Paşinyanın partiyasında Simonyan müəmması .....                     Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb .....                     Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi .....                     Bu qrupa yeni sədr seçildi .....                     BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı .....                     “Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi .....                     Müctəba Xameneyi sağdır? .....                     Rusiyada Putinin reytinqi kəskin azaldı .....                     "Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     Süleyman Nemətov "general-leytenant" oldu .....                     Natiq Şirinov məhkəmədə qalib gəldi: .....                     Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs .....                     Əməkdar artist əməliyyat olundu .....                     “Dayı”ya hökm oxundu .....                     Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... .....                     Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... .....                     Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib .....                     Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı .....                     Paşinyan Rusiyaya gedir .....                     Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib? .....                     Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? .....                     Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: .....                     Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: .....                     İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu .....                     Ermənilər Naxçıvanın statusunu qəbul etmir .....                     Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü .....                     Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: .....                     “Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu .....                     Rusiyanın qərarına İrəvandan şərh: .....                     “PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub .....                     “Azenco”nun sabiq rəhbəri həbs edilib .....                     Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... .....                     Eldar Əzizov onu rəis təyin etdi .....                     İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS .....                     Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir .....                     Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... .....                     Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? .....                     Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası .....                     Dövlət torpaqlarını qanunsuz satanların .....                 

"Vəzifəli, imkanlı şəxslərin övladları arasında narkomanlar var!" - Deputat
Tarix: 25-03-2015, 12:23 | Çap et
"Vəzifəli, imkanlı şəxslərin övladları arasında narkomanlar var!"
"Vəzifəli, imkanlı şəxslərin övladları, yaxınları içində bu xəstəliyə yoluxdurulmuş xeyli adlar olduğunu cəmiyyətdə pıçı-pıçı ilə hər yerdə eşidə bilərsiniz".

Mia.az xəbər verir ki, bi ifadəni deputat Fazil Mustafa səsləndirib. Onun "Facebook"da paylaşdığı statusu təqdim edirik:

"Budur, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu məlumat yayıb ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin "qara bazar”da topdansatış qiyməti minimum 3 000, maksimum 7 000 dollar, pərakəndə satış qiyməti minimum 10 000, maksimum 15 000 dollar olub.

Müvafiq olaraq 1 kq heroinin "qara bazar”da topdansatış qiyməti 15 000-20 000 dollar, pərakəndə satış qiyməti 40 000-50 000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6 000-8 000 dollar, pərakəndə satış qiyməti 8 000-12 000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2 500-4 000 dollar, pərakəndə satış qiyməti 6 000-8 000 dollar olub.

Bizdə indiyədək "ağ bazar” deyilən bir ifadəyə rast gəlmədiyimə görə buradakı bazar