"Xadimə və satıcı eyni adamdır" .....                     Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: .....                     Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü .....                     Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR .....                     Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib .....                     Revanşistlərin “separatçı sevgisi” .....                     Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? .....                     Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı .....                     Putinlə görüşdə bunları müzakirə edəcəyik .....                     Qarşıdurmadan dialoqa: .....                     “Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb .....                     İRİA-nın şöbə müdiri işdən çıxdı .....                     Bu qurumda yeni təyinatlar oldu .....                     "Məni ad gününə, toylarınıza da çağırmayın" .....                     İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı .....                     AZPROMO sığortaçı seçib .....                     İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb .....                     Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış .....                     Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb .....                     Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi .....                     “Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” .....                     Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın .....                     İlham Əliyev Putinlə söhbətləşdi .....                     İran bu tarixdə BOMBARDMAN ediləcək .....                     "Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" .....                     Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin .....                     Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş .....                     Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi .....                     Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı .....                     Kremldən Əliyev-Putin görüşü barədə .....                     İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq .....                     “300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” .....                     Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır .....                     “Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” .....                     Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir .....                     “Express Lombard” 2 dəfə kiçilib .....                     Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı .....                     Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb .....                     Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb .....                     Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir .....                 

İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Tarix: Bu gün, 15:37 | Çap et

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi kəskin və qeyri-adi bir xəbərdarlıqla çıxış edib.

"Azərbaycan Respublikasında fəaliyyət göstərən bəzi informasiya resursları özlərini ölkədəki müxtəlif icmaların maraqlarını təmsil edən kütləvi informasiya vasitəsi kimi qələmə verməyə cəhd göstərirlər", - deyə bəyanatda bildirilib.

"Özünü "Azərbaycan Yəhudi Media Mərkəzi" və yəhudi mənşəli ictimai xadimlərin təşəbbüsü ilə yaradılmış xəbər portalı kimi təqdim edən "Ajmedia.news" veb-saytı dərc etdiyi materiallarda media etikası tələblərinə cavab vermir və "Media Reyestri" informasiya sistemində yer almayıb… Həmin resursla bağlı müvafiq qərar qəbul edilib, "Media haqqında" Qanunun tələblərini pozduğuna görə onun fəaliyyəti qanunsuz hesab edilib", - deyə Agentlik məlumat verib.

Musavat.com xəbər verir ki, İsrailin "İsraLife" saytı Azərbaycanda baş verən bu məsələ ilə bağlı məqalə yayıb.

Sayt yazır ki, bu məsələ sadəcə qeydiyyat rəsmiyyətlərinin pozulmasından çox daha genişdir. Məsələ onun sahibinin özünü necə aparmasındadır. Saytın fəaliyyətinin nə üçün Azərbaycanın yəhudi icmalarında da bu qədər narazılıq doğurduğunu anlamaq üçün məsələnin tarixçəsinə bir qədər dərinləməsinə nəzər salmaq lazımdır.

Ajmedia.news saytı 2020-ci ildə "Azərbaycan Yəhudi Media Mərkəzi"nin təşəbbüsü ilə yaradılıb. Bu Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) elə həmin il Sumqayıtda qeydiyyata alınıb.

Nizamnamə kapitalı cəmi 10 manatdır (təxminən 6 ABŞ dolları). Şirkəti və saytı Nəsimi Novruz oğlu Əbilov adlı şəxs təsis edib.

İsrail hüdudlarından kənarda onun fəaliyyəti haqqında az şey məlumdur. Lakin Azərbaycan saytlarında və sosial şəbəkələrdə o, sanki Azərbaycan yəhudilərinin rəhbəri kimi təqdim olunur. Bu təəssürat onun özü tərəfindən süni şəkildə yaradılır: o, müsahibələr verir, burada bütün yəhudi xalqının əhval-ruhiyyəsindən danışır, ümumilikdə Azərbaycan yəhudi icmasının "rəyini" ifadə edir və s. "Yəhudi Media Mərkəzinin direktoru" imzası ilə birlikdə bu, icma liderlərindən birinin çıxış etdiyi təəssüratını yaradır.

