Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                     Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib .....                     “Sabrania” siqaretləri bahalaşır .....                     “Qaçaq Nəbinin toyu”na dönən parad .....                     UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? .....                     “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                 

FUTBOL QUMARININ GÜDAZINA GEDƏN NAZİR
Tarix: 19-07-2012, 12:09 | Çap et
FUTBOL QUMARININ GÜDAZINA GEDƏN NAZİR

AZAD RƏHİMOVLA RÖVNƏQ ABDULLAYEV NƏDƏN DÜŞMƏNƏ ÇEVİRLDİLƏR?

DİA.AZ: - Hakimiyyətdəki oliqarx-məmurların bu günlərdə bukmeyker kantorlarına da tamah saldığı artıq bir faktdır. Bir müddət əvvəl ölkədəki bütün bukmeykerlərin fəaliyyətinə qadağa qoyulanda işin içində iş olduğunu təxmin etmək o qədər də çətin deyildi. Məsələyə aydınlığın gətirilməsi özünü çox da yubatmadı.

Yenidən bukmeyker fəaliyyətinə icazə verildi. Bu dəfə isə leqal formada. Yəni bu fəaliyyətdə leqallaşdırıldı. Lakin hər şey ilk baxışdan belə oldu. Əslində, leqallaşan heç nə yox idi. Sadəcə olaraq oliqarx-məmurlar dünənə qədər nəzarətlərindən kənarda qalan bu gəlir sahəsini də ələ keçirmiş oldular.

Keçən ilin yanvar ayının 18-dən yenidən icazə verilən bukmeyker fəaliyyətilə əslində hər kəs məşğul ola bilməz. Yəqin ki, paytaxt küçələrindəki «Topaz» brendi ilə fəaliyyətə başlayan bukmeyker kantorları hər kəsin diqqətini çəkib. Elə bizim də diqqətimizi çəkdiyindən müəyyən araşdırmalar apardıq və çox ilginc faktlara rast gəldik.

Öyrənə bildik ki, ölkənin əsas maliyyə oliqarxlarından hesab olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev 18 yanvar 2011-ci il tarixindən qeyri-rəsmi olaraq bukmeyker fəaliyyətini ələ keçirib. Yəni bu fəaliyyətə rəsmən icazə verildiyi tarixdən bu fəaliyyət Rövnəq müəllimin inhisarı altına düşüb. Bakıda köhnədən bu fəaliyyətlə məşğul olanlardan birinin redaksiyamıza verdiyi məlumata görə, kimsə bukmeyker fəaliyyəti ilə ARDNŞ prezidentinin icazəsi olmadan məşğul ola bilməz.

Digər qaynaqlardan aldığımız bilgilərdə isə qeyd olunur ki, əgər kimsə bukmeyker kantoruna sahib olmaq istəyirsə, bunun üçün ilk başdan 20 min manatından keçməlidir: «Bundan əlavə, kantor üçün çayxanası və yaxud da kafesi olmalıdır və bu kafe ümumi standartlara uyğun səviyyədə təmir olunmalıdır. Ayrıca olaraq təmir üçün isə 12 min manat alınır».

ARDNŞ prezidenti əl dəyişdirir

“Topaz” ölkənin bukmeyker bazarında fəaliyyətə başlayanda lisenziya işlərinə baxan “Bakı”nın prezidenti Hafiz Məmmədov bir çox yaxınlarına kontor açmağa şərait yaratmağa imkan tapmışdı. Klubun icraçı direktoru Yaşar Seyidov və məsləhətçi Nail Əliyevlə yanaşı, iş adamının yeznəsi Həbib adlı (soyadını dəqiqləşdirə bilmədik) şəxs də fürsətdən istifadə etmişdi.

Bu barədə yayılan məlumatlardan aydın olurdu ki, Hafiz Məmmədovun yaxın qohumunun kontoruna qadağa qoyuldu. “Yeznə” metronun “Memar Əcəmi” stansiyasına yaxın ərazidə icarəyə obyekt götürübmüş, amma “Topaz” fəaliyyətə başlayandan sonra başa düşüb ki, bu yolla pul qazanmaq mümkün deyil. Həbib bir müddət əvvəl obyekt sahibi ilə razılaşmanı pozub. Klub prezidentinin qohumu hələ də obyektdən avadanlıqları götürməyib.

Onu da xatırladaq ki, sözügedən biznes sahəsinə ARDNŞ prezidenti Rövnəq Abdullayevin nəzarət etdiyi söylənilir. Məhz buna görə də, bu hadisəni bəzi dairələr həm də AFFA prezidenti olan Rövnəq Abdullayevin “Bakı” FK-nın rəhbərinə təzyiqi kimi dəyərləndirirlər.

Hətta bildirilir ki, ARDNŞ prezidenti "Topaz"ların lisenziya işini də Hafiz Məmmədovdan alaraq bir başqasına vermək niyyətindədir. Artıq bu məsələ ilə bağlı bir neçə ünvanla danışıqların aparıldığı da söylənilir. Bəzi mənbələr isə, ARDNŞ prezidentinin bu sahəni də ARDNŞ Təhlükəsizlik İdarəsinin rəisi Rəşad Əliyevə həvalə edəcəyini söyləyirlər. Bildirək ki, 2005-ci ilin parlament seçkiləri zamanı Rövnəq Abdullayevin seçki qərargahının rəisi görəvində çalışmış Rəşad Əliyev ARDNŞ prezidentinin ən yaxın adamlarından hesab olunur.

Hafiz Məmmədova gəlincə isə, nəqliyyat naziri Ziya Məmmədovun yaxın adamı olan bu şəxs cəmiyyət arasında “Hafka” kimi də tanınır. Ona görə də ARDNŞ şefinin “Hafka”ya hücumlarını bəziləri Rövnəq Abullayev-Ziya Məmməddov toqquşması kimi də xarakterizə edirlər.

Azad Rəhimov necə sıradan çıxarıldı?

Onu da xatırladaq ki, futbol qumarı hər zaman oliqarx məmurlar üçün cəlbedici olub. Hətta bu istiqamətdə bir neçə oliqarx-məmurun zamanında hərəkətə keçdiyi, lakin sonradan burunlarının ovulduğu da bildirilir. Konkret olaraq isə elə keçən il gənclər və idman naziri bu sahəni inhisarına almaq niyyətini ortaya qoymuşdu. Lakin alınmadı. Ən gəlirli sahələrdən olan futbol qumarı ARDNŞ prezidentinə verildi.

Onu da xatırladaq ki, bu məqsədlə hətta Gənclər və İdman Nazirliyi nəzdində “Azəridmanservis” Dövlət Müəssisəsi də yaradılmışdı və gözlənilirdi ki, 2010-cu ilin mart ayından həmin qurum aktiv fəaliyyətə başlasın. Lakin alınmadı.

Bu barədə danışan mənbənin sözlərinə görə, qurumun ilk işi idman lotereyası, idman mərc oyunları təşkil etmək istəyənlərin və ya indiyədək bu işi qeyri-leqal həyata keçirənlərin lisenziya üçün müraciətlərinə baxmaqdan ibarət olmalı idi. Daha çox bukmeyker kontoru kimi tanınan belə qurumların rəhbərləri ilə görüşlər keçiriləcək və həmin qurumların fəaliyyət imkanları da öyrəniləcəkdi. Məhz bundan sonra onlara lisenziyanın verilib-verilməməsinə dair qərar qəbul ediləcəkdi.

Qeyd edək ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 54-cü maddəsinə əsasən, bədən tərbiyəsi və idman dövlət büdcəsindən ayrılan, bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsindən əldə olunan, idman lotereyasının, idman mərc oyunlarının keçirilməsindən daxil olan vəsaitlər, fiziki və hüquqi şəxslərin ianələri hesabına və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən maliyyələşdirilir.

