Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq .....                     Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı .....                     Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... .....                     Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır .....                     Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? .....                     "NEHRƏM" MTK-nın dövlətə borclandı .....                     ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib .....                     Putindən Qarabağla bağlı yeni açıqlamalar.... .....                     Sentyabrda bu ərzaqlar bahalaşa bilər .....                     İran-ABŞ gərginliyində YENİ ŞTRİX... .....                     Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI .....                     "Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." .....                     Buranın adından da DƏLƏDUZLUQ fışqırır .....                     Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir .....                     SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR .....                     9-cu aydır ki, maaşlarını ala bilmirlər... .....                     İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... .....                     Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... .....                     Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... .....                     Ermənilərin 2 sentyabr .....                     Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur .....                     Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? .....                     Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb .....                     İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI .....                     “VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı .....                     Yevlaxda 657 minlik tender ləğv edilib .....                     “Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır .....                     Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi .....                     Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı .....                     SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb .....                     Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər .....                     Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi .....                     "Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                 

Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Tarix: Bu gün, 07:59 | Çap et

Ərzaq bazarında qiymət artımı yenidən gündəmdədir. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların bazara çıxışında və tədarükündə yaranan dəyişikliklər, idxal xərcləri və istehsal maya dəyərinin artması qiymətlərə təsir edən əsas amillər sırasında göstərilir.

Bəs sentyabrda hansı ərzaqların qiyməti arta bilər?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ərzaq bazarında qiymət artımını hər dəfə mövsümi amillərlə izah etmək doğru deyil:

“Sentyabr ayında kartof, soğan, meyvə-tərəvəz, süd məhsulları, ət, un və un məmulatlarının qiymətində artım ola bilər. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların yerli təklifi azalır və idxala ehtiyac artır.

Yanacaq, gübrə, enerji, su və logistika xərclərinin artması məhsulun maya dəyərinə təsir göstərə bilər. Lakin maya dəyərinin 10 faiz artdığı halda pərakəndə qiymətin 20-30 faiz yüksəlməsi avtomatik şəkildə əsaslandırıla bilməz. Dövlət yalnız qiymət artımını müşahidə etməməli, bahalaşmanın hansı mərhələdə və hansı səbəbdən yarandığını müəyyənləşdirməlidir”.

Asif İbrahimovun sözlərinə görə, fermer məhsulunu aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu dəfələrlə baha alırsa, burada qiymət zəncirinin şəffaflığı məsələsi ortaya çıxır:

“Məhsulun tarladan mağazaya qədər keçdiyi bütün mərhələlərdə yaranan xərc və marjalar müəyyən edilməlidir. Fermerin də, istehlakçının da uduzduğu, vasitəçilik zəncirinin isə böyüdüyü sistem sağlam bazar hesab oluna bilməz.

Dövlət hansı məhsul üzrə nə qədər idxala ehtiyac yaranacağını əvvəlcədən hesablamalı, daxili istehsalı planlaşdırmalı, saxlama imkanlarını genişləndirməli və strateji ehtiyatlar formalaşdırmalıdır”.

İqtisadçı hesab edir ki, problemin kökündə daha fundamental məsələ – iqtisadiyyatın idxal və istehlakdan yüksək asılılığı dayanır:

“Yüksək məhsuldarlıq, yerli emal və rəqabətli istehsal təmin edilmədikcə xarici bazarlardakı dəyişikliklərin ərzaq qiymətlərinə təsiri yüksək olacaq. Dövlət yalnız subsidiya ayırmaqla kifayətlənməməli, bu vəsaitin hansı nəticəni yaratdığını da tələb etməlidir. Subsidiyalar məhsulun həcminə deyil, məhsuldarlığa, texnologiyaya, suya qənaətə, emala və ixrac imkanlarına bağlanmalıdır. Hər bir strateji ərzaq məhsulu üzrə 12 aylıq tələb-təklif balansı hazırlanmalı, istehsal, istehlak, idxal, anbar ehtiyatları və qiymətlər vahid rəqəmsal platformada izlənilməlidir. Aidiyyəti qurumların məlumatları bir sistemdə birləşdirilməli, ehtiyatlar kritik həddə yaxınlaşdıqda qabaqlayıcı tədbirlər görülməlidir.

Fermerlərin bazarda daha güclü mövqeyə malik olması üçün kooperasiyaların inkişaf etdirilməsi, supermarket və emal müəssisələri ilə birbaşa müqaviləli satış imkanlarının genişləndirilməsi vacibdir. Regionlarda soyuducu anbar, çeşidləmə, qablaşdırma və emal infrastrukturu yaradılmalıdır. Fermer məhsulu yığım vaxtı ucuz satır, bir neçə ay sonra isə həmin məhsul istehlakçıya baha təklif olunursa, problemin səbəbi təkcə istehsalçıda deyil, bazar infrastrukturundadır”.

