“Prior Leasing” ASC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Prior Leasing” ASC-nin vergi borcu 229 001.69 manatdır.
Bildirək ki, “Prior Leasing” ASC-nin nizamnamə kapitalının 99,88%-i Məcidova Afaq Hüseyn qızına, 0,12 faizi İsgəndərli İlkin Məmməd oğlua məxsusdur.
Qeyd edək ki, “Prior Leasing” 2014-cü ildə təsis edilib və 2019-cu ildən aktiv fəaliyyət göstərir. Şirkətin əsas fəaliyyəti Avropa, ABŞ, Çin, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən çoxsaylı texnika istehsalçılarının məhsullarını nağd və ya 40 % dövlət güzəşti ilə lizinqlə satışını həyata keçirməkdir.