Hətta Azad Rəhimov daha da irəli gedərək “Azəridmanservis” Dövlət Müəssisəsinə Azər Məhərrəmovu rəhbər də təyin etmişdi. Amma hər şey son anda həll olundu və məlum olduğu kimi, Rövnəq Abdullayev həm də bir AFFA prezidenti olaraq rəqiblərini futbol qumarı bazarından sıxışdırıb çıxarmağı bacardı.

Azər Məhərrəmova gəlincə isə onun gənclər və idman naziri Azad Rəhimovun ən yaxın adamlarından biri olduğu söylənilir. Rəhimovun həmin posta məhz Məhərrəmovu gətirməsi onun «futbol qumarı» üzərində total nəzarəti ələ keçirməsi və həmin «əl»in daha da etibarlılığını təmin etmək istəməsi ilə izah edilirdi. Redaksiyamıza daxil olan məlumatlara görə, bukmeyker kontorlarında aparılacaq yoxlamalar iki məqsədə xidmət edəcək. Birinci, kontorlardan külli miqdarda rüşvət tələb ediləcək və onların qanuni fəaliyyətinə yalnız bundan sonra «yaşıl işıq» yandırılacaq. İkinci, bukmeyker kontorlarının üzərinə bundan sonrakı fəaliyyətlərində «Azəridmanservis»in tələblərindən kənara çıxmamaq öhdəliyi qoyulacaqdı.

Bu məsələ ilə bağlı DİA.AZ-a məlumat verən qaynaq iddia edir ki, əslində Azad Rəhimovun sözügedən biznesdən uzaqlaşdırılması heç də təsadüfi olmayıb. Çünki onun özü heç də dövlət başçısı İlham Əliyevin yeni komandasının dayanıqlı üzvlərindən hesab olunmur. Bu barədə danışan mənbə iddia edir ki, Azad Rəhimovdan fərqli olaraq Rövnəq Abdullayevə daha çox etimad göstərən prezident İlham Əliyev bu biznesin də məhz ARDNŞ prezidentinin kurasiyasınqa keçidinə şərait yaratmaqla digər tərəfdən Azad Rəhimovla bağlı mövqeyini də ortaya qoymuş oldu. Halbuki, Əbülfəz Qarayevdən sonra GİN şefi postunu tutan Azad Rəhimovun öz mövqelərində dayanıqlı olacağı söylənilirdi. Son məlumatlarda isə bunun doğru olmadığı və futbol qumarının nədən məhz Rövnəq Abdullayevin kurasiyasına verildiyi tam olaraq bəlli oldu.

Azad Rəhimov futbol qumarının güdazına gedib?

Yerli mətbuatda yayılan xəbərlərə görə, hakimiyyətiçi münasibətlərdə mövqeləri kifayət qədər zəifləyən gənclər və idman naziri Azad Rəhimov ağır günlərini yaşayır. Belə ki, bir sıra qaynaqlar Azad Rəhimovun görəvdən alınacağını və onun yerinə sabiq deputatlardan birinin təyin olunacağını bildiriblər.

Məlumatlara görə, əslində Azad Rəhimov hələ bir neçə ay əvvəl görəvdən alınmalı imiş və bu da prezidentin onun gənclərlə bağlı işindən narazılıq etməsi ilə əlaqələndirilir. Məhz buna görə də prezidentin gənclərlə keçənilki görüşündə də nazirlik nazir müavini İntiqam Babayevin səviyyəsində təmsil olundu.

DİA.AZ-a daxil olan məlumatlara görə, bir neçə gündür “vurulma” xəbərini alan və bu məsələnin bu ayın içində həll olunacağını duyan Azad Rəhimov mövqelərini qorumaq üçün hətta dəstək aramağa da başlayıb. Bunu da yerli mətbuat xəbərləyib: “Bir neçə gündür ayrı-ayrı oliqarx məmurların qapısını döyən Azad Rəhimov hətta son olaraq YAP-ın icraçı katibi Əli Əhmədovdan da lobbiçilik dəstəyi istəyib”. Mənbəmiz bildirir ki, nazir dünən bir neçə saat YAP-ın qərərgahında da olub: “Amma bunlar səmərə verməyəcək. Çünki onunla bağlı qərar artıq verilib”.