Sayt yazır ki, Nəsimi Əbilov Azərbaycandakı yəhudilər adından hətta Azərbaycan Prezidenti İlham Əliyevə məktub da ünvanlayıb. Dövlət başçısının rəsmi saytına göndərilən 3 may 2020-ci il tarixli məktubda Nəsimi Əbilov koronavirus pandemiyasına qarşı mübarizədə görülən tədbirlərə görə prezidentə təşəkkür edib. Və altından bu cür imza qoyub:

"Sumqayıt şəhər yəhudi icmasının təsisçisi". Lakin o, təsisçi deyil.

Azərbaycanda, əlbəttə ki, heç kimə yeni icmalar açmaq qadağan edilmir. Burada 40-a yaxın qeyri-müsəlman birliyi var. Və Sumqayıtda da vaxtilə, 2004-cü ildə yerli yəhudi icması yaradılıb. Əvvəlcə o, Bakı Aşkenazi Yəhudiləri İcmasının "filialı" olub, 2009-cu ildə formal müstəqillik qazanıb, 2024-cü ildə isə yenidən qeydiyyatdan keçib. İsraildəki "amutot"lar (QHT) kimi, bu cür icmaların qeydiyyatı üçün də bir neçə nəfər lazımdır. Nəsimi Əbilov sadəcə onun qeydiyyat şəhadətnaməsinə yazılmış on təsisçidən biridir. Yəni ən yaxşı halda o, çoxlu həmtəsisçilərdən biridir. Sumqayıt İcmasının rəhbəri və Bakı Aşkenazi Yəhudiləri İcmasının sədr müavini Yevgeni Brenneysonun bildirdiyinə görə, son illərdə Nəsimi e1Əbilov yalnız icma tədbirlərində iştirak edib — lakin onların heç birini maliyyələşdirməyib və heç birinin təşəbbüskarı olmayıb. Vəsaitləri Bakı icması, şəxsən Brenneyson öz şəxsi vəsaitindən və 20 ildən çox əvvəl bu icmanı təsis etmiş ravvin Mendel Leyster ayırır.

Avqustun 31-də Respublika rəhbərinin saytındakı həmin məktub silinib.

Sayt yazır ki, Nəsimi Əbilovun bu müraciəti zərərsiz bir özünübəyənmə deyildi:

"2025-ci ildə icmalara Azərbaycan yəhudilərindən şikayətlər daxil olmağa başladı. İnsanlar iddia edirdilər ki, Ajmedia saytında onlar haqqında dərc olunan yazılar gerçəkliyi əks etdirmir. Bəzi yəhudi xadimlərini əsassız olaraq hakimiyyətin əleyhdarı kimi göstərməyə çalışırdılar və s. O zaman Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Aleksandr Şarovski və Bakı Sefard Yəhudiləri Dini İcmasının rəhbəri ravvin Zamir İsayev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər. Xahiş ediblər ki, bu "media mərkəzi"nin onların icmalarına heç bir dəxli olmamasını və saytdakı, sosial şəbəkələrindəki materialların onların mövqeyini ifadə etmədiyi nəzərə alınsın.

Bundan az sonra məhkəmə prosesi başladı və domen sahibindən qeydiyyat tələblərini pozduğuna görə saytı bağlamaq tələb olundu. Onun əməkdaşlarının özlərini "Azərbaycan KİV-i" kimi təqdim etməyə hüquqları yox idi. "İsrail KİV-nin nümayəndələri" kimi də: İsrail Hökumətinin Mətbuat Bürosunda (LAAM) nə Ajmedia.info saytı, nə də onun əməkdaşlarından hər hansı biri qeydiyyata alınmayıb. Bu səbəbdən məhkəmə bu resursun bağlanması barədə qərar çıxardı.

AJMedia.info domen adının sahibi Tariel Abdullayev məhkəməyə bildirib ki, onun da resursla heç bir əlaqəsi yoxdur, internet ünvanından isə Nəsimi adlı başqa bir şəxs istifadə edir.
Tariel Abdullayev məhkəmənin qərarını yerinə yetirdi, saytı bağladı. Lakin sonrqdan Nəsimi Əbilov bir başqa ünvan alıb və Ajmedia.info əvəzinə Ajmedia.news olaraq fəaliyyətini davam etdirib".

Sayt Azərbaycanda yəhudi kimliyi ilə ortalığa çıxan Kazım Abbasov - "David Seliverstov" haqda da yazır:

"Bir qədər əvvəl Azərbaycanda başqa bir şəxsin, "David Seliverstov" adlı kəsin ifşası ilə bağlı qalmaqal qopub. Məlum oldu ki, onun adı tamamilə başqadır - Kazım Abbasov. O, Azərbaycan parlamentinin deputatı Anatoliy Rafailovun yaxın adamı olub. "David Seliverstov" haqqında ifşaedici yazılar Musavat.com və Haqqin.baz nəşrlərində işıq üzü görüb.

Jurnalistlərin bildirdiyinə görə, Kazım Abbasov özgə adı altında hətta İsrail Prezidenti İsxak Hertsog ilə görüşə keçməyə cəhd edib, lakin bu cəhd baş tutmayıb — İsrail mühafizəsi onun qarşısını alıb. Həmçinin Abbasov-"Silvestrov" İsraildə bu yaxınlarda "Likud"da praymerizdə namizədliyini irəli sürmüş Pavel İlizarovun rəhbərlik etdiyi Qafqazdan olanların QHT-nin nümayəndəsi olduğunu iddia edirdi.

Buda Əbilovun vaxtilə öz sosial şəbəkələrində yaydığı fotoşəkil: o, burada Abbasovla birlikdə təsvir olunub. Şəkildəki üçüncü şəxs - Milli Məclisin deputatı Rafailovdur. "Böyük yəhudi KİV-nin sahibi", "icma təsisçisi" və s. bu kimi "status" Əbilova bir çox məmurlarla görüşməyə, hökumət tədbirlərində iştirak etməyə, habelə qəribə tələblər irəli sürməyə şərait yaradır: məsələn, o, dövlətin icmalara ayırdığı vəsaitlərin istifadəsində "daha böyük şəffaflıq" tələb edib.

Doğrudan da, Azərbaycan Respublikasının hakimiyyəti ölkədəki hər üç yəhudi icmasına — xristian və digər qeyri-müsəlman birliklərinə olduğu kimi - maliyyə köməyi göstərir. Təsadüfi deyil ki, bu gün bir çoxları bu ölkəni tolerantlıq və mehriban qonşuluq nümunəsi adlandırır. "Bizim dövlət tərəfindən böyük dəstəyimiz var. Şükürlər olsun ki, özəl sponsorlar da var, digər yəhudi təşkilatları da müəyyən layihələri dəstəkləyərək çox kömək edirlər - lakin məhz dövlət dəstəyi yəhudi proqramlarının qorunub saxlanmasını təmin edir. Vəsaitlər Azərbaycan Prezidentinin Ehtiyat Fondundan ayrılır", - deyə ravvin Zamir İsayev verdiyi müsahibədə bildirmişdi. 2026-cı ilin avqust ayında Azərbaycan yəhudilərinin liderləri buna yenidən reaksiya verməli oldular. Onlar Prezident Əliyevə hərtərəfli dəstəyə və ölkədə yəhudilər və yəhudi həyatı üçün yaradılan ümumi əlverişli şəraitə görə təşəkkür etdikləri yeni bəyanat yaydılar. Onların 31 avqust tarixli bəyanatını Azərbaycanın qeydiyyatdan keçmiş və qanunun bütün tələblərinə uyğun fəaliyyət göstərən həqiqi yəhudi xəbər portalı olan "Jnews.az" sitat gətirir.