İqtisadçı aqrar kreditləşmədə də yanaşmanın dəyişdirilməli olduğunu bildirib:

“Kreditlərin müddəti real istehsal dövrünə uyğunlaşdırılmalı, güzəştli maliyyələşmə məhsuldarlığı artıran texnologiyalara, suya qənaət edən sistemlərə, müasir avadanlıqlara və emala yönəldilməlidir. Dövlət tərəfindən verilən subsidiya və kreditlərin nəticəsi ölçülməli, effektiv olmayan mexanizmlər dəyişdirilməlidir. Qiymət zəncirinin rəqəmsal monitorinqi də vacibdir. Fermerdən marketə qədər məhsulun qiyməti izlənilməli, istehsalçı, topdansatış, logistika və pərakəndə qiymətlər müqayisə edilməlidir”.

Asif İbrahimov hesab edir ki, dövlət öz fəaliyyətini konkret nəticələrlə ölçməlidir:

“Qarşıdakı illər üçün idxaldan asılılığın nə qədər azalacağı, məhsuldarlığın və fermer gəlirlərinin nə qədər artacağı, məhsul itkilərinin və istehsalçı ilə istehlakçı qiyməti arasındakı fərqin nə qədər azalacağı əvvəlcədən müəyyənləşdirilməlidir. Əks halda sentyabrda “mövsümdür”, oktyabrda “logistikadır”, noyabrda “idxaldır”, dekabrda isə “dünya bazarıdır” deyə-deyə eyni problemi izah etməyə çalışacağıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kənd Təsərrüfatı Nazirliyi ilə Veysəloğlu Şirkətlər Qrupu arasında memorandum imzalanacaq
Bu gün, 09:11
Polis əməkdaşına müqavimət göstərən taksi sürücüsü ilə bağlı QƏRAR
Bu gün, 08:32
Nizami rayonunda AĞACYEYƏNLƏRDƏN növbəti vandalizm... - AXI NİYƏ?..
Bu gün, 08:25
Köçəryan azad edilir, Ermənistan dəmir yollarını geri alır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Azərbaycan qlobal güclər və regional oyunçular üçün niyə bu qədər əhəmiyyətlidir? - ARAŞDIRMA
Bu gün, 08:10
"NEHRƏM" MTK-nın dövlətə borclandı - FOTO
Bu gün, 08:06
ABŞ yeni taktika çərçivəsində İranın iki tankerinə hücum edib - "Axios"
Bu gün, 08:04
Putindən Qarabağla bağlı yeni açıqlamalar.... - AKTUAL
Bu gün, 08:03
Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI
Bu gün, 07:59
İran-ABŞ gərginliyində YENİ ŞTRİX... - GƏLİŞMƏ
Bu gün, 07:48
Əmrullayevin təhsil sistemindəki AYAQYOLU İSLAHATI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 07:36
"Bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir..." - REPLİKA
Bu gün, 07:27
Buranın adından da DƏLƏDUZLUQ fışqırır - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:10
Ölkədə M10 ÖZBAŞINALIĞI davam edir - DAHA BİR ETİRAZ...
Bu gün, 07:04
SOCAR borc içində batan ABŞ şirkətinə MİLYARDLAR YATIRIR - BU NƏDİ BELƏ?
Bu gün, 06:58
9-cu aydır ki, maaşlarını ala bilmirlər... - MÜRACİƏT
Bu gün, 06:53
İkibaşlı səhiyyə sistemi NECƏ İFLİC OLDU... - BU FAKTDIR!
Bu gün, 06:42
Ərzaq təhlükəsizliyimiz cənab Təhməzliyə əmanətdirsə... - AKTUAL
Bu gün, 06:38
Bu da Cavid Qurbanovun GÖRDÜYÜ İŞ... - FOTOFAKT
Bu gün, 06:33
Ermənilərin 2 sentyabr TƏDARÜKÜ...
Dünən, 17:54
Abxazlar gürcülərə nifrət edirlər, bu məsələnin həlli yoxdur - Saakaşvili
Dünən, 17:52
Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? – ƏCAİB QİYMƏTLƏR
Dünən, 17:37
Milyonlarla manat vergi borcu var, mülklər hərraca çıxarılıb - "Pakdad"da nə baş verir?
Dünən, 17:25
İşdən çıxarılan direktor ayaqyolu avadanlıqlarını EVİNƏ APARDI - BU NƏDİ BELƏ?
Dünən, 17:13
“VNT-Azərbaycan Logistik” şirkəti kapitalını kəskin azaltdı
Dünən, 17:05
Yevlaxda 657 minlik tender ləğv edilib - DETALLAR
Dünən, 17:04
“Azərbaycan Sənaye Bankı”nın sədri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Dünən, 16:57
Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi - AÇIQLAMA
Dünən, 16:52
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı – Son qiymətlər
Dünən, 16:50
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Dünən, 16:44
Putin və Pezeşkian Tehran və Vaşinqton münasibətlərindəki problemləri müzakirə ediblər - "İnterfaks"
Dünən, 16:41
Lamiyyə Ələkbərovaya yeni vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 16:33
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Dünən, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Dünən, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Dünən, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Dünən, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Dünən, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Dünən, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Dünən, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Dünən, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Dünən, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Dünən, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Dünən, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Dünən, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Dünən, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Dünən, 15:37
AZPROMO sığortaçı seçib
Dünən, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Dünən, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Dünən, 15:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru