Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili .....                     Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür .....                     Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini .....                     GİN-dən “zerkalnı” tender: .....                     Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir .....                     YUXU KİMİ HƏYAT... .....                     "Görün, nə qədər qadın bloger va..," .....                     “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı .....                     Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub .....                     "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." .....                     Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü .....                     Sabiq məmura cinayət işi açıldı .....                     Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. .....                     Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi .....                     Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər .....                     Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi .....                     Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb .....                     ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU .....                     "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." .....                     Ermənistan müdafiə nazirinin müşaviri istefa verib .....                     Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib .....                     Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib .....                     Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb .....                     “Effektivinvest” geriləyir .....                     Azərbaycanda internet ÇÖKDÜ .....                     Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb .....                     “Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı .....                     Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir .....                     FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib .....                     Moskva TDT-dən və Astanadan əndişəlidir .....                     Ermənistan Konstitusiyası dəyişir .....                     Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı .....                     Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur .....                     FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı .....                     "Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" .....                     "Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" .....                     Vüqar Qurbanov direktoru işdən çıxardı .....                     “Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” .....                     Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq .....                     TƏBİB qripə qarşı peyvənd alır: .....                 

Azercell transformasiya ilininin nəticələrini açıqladı
Tarix: 21-02-2020, 17:30 | Çap et
Azercell transformasiya ilininin nəticələrini açıqladı
DİA.AZ: - Ötən il Azərbaycanı yeni bağlantı erasına hazırlamağı vəd edən Azercell Telekom 2019-cu ildə ən son texnoloji yenilikləri ölkəyə gətirməklə yanaşı, 4.5 milyon nəfərdən çox abunəçinin seçimi və 49% bazar payının sahibi kimi mobil kommunikasiya bazarında birinciliyini qorumuş oldu.

DİA.AZ xəbər verir ki, artıq uzun illərdir ki, ölkəmizdə qeyri-neft sektorunun ən iri vergi ödəyicisi olan Azercell 2019-cu ildə dövlət büdcəsinə 112 milyon manat, 23 il ərzində isə 1 milyard 845 milyon manat vergilər də daxil olmaqla, dövlət büdcəsinə ödənişlər edib. Şirkət tərəfindən Azərbaycanda telekommunikasiyanın inkişafına ötən il 94 milyon yarım ABŞ dollarından çox, ümumilikdə isə 1 milyard 621 milyon ABŞ dollarından artıq sərmayə yatırılıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min ABŞ dollarından artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 milyon dolları keçib.

2019-cu ildə yenilənmiş brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.

İyunun 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirildi. 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in əvvəlki və yeni loqolarının təsvirini yaradaraq izləyicilərə möhtəşəm şou sərgilədi.

Yeni texnoloji imkanları və rəqamsal xidmətləri vətəndaşlara daha yaxşı tanıtmaq üçün Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” layihəsilə ölkənin 26 müxtəlif şəhər və bölgəsinə səfər edərək əhali üçün maarifləndirici və əyləncəli rəqamsal proqramlar təşkil etdi.

Rəqəmsal bağlantı erasına hazırlıq ərəfəsində Azercell yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onların da 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsilə ötürülən internet trafikinin həcmi 304% artdı. “Systemics” Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə 4G texnologiyası üzrə datanın ötürülmə sürətinə, informasiyanı yükləmə müddətinə və video materialların daha yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.

Cəmiyyətin rəqəmsallaşmasına doğru ən əhəmiyyətli addımlarından biri kimi bir neçə ay öncə Azercell-in ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsini istifadəyə verməsi oldu. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Saniyədə 1.1Gbit-ə qədər ötürmə və yükləmə sürətini mümkün edən pilot 5G şəbəkəsi artıq Fəvvarələr Meydanı və Nizami küçəsinin bir hissəsində təqdim edilib.

5G-nin inkişafını sürətləndirmək məqsədilə Azercell ötən ilki Bakutel Telekommunikasiya sərgisi çərçivəsində Ericsson şirkəti ilə Azərbaycanda strateji tərəfdaşlığa başlanılması ilə bağlı Anlaşma Memorandumu imzaladı.

Abunəçilərə qüsursuz xidmət göstərilməsini hədəfləyən şirkət 2019-cu ildə ümumilikdə 6 milyona yaxın abunəçiyə xidmət göstərib. Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 558 mindən artıq, Ön masa ofislərində 1 milyon 48 mindən artıq, Azercell-in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsilə 106 mindən artıq, Sosial Media vasitəsilə 58 min-dən artıq abunəçiyə xidmət göstərilib.

Ötən il Azercell xaricə səyahət edən abunəçiləri üçün sərfəli internet xidmətini təklif edib. Aylıq və Günlük Rominq İnternet Paketləri ölkə hüdudlarından kənarda olan hər bir Azercell abunəçisi üçün mobil interneti daha əlçatan və rahat edib.

Müştərilərin rahat şəkildə yaxınları ilə ünsiyyət saxlamaları üçün Azercell Aylıq İnternet Paketlərində Whatsapp əlavəsində pulsuz yazışma imkanı yaratdı. 2019-cu ildə təqdim olunmuş müxtəlif həcmli yeni Sərbəst tarifi isə özündə həm danışıq, həm internet paketi, həm də limitsiz yazışma imkanlarını birləşdirərək abunəçilər arasında böyük populyarlıq qazandı.