Təəssüf ki, Sumqayıt "tərəfdaşlığına" mənsubluq bütün Azərbaycan icmalarından hesabat tələb etməyə imkan vermir. Üstəlik, onların hamısı vergi və digər qurumlar qarşısında hesabatlıdır və yoxlanılır. Beləliklə, onların fəaliyyəti "qeyri-şəffaf" ola bilməz. Lakin Nəsimi Əbilovun saytının və sosial şəbəkələrin Azərbaycan dilində də yaydığı bu mövzuda nəşrlər yəhudilərin üzərinə kölgə sala, qonşuların onlara daha pis baxmasına rəvac verə bilər. Sanki yerli yəhudilərə Qideon Saardan gələn "etiraf" azlıq edirdi - bu arada, İsrail nazirinin Bakıya səfəri zamanı Nəsimi Əbilov onunla da görüşməyi bacarmışdı.

İcma rəhbərlərinin yaydığı yeni birgə bəyanatda "son günlər özünü "Azərbaycan Yəhudi Media Mərkəzi" kimi təqdim edən struktura məxsus "AJMedia" xəbər portalında ölkənin yəhudi dini icmalarının fəaliyyəti haqqında həqiqətə uyğun olmayan məlumatların dərc olunmasından" təəssüf ifadə edilir. Bəyanatda vurğulanır ki, hər hansı media strukturunun yəhudi dini icmaları adından çıxış etməsi, icmaların rəsmi mövqeyinə istinad etmədən onların mövqeyini təqdim etməsi, onların adından ictimai rəy formalaşdırmaq cəhdləri yolverilməzdir. "Azərbaycanın yəhudi dini icmaları "AJMedia"nı öz informasiya resursu kimi tanımır, onu heç bir formada dəstəkləmir və bəyan edir ki, bu resursda dərc olunan rəylər icmaların mövqeyini əks etdirmir", - sənəddən sitat.

Azərbaycanın yəhudi birliklərində hesab edirlər ki, söhbət Azərbaycan və İsrail arasında son illərdə baş verən strateji yaxınlaşmadan, eləcə də ənənəvi Azərbaycan tolerantlığından öz maraqları üçün - iki xalq və ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək üsullarla - istifadə etmək cəhdlərindən gedə bilər. Lakin indi Media İnkişafı Agentliyi xatırlatdı ki, bu saytın fəaliyyəti qanunsuz hesab edilib. Beləliklə, görünür, tezliklə bu əhvalata da nöqtə qoyulacaq".