Elə bu xəbərin özündən də məlum olur ki, əslində Azad Rəhimovun futbol qumarı uğrunda davanı Rövnəq Abdullayevə «uduzması» heç də təsadüfi şans işi olmayıb. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Azad Rəhimov hətta keçən ilin yanvar ayından etibarən sözügedən sahənin nəzarətinin qeyri-rəsmi və qeyri-leqal olaraq Rövnəq Abdullayevə verilməsinə ən üst səviyyədə etiraz etmə cəsarətini də nümayiş etdirib: «Azad Rəhimov hətta bu məqsədlə Ramiz Mehdiyevin də qapısını döyüb. Amma məğlub olub». Mənbənin sözlərinə görə, Azad Rəhimovun bu kimi çabaları, biznes maraqlarının müdafiəsinə qalxması, əslində, digər tərəfdən onun gedişi ilə bağlı qərarın verilməsini daha da sürətləndirib: «Bir yandan da hakimiyyətin gənclərlə bağlı işinin çürüklüyünün ifşası Azad Rəhimovun durumunu daha da ağırlaşdırıb».

Rövnəq Abdullayevin onun «polya»sına girən naziri necə cəzalandırır?

Məhz bu niyyətinin Azad Rəhimova xeyli düşmən qazandırdığını bildirən mötəbər mənbəmiz hətta nazirin ARDNŞ prezidenti Rövnəq Abdullayevin qəzəb hədəfinə çevrildiyini də iddia edir: «Rövnəq Abdullayev Azad Rəhimovun gedişinin daha da tezləşdirilməsi üçün qollarını sıvayıb və hətta onun yerinə öz alternativini hazırlamaq cəsarətini belə nümayiş etdirib».

Xatırladaq ki, bu vaxta qədər də GİN şefi postuna bir neçə iddialının adı hallandırılıb və verilən xəbərlərdən aydın olurdu ki, bu vəzifəyə sabiq millət vəkillərindən birinin gətirilməsi planlaşdırılır. Amma ARDNŞ prezidentinin niyyəti tamam başqadır və o, fərqli bir adama stavka edir. Həmin şəxs isə uzun müddətdir ki, Azad Rəhimovla rəqabətdədir.

Xatırlayırsınızsa, bir müddət əvvəl yerli mətbuatda belə bir məlumat yayılmışdı ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla Taekvando Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev arasında gərginlik yaranıb. Qarşıdurmaya səbəb kimi isə ikincinin nazir postuna təyinat almaq üçün qollarını sıvaması göstərilirdi. İndii isə məlum olur ki, heç nə təsadüfi deyilmiş və Füzuli Musayevi GİN şefi postuna həvəsləndirənlər var imiş.

Qaynağın iddiasına görə, keçən ilin yanvar ayından startı verilən antikorrupsiya tədbirləri boyunca hökumətin "vitrinində" əhəmiyyətli dəyişikliklərin olacağı gözlənilir. Bu dəyişikliklərdən biri də gənclər və idman naziri Azad Rəhimovun tutduğu postdan uzaqlaşdırılması və onun yerinə Füzuli Musayevin gətirilməsidir. Artıq bu ssenaridən xəbər tutan hazırkı nazir Musayevə qarşı əks-hücuma keçib.

