Tanınmış jurnalist Kubra Məhərrəmova “Azərcell” şirkətindən şikayətçidir.
Yenicag.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında videopaylaşım edib.
Aparıcı qardaşının bir neçə il öncə ona hədiyyə etdiyi nömrənin dublikatını çıxarmaq istəərkən ciddi çətinliklərlə üzləşdiyini bildirib.
O, həmin nömrənin problemini həll etmək üçün “Azərcell” tərəfindən ondan qanuni etibarnamə tələb olunduğunu, əlavə olaraq 12 manat rüsum ödəyərək çətinliklə problemini həll edə bildiyini qeyd edib.