Musavat.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Xadimə və satıcı eyni adamdır" - "Bravo"dan şikayət
Bu gün, 16:24
Müharibə iştirakçıları veteranlıq statusu tələb edir: - Ziddiyyətlər aradan qaldırılmalıldır
Bu gün, 16:15
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 16:08
Tanınmış aparıcı “Azərcell”dən ŞİKAYƏTÇİDİR - “Buna görə məndən etibarnamə tələb edirlər”
Bu gün, 16:04
Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Bu gün, 16:00
Revanşistlərin “separatçı sevgisi” -Parisdə sərgi, AHİM-ə şikayət, Zonabendin səfər istəyi
Bu gün, 15:58
Suvarma suyu pullu oldu: Kəndlini nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 15:57
Ermənistan müdafiə naziri ordunun mövqelərini yoxladı - nəyin TƏDARÜKÜDÜR?
Bu gün, 15:54
Putinlə görüşdə bunları müzakirə edəcəyik - Paşinyan
Bu gün, 15:52
Qarşıdurmadan dialoqa: - Ermənistan Dünya Köçəri Oyunlarında
Bu gün, 15:50
“Prior Leasing” şirkətinin dövlətə 230 min manata yaxın vergi borcu yaranıb - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:48
İRİA-nın şöbə müdiri işdən çıxdı - ƏMR
Bu gün, 15:46
Bu qurumda yeni təyinatlar oldu - ADLAR
Bu gün, 15:44
"Məni ad gününə, toylarınıza da çağırmayın" - Xalq artisti
Bu gün, 15:42
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - GƏLİŞMƏ
Bu gün, 15:37
AZPROMO sığortaçı seçib
Bu gün, 15:20
İcra hakimiyyətlərinin “sevimli” şirkətinə məxsus əmlak müsadirə olunaraq hərraca çıxarılıb - İLGİNC FAKTLAR...
Bu gün, 15:18
Atasını öldürüb meyitini “Bəkdəmir yalı”na aparıbmış - 34 il əvvəl törədilən qətlin TƏFƏRRÜATI
Bu gün, 15:14
Qazax-Tovuzda alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb – Rayonlar üzrə siyahı
Bu gün, 15:09
Məşhur məmurun kürəkəni əliqandallı Bakıya gətirildi – 13 il əvvəl törədilən qətl işi məhkəməyə göndərildi
Bu gün, 15:07
“Sabah”ın ÇL-də bu klublardan xal alması mümkünsüzdür” – Rəşad Ergün
Bu gün, 13:04
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın həbsinə order verilib
Bu gün, 13:02
İlham Əliyev Putinlə söhbətləşdi - FOTO
Bu gün, 13:01
İran bu tarixdə BOMBARDMAN ediləcək – Azərbaycan üçün RİSKİ…
Bu gün, 12:57
"Vasifin ad günümə aldığı hədiyyəni deməyə utanıram" - Mətanət Əsədova
Bu gün, 12:51
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 12:49
Əməkdar jurnalistin 185 mini ələ keçirildi: Şöbə rəisi olmaq istəyirmiş - TƏFƏRRÜAT
Bu gün, 12:47
Tanınmış şərhçi Nurlan Valehoğluya yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Parkda tanışlarını döyərək bıçaqladı, cəzası artırıldı, istəyi reallaşmadı – QƏRAR
Bu gün, 12:38
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
Bu gün, 12:34
İrandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq - Zərdüşt Əlizadə belə deyir...
Bu gün, 12:23
“300 şagirdin oxuduğu məktəbin tavanı çökmək üzrədir..” - Video
Bu gün, 12:20
Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır - DETALLAR
Bu gün, 12:12
“Kişi xeylağıdır, hansısa qadınla istirahətə gedibsə, bu, evlənmək deməkdir?” - Polad Bülbüloğlu ilə bağlı AÇIQLAMA
Bu gün, 12:11
Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir - KİV
Bu gün, 11:55
“Express Lombard” 2 dəfə kiçilib - Mənfəəti azalıb
Bu gün, 11:53
Avropada iş vədi ilə 171 nəfəri aldadıb 217 min manat aldı – MƏHKƏMƏ
Bu gün, 11:47
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb - Keçmiş məmurların yanına...
Bu gün, 11:45
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu daha da artıb - MƏQALƏ
Bu gün, 11:38
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir - İsrafil Kərimovun yazısı
Bu gün, 11:36
Tibb Universiteti nəqliyyat vasitələrinin təmirinə yeddi yüz min manatdan çox vəsait ayırdı – Bu pullar hara gedir
Bu gün, 11:33
Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs qərardan şikayətçidir
Bu gün, 11:32
Turizm şirkətinin rəhbəri Polşada həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Vüqar Qurbanovun qohumu işdən çıxarıldı - ƏMR
Bu gün, 11:29
“Bu olayların yaşanmasında Əli İsa Cabbarovun əli var“ - Aydın Kazımzadə
Bu gün, 11:27
Estetik cərrahiyyənin iki üzü: Sertifikatı olmadan əməliyyat edənlər kimlərdir? - SİYAHI
Bu gün, 11:15
“Qadın təmiz qalmalıdır; kişi kişidir də, gözü orda-burda ola bilər - kişi deyilik?”
Bu gün, 11:10
Mübahisə etdiyi şəxsin üzərinə qəsdlə maşın sürdü – MƏHKƏMƏ
Bu gün, 11:08
Məktəbdən NARAZILIQ: “Bəs nazirlik nə işlə məşğuldur?” – Video
Bu gün, 10:58
Rusiya ordusu Ukrayna ilə Rumıniya arasında sərhəd-keçid məntəqəsini vurub
Bu gün, 10:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru