiyyatını gücləndirə biləcək. Sarkisyan bildirib ki, Platforma nümayəndələri hakimiyyətə Avropaya inteqrasiya ilə bağlı referendum keçirməyi təklif edəndə hökumət nümayəndələri müxtəlif arqumentlərə istinad edərək bildiriblər ki, indi bu məsələni qaldırmağın vaxtı deyil. “Sonra biz qərara gəldik ki, parlamentə referendum keçirmək üçün qanun layihəsi çıxaraq və hakim çoxluq səs versin. Əgər hakim çoxluq bu layihəni həyata keçirmirsə, bu o deməkdir ki, onlar nəinki Avropaya inteqrasiyanın vaxtından əvvəl olmasından narahatdırlar, sadəcə olaraq, bu fikrin əleyhinədirlər”, - Sarkisyan vurğulayıb. Xatlrladaq ki, bu il martın 13-də Avropa Parlamentinin üzvləri Ermənistana Avropa İttifaqına(Aİ) üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif edən qətnamə qəbul ediblər. Sentyabrın 11-də Ermənistan Mərkəzi Seçki Komissiyası Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referendum layihəsinin dəstəklənməsi məqsədilə imza toplamaq üçün vətəndaş təşəbbüsünü qeydə alıb və referendum üçün imzaların toplanmasının sentyabrın 16-da başlaması və 2024-cü il noyabrın 14-dək davam etməsi haqda qərar verib...


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Bastrıkinin məntiqsizliyi: təyyarə qəzası nəzərə alınmır, amma... - GƏLİŞMƏ
Bu gün, 05:11 |
|
|
|
| • "Bəhanə axtarırlar ki, obyekt sahibini ilişdirsinlər" - NARAZILIQ VAR...
Bu gün, 05:09 |
|
|
|
| • Manat təzyiqlərə nə qədər davam gətirə bilər? - AKTUAL
Bu gün, 05:05 |
|
|
|
| • "Özümüz belə nöqsanlara yol verməyək" - ÇAĞIRIŞ
Bu gün, 05:04 |
|
|
|
| • İranda vəziyyət kritik həddə çatdı - “İslam respublikası ölür”
Bu gün, 05:00 |
|
|
|
| • Dərman bazarında SÜNİ BAHALAŞMA - AXI NİYƏ?..
Bu gün, 04:21 |
|
|
|
| • TRIPP layihəsinin icrasına dair ABŞ-la Ermənistan arasında bəyanat qəbul olunub - MƏTN
Bu gün, 04:01 |
|
|
|
| • "Əgər bu zəruri addım atılmazsa..." - MÜRACİƏT
Bu gün, 03:59 |
|
|
|
| • 'Azəriqaz'ın vətəndaşdan oğurladığı pullar BƏS NƏ OLACAQ?
Bu gün, 03:43 |
|
|
|
| • Müştəri ABB-yə niyə etibar etsin ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:34 |
|
|
|
| • İranda hər şey bitib: Sırada kənar hərbi müdaxilədir - Pezeşkian da bacarmadı...
Bu gün, 03:19 |
|
|
|
| • "Bizə cənubumuzda ikinci Əfqanıstan lazım deyil..." - ETİRAZ
Bu gün, 03:13 |
|
|
|
| • Trampın zəfəranlı İranı - Az qaldı…
Bu gün, 03:09 |
|
|
|
| • Hökumətin yalançı SU HESABATLARI - REAKSİYA
Bu gün, 02:53 |
|
|
|
| • "Starlink" İranda interneti pulsuz edib - “Bloomberg”
Bu gün, 02:39 |
|
|
|
| • Rayona gəlməyə avtobus tapmayan KƏNDLİLƏR - NƏ ETMƏLİ?
Bu gün, 02:35 |
|
|
|
| • Faiq Ələkbərlinin “Azərbaycan Türk mütəfəkkirləri” kitabı Türkiyədə nəşr olunub - FOTO
Dünən, 22:09 |
|
|
|
| • ABŞ SEPAH-ın hərbi məntəqələrinə raket zərbələri endirəcək - şok ssenari
Dünən, 22:05 |
|
|
|
| • İşdən qovulan icra başçısı ilə bağlı ŞOK DETAL - Prezidentə şikayəti kim EDİBMİŞ?
Dünən, 22:01 |
|
|
|
| • Kino Agentliyində yeni təyinatlar olub
Dünən, 21:36 |
|
|
|
| • Ermənistanın müdafiə naziri ordunun növbəti 5 illik inkişafına dair mövqeyini açıqlayıb
Dünən, 17:08 |
|
|
|
| • Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
| • 45 ildən sonra Bakıda mühüm dəyişiklik olacaq – Prezident anons verdi
Dünən, 16:55 |
|
|
|
| • “Avant Group”la bağlı daha bir qalmaqal - Dövlət Xidməti Baş Prokurorluğa müraciət edəcək
Dünən, 16:49 |
|
|
|
| • Molla rejimi də bunu qəbul etməli olacaq - Merz
Dünən, 16:36 |
|
|
|
| • İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarılır - DETALLAR
Dünən, 16:31 |
|
|
|
| • Azərbaycan İranla ticarəti dayandıracaq? - AKTUAL
Dünən, 16:23 |
|
|
|
| • "Qanuni oğru"nun adını əlindən aldılar - SƏBƏB
Dünən, 16:19 |
|
|
|
| • “Çeçenistanda varislik modeli üzərində hazırlıq gedir” - ŞƏRH
Dünən, 16:09 |
|
|
|
| • Nazir generalı təqaüdə göndərdi - ƏMR
Dünən, 16:03 |
|
|
|
| • Çindən Azərbaycana gətirilən süni saqqallar kəskin azalıb
Dünən, 16:01 |
|
|
|
| • Ukraynanın müdafiə naziri vəzifəsindən azad edilib - "Unian"
Dünən, 15:54 |
|
|
|
| • “Rufo Gəncinski” saxlanıldı - Dubayda
Dünən, 15:52 |
|
|
|
| • Baxçalı İran rejimini müdafiə etdi - “Kəşfiyyatın əli var”
Dünən, 15:50 |
|
|
|
| • Bakının İranla bağlı planı nədir: birləşmə müzakirə olunur? – İsrailli politoloq kartları açdı
Dünən, 15:42 |
|
|
|
| • Azərbaycan benzininin idxalı Ermənistandakı uzunmüddətli monopoliyalara son qoyacaq - Paşinyan
Dünən, 15:40 |
|
|
|
| • “Birmarket”in (Umico) rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:36 |
|
|
|
| • “Premiumnetaz” MMC-nin internet provayderi kimi uçotu ləğv edilib
Dünən, 15:30 |
|
|
|
| • Dövlət borcu üzrə bəzi audit tələbləri icra olunmayıb - Hesablama Palatası
Dünən, 15:28 |
|
|
|
| • Bakıda restoranda İNSİDENT: Əvvəl qıza sataşdı, sonra sahibkarı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 15:23 |
|
|
|
| • Yıxılan “Rus ev”ləri – Trampın “çəkməsini” geymək olar, amma...
Dünən, 15:16 |
|
|
|
| • "HAZIR OLUN" mesajına Bakıdan REAKSİYA - "Kimin nə mesaj verməsindən asılı olmayaraq, Azərbaycan hər şeyə hazırdır"
Dünən, 15:14 |
|
|
|
| • Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb" - TƏFƏRRÜAT
Dünən, 15:11 |
|
|
|
| • “Neməti meydanda ən çox qoruyan məhz Elçibəy olub” - Sabir Rüstəmxanlı
Dünən, 15:08 |
|
|
|
| • Prokurorluq orqanlarında yeni kadr təyinatı - ƏMR
Dünən, 15:04 |
|
|
|
| • Lahıcda həkimlərdən pul topladığı deyilən mərkəz müdiri DANIŞDI: - “Boş-boş danışmasınlar, ordan heç “spiçka” da götürmürəm, Allah cənab İlham Əliyevə cansağlığı versin”
Dünən, 15:00 |
|
|
|
| • AQTİ əvvəlcə at və dəvələri “birkalayacaq”, sonra isə…
Dünən, 14:57 |
|
|
|
| • İran Rusiyaya ballistik raketlər və dronlar SATIB
Dünən, 14:49 |
|
|
|
| • İranla ticarət edən ölkələr Trampın hədəfindədir - Azərbaycan üçün risk varmı?
Dünən, 14:47 |
|
|
|
| • İranda hakimiyyətə Səfəvilərin nümayəndəsi gələ bilər? – Azərbaycanlılarla bağlı PLAN
Dünən, 14:45 |
|
|
|
|