Mənbəmiz həmçinin bildirib ki, artıq A.Rəhimov hakimiyyətdəki yuxarı çevrələrə Taekvando Federasiyasının birinci vitse-prezidenti ilə bağlı kompramat xarakterli məlumatlar ötürməkdədir. Nazir ümid edir ki, həmin kompramatlar vasitəsilə Füzuli Musayevə göstərilə biləcək mümkün etimadı bəri başdan sarsıda, onun nazir olmaq iddiasının üstündən yerli-dibli xətt çəkə bilər. Redaksiyamıza sızdırılan bilgilərdə Azad Rəhimovun "yuxarılar"a ötürdüyü kompramatlarda özəlliklə Taekvando Federasiyasının birinci vitse-prezidentinin "Surqut macəraları" diqqət çəkir. Həmin macəraların nədən ibarət olması barədə də qaynağımız ilginc bilgilər verib, amma jurnalist obyektivliyini nəzərə alaraq, hər hansı dəqiqləşdirmə olmadan "Surqut macəraları"nın mahiyyətinə varmağa ehtiyac görmədik.

Bundan başqa, Füzuli Musayevin biznes imkanları barədə də kompramatları əldə edən və bunu onun əleyhinə çevirməyə çalışan gənclər və idman nazirinin hazırladığı "dosye"də də diqqət çəkən məqamlar az deyil. Məsələn, qaynağımızın bildirdiyinə görə, Taekvando Federasiyasının birinci vitse-prezidenti Bakının mərkəzində - "Torqovı" kimi məşhur olan Nizami küçəsində geyim mallarının satışı ilə məşğul olan "bərkgedən" bir mağaza sahibidir. Bu mağaza ətrafında dolaşan kifayət qədər ilginc nüanslara toxunmadan onu deyə bilərik ki, burada satılan mallar yetərincə bahalıdır, orada hətta dəyəri 3 min manatı aşan kostyumların satıldığı belə bildirilir.

Çox maraqlıdır ki, hörmətli Musayevin mağazasının müştəriləri arasında kifayət qədər çinli şəxslərin, hətta nazirlərin olduğu da vurğulanır. Bu isə Füzuli müəllimin iqtidar içində kifayət qədər ciddi siyasi dəstəyinin mövcudluğundan xəbər verir. Görünür, Azad Rəhimovu narahat edən və dərhal əks-hücuma keçməyə sürükləyən də məhz bu məqamdır.

Azad Rəhimovun varidatı…

Onu da bildirək ki, bir çoxları Azad Rəhimovu ARDNŞ prezidenti Rövnəq Abdullayevlə kəllə-kəlləyə gələcək fiqur hesab etməsələr də, əslində GİN şefi elə özünün maddi imkanları baxımından bir çoxları ilə müqayisə olunacaq səviyyədədir. Hətta o da başını başlara qoşaraq iki il əvvəl oğluna bütün aləmdə səs-küy yaradacaq toy etdi. Doğrudur, Azad Rəhimovun oğlunun toyuna sərf olunan vəsait nəqliyyat naziri Ziya Məmmədovun oğluna etdiyi toya sərf olunan məbləğlə müqayisə olunacaq səviyyədə deyildi. Amma yenə də…

Xatırladaq ki, azərbaycanlı məmurların övladlarının toyuna dünyanın ən məşhur müğənnilərini dəvət etməsi barədə mətbuatda dəfələrlə məlumatlar dərc olunub. Belə hal Gənclər və İdman naziri Azad Rəhimovun oğlunun toy mərasimində də müşahidə edilmişdi.

Mənbə qeyd edib ki, "Buta" Sarayında baş tutan toy mərasiminə dünyanın bir çox məşhur müğənnisi qatılmışdı. Toyda heç kimin çəkiliş aparmasına imkan verilmədiyini deyən mənbənin sözlərinə görə, hətta mərasimdə xidmət göstərən ofisiantların telefonları da saray administratorları tərəfindən alınıbmış.

Məlumatda həmçinin söylənilir ki, Azad Rəhimov oğlunun toy mərasiminə dünyanın ən məşhur musiqi qruplarından biri olan "BLACK EYED PEAS" qrupunu da gətirdib. Onu da xatırladaq ki, bu qrup eyni zamanda Ziya Məmmədovun oğlunun toyuna da gətirilmişdi. Amma bir məsələni unutmaq olmaz ki, Ziya Məmmədovun bunca imkanlarına rəğmən onun övladının toyuna gətirilən bahalı müğənnilərə cəmiyyət arasında «AST Telman» kimi tanınan məşhur iş adamı Telman İsmayılov sponsorluq edib.

Öz oğlunun toyunda tamamən yeganə sponsor kimi çıxış edən Gənclər və İdman naziri bunun üçün təxminən 1 milyon manatından keçməli olub. Nazir adı çəkilən qrupdan başqa İsrailin məşhur bir müğənnisini də 50 min dollar xərc çəkərək oğlunun toyuna gətirdib.

Toyla bağlı önəmli detallara diqqət çəkən mənbə həmçinin bildirib ki, mərasimdə daha çox Rusiya və Avropanın məşhur musiqi qrupları iştirak ediblər. Bundan başqa, nazir oğlunun toy mərasimində ölkənin tanınmış şəxsləri, bir neçə nazir və bir neçə hökumətyönümlü media nümayəndəsi də iştirak edib.

Toyun baş tutduğu "Buta" Sarayının təkcə mərasim üçün bəzədilməsindən ötrü 500 min manatın xərcləndiyini bildirən mənbənin sözlərinə görə, bu toy ümumilikdə Azad Rəhimova təxminən 2 milyon manata başa gəlib.

Xatırladaq ki, "Buta" sarayı Azərbaycanlı oliqarxların övladlarının toy mərasiminə bir neçə dəfə ev sahibliyi edib. Bundan öncə, azərbaycanlı milyarder "AST Telman"ın oğlunun toyunun keçirildiyi sarayda Cenifer Lopez, Şakira və s. kimi məşhur dünya ulduzları da iştirak etmişdilər.

O ki qaldı Azad Rəhimova, o, nazir postunu tutmaqla kifayətlənmir. Rəhimovun güclü biznes şəbəkəsi də var. Məlumatlara görə, "20 Yanvar" metrostansiyası yaxınlığındakı "Velotrek" adlanan böyük ticarət mərkəzi Rəhimova məxsusdur. Doğrudur, nazir özü bunu təkzib edib, amma fakt faktlığında qalır. Qeyd edək ki, sözügedən ticarət obyektinin illik dövriyyəsi milyard manatdan çoxdur. Vaxtilə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru olmuş gənclər və idman naziri 1998-ci ildən 2006-cı ilədək "İtaldizayn" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb. Həmin şirkət hazırda da Rəhimovun nəzarətindədir. Bundan başqa, Azad Rəhimov Rövnəq Abdullayevə qədər futbol qumarına da nəzarət edib.

Elə bu faktlar da təsdiqləyir ki, kifayət qədər imkanları olan Azad Rəhimov bu gün bir çox oliqarx-məmurlarla kəllə-kəlləyə gələcək səviyyədədir. Nəinki Rövnəq Abdullayevlə…

Məlumatlı mənbə onu da bildirir ki, bu günlərdə Azad Rəhimovla bağlı konkret qərar açıqlanacaq: «Amma kimin bu posta təyin olunacağı məlum deyil. Yəni bu məsələ hələlik dəqiqləşməyib. Ya keçmiş deputatlardan biri təyin olunacaq, ya da Rövnəq Abdullayev istədiyi adamı - Füzuli Musayevi bu posta gətirəcək».

Onu da bildirək ki, Füzuli Musayev iddialılar sırasında bu posta daha şanslı hesab olunur: «Hər halda, onun nəzarətində olan idmançı ordusunun zamanında və elə indinin özündə də hakimiyyət üçün qoçu dəstəsi bazası rolunu oynamasını unutmaq lazım deyil. Yəqin ki, bunu prezident də unutmayıb və növbəti təyinatda nəzərə alacaq».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru