Yevlax Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderin nəticəsi ləğv olunub.
Tribuna.az xəbər verir ki, söhbət şəhərdə yolların əsaslı təmir işlərinin satınalınmasından gedir.
Açıq mənbələrdə qeyd edilir ki, İcra Hakimiyyəti bu məqsədlə 657 min manat büdcə ayırıb. Lakin müvafiq qurumlar AİBNDA/SQ-8890/2026 nömrəli 26 avqust 2026-cı il tarixli qərara əsasən nəticəni ləğv edib.