Azercell şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan “Kabinetim” şəxsi kabinet xidmətini təqdim etdi. Bundan əlavə, nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı da tamamilə aradan qaldırıldı və nömrələrin satışı mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirildi.

Smartfonlar vasitəsilə rəqəmsal xidmətlərə doğan tələbatdan irəli gələrək Azercell ötən ildə əyləncə və səmərəli istifadə üçün ivi, Zvuk, Azercell Kids və Bookmate mobil tətbiqlərini Azercell+ xidmətləri çətirinin altında birləşdirdi.

Eyni zamanda, korporativ abunəçilərin istifadəsinə daimi ünsiyyət üçün olduqca rahat “Biznesim Sosial Şəbəkələr” internet paketlərini verməklə Azercell ölkəmizdə iri/orta və kiçik sahibkarlığın inkişafına öz töhfəsini qatmş oldu.

Azercell-in təqdim etdiyi müxtəlif yeniliklər və sərfəli tariflər nəticəsində, hazırda Azercell abunəçilərinin 58.6%-i smartfon istifadəçiləridir.

Rəqəmsallığı, eyni zamanda, Korporativ Sosial Məsuliyyət strategiyasında əks etdirən Azercell təhsilin inkişafı, gənclərin inkişafı, uşaq hüquqlarının qorunması, sağlamlığın müdafiəsi, rəqəmsal savadlılığın artırılması, mədəni irsin qorunmasına töhfə verən təşəbbüslərini davam etdirdi. Yay aylarını əhatə edən “Rəqəmsal dünya bölgələrdə” layihəsi çərçivəsində şirkət nümayəndələri düşmənlə təmas xəttində yerləşən Cocuq Mərcanlı qəsəbəsi də daxil olmaqla, həmçinin, uşaq evləri, internat məktəbləri, məcburi köçkün düşərgələrinin sakinləri və aztəminatlı ailələrə hədiyyələr payladılar, onlar üçün Azercell Mobil Diş və Mobil Gös klinakalarında pulsuz müayinələr təşkil etdilər.

Qeyd edək ki, 2011-ci ildən fəaliyyət göstərən Azercell-in Mobil Göz klinikasında da ötən il ərzində Bakı və bölgələrdən 901 nəfər pulsuz göz müayinəsindən keçib. 10 il ərzində kimsəsiz uşaqlara, sosial qayğıya ehtiyacı olan vətəndaşlara xidmət edən Mobil Diş Klinikasında isə son il ərzində 547 pulsuz diş müayinəsi və müalicəsi olub.

Uşaqların və uşaq hüquqlarının müdafiəsi istiqamətində fəallığı ilə seçilən Azercell onların rəqamsal mühitdə qorunmasına xüsusi diqqət yetirir. Ötən il ərzində şirkət “Rəqamsal vətəndaşlıq və internet təhlükəsizliyi” mövzusunda ölkənin müxtəlif bölgələrində uşaqlar, valideyinlər və müəllimlər üçün xüsusi təlimlər təşkil etdi.

Azercell Azərbaycanda ilk dəfə olaraq Nəqliyyət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, internetdən təhlükəsiz istifadə mövzuları ətrafında təşkil olunan layihələrdə fəal iştirak edib. 2019-cu il ərzində 588 şagird, 76

valideyn, 78 müəllim kibertəhlükəsizlik təlimlərindən yararlanmışdır. Layihə başlandığı zamandan indiyə qədər isə ümumilikdə 1250 şagird, 219 valideyn, 178 müəllim təlimlərdə iştirak edib.

Azercell-in himayəsi altında 2010-cu ildən etibarən fəaliyyət göstərən Uşaq Qaynar Xətt Xidmətinə ötən il 3424, 10 il ərzində isə 33 minə yaxın müraciət daxil olub.

Azercell-in dəstəyilə keçirilən 5-ci Uşaq Paralimpiya İdman Oyunlarında 8 regiondan 111 sağlamlıq imkanları məhdud uşaq 7 idman növündə 19 medal uğrunda mübarizə apardı.

Azercell-in “Bookmate” proqramına 650 illiyi qeyd olunan şair-mütəfəkkir İmadəddin Nəsiminin qəzəllərinin 3 dildə yerləşdirilməsi isə şirkətin Azərbaycan mədəniyyətinin təbliği və “ 2019 Nəsimi ili”nə böyük töhfəsi oldu. Layihədə ökənin mədəniyyət xadimləri ilə yanaşı, respublikada fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edərək, Azercell-in video çarxında Nəsiminin qəzəllərini müxtəlif dillərdə səsləndirdilər.

Ölkədə informasiya texnologiyalarına olan marağı yüksəltmək məqsədilə 2019-cu ildə Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadasında Azercell İstedadların Rəqəmsal Sponsoru qismində çıxış etdi.

Güclü və işinə həvəsli İnsan Kapitalına xüsusi önəm verən Azercell Telekom 2019-cu il ərzində əməkdaşlarının inkişafına 973 min ABŞ dollarından artıq vəsait xərcləmişdir. Bundan əlavə, 2019-cu ildə ölkənin müxtəlif ali təhsil müəssisələrində oxuyan 67 gənc şirkətin Tələbə proqramlarından yararlanmış, Azercell Akademiyası tərəfindən şirkətdaxili və müxtəlif təşkilat və qurumlara 161 tədris sessiyaları keçirilmişdir.

Təbii haldır ki, şirkətin fərqli istiqamətlərdə innovativ fəaliyyəti həm yerli, həm də beynəlxalq qurumların diqqətinə səbəb olaraq 2019-cu ildə də Azercell-ə nüfuzlu mükafatlar qazandırdı. ABŞ-ın prestijli biznes mükafatı olan В«StevieВ» mobil operatoru “İlin Telekommunikasiya şirkəti” adına layiq gördü. Azercell-in yeni brend kimliyinin təqdim edilməsi isə ilin İnnovasiya tədbiri seçildi və Azercell Azərbaycan İnnovasiya Müküfatına layiq görüldü. Day.az media portalının В«İnsanların SeçimiВ» müküfatının В«İlin ən yaxşı mobil operatoruВ» nominasiyasının qalibi də Azercell Telekom seçildi.

Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell ən son texnoloji yeniliklərin və innovativ həlllərin ölkədə tətbiqinə davam edəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02
Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49
Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47
GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45
Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42
YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32
"Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14
“Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04
Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57
"Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56
Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46
Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45
Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44
Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42
Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13
Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04
ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58
"Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39
Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34
Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25
Bakıda ər arvadını qətlə yetirib, daha sonra özünü öldürüb - TƏFƏRRÜAT
Dünən, 15:21
“Effektivinvest” geriləyir - MƏNFƏƏTİ KƏSKİN AZALIB
Dünən, 15:18
Azərbaycanda internet ÇÖKDÜ - NƏ BAŞ VERİR?
Dünən, 15:15
Azərbaycanın uğuru Rusiyanı “nokaut”a salıb - FAKT BUDUR!
Dünən, 15:14
“Azəriqaz”ın dövlətə milyonlarla manat borcu yarandı
Dünən, 14:57
Sülh Ermənistanın dünya nəqliyyat sisteminə qoşulması üçün fürsətdir - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:54
FSB Azərbaycan vətəndaşını məxfi sənədləri oğurlamaqda ittiham edərək həbs edib - TƏFƏRRÜAT
Dünən, 14:50
Moskva TDT-dən və Astanadan əndişəlidir – Qazaxıstan “3-cü rus ölkəsi” olmaqdan çıxır
Dünən, 14:40
Ermənistan Konstitusiyası dəyişir - Paşinyan vaxtı elan etdi
Dünən, 13:33
Masallıda itkin düşən 67 yaşlı kişinin paltarları tapıldı - Axtarış davam edir
Dünən, 13:02
Rəsmi Bakı ABŞ ilə daha sıx əlaqələr qurur - “Axios”
Dünən, 13:00
FHN Rusiya və Türkiyə şirkətləri ilə 26 milyon manatlıq müqavilələr imzaladı - TƏFƏRRÜAT
Dünən, 12:50
"Rusiya Azərbaycanın haqlı tələblərini nəzərə almalıdır" - ÇÜNKİ...
Dünən, 12:44
"Regional Qaz İstismarı İdarələri ləğv edilməlidir" - ÇAĞIRIŞ
Dünən, 12:36
Vüqar Qurbanov direktoru işdən çıxardı - Yeni təyinat
Dünən, 12:14
“Trampın Prezident İlham Əliyevi hədələməsi ilə bağlı səsləndirilən fikirlər yalandır, o, Paşinyanı hədləyə bilər” - deputat
Dünən, 12:11
Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq - Paşinyan
Dünən, 12:08
TƏBİB qripə qarşı peyvənd alır: - 1 milyon manat xərclənəcək
Dünən, 12:02
Dövlət Gömrük Komitəsində yeni təyinat olub - ƏMR
Dünən, 12:00
Azərbaycanla sərhəddə Ukrayna agenti saxlanılıb
Dünən, 11:58
Sülh sazişi İrəvanın İrana yolunu açır - “Bloomberg”
Dünən, 11:54
Ermənistan və İran yol məsələsi ilə bağlı razılaşma əldə etdi - AÇIQLAMA
Dünən, 11:53
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Dünən, 11:44
Rusiyadan sərhədimizdə sensasion əməliyyat: - məxfi sənədlər ələ keçirildi
Dünən, 11:27
Paris buna məcburdur... - ŞƏRH
Dünən, 11:23
SOCAR neftçilərə XƏBƏRDARLIQ ETDİ - AÇIQLAMA
Dünən, 11:16
Rəqsanənin əri Fazil Əmiraslanov İSTİNTAQDA DİNDİRİLDİ - TƏFƏRRÜAT
Dünən, 11:13
İranla Ermənistan arasında SENSASİON ANLAŞMA – Tehranın Zəngəzur isterikası SONA ÇATIR?
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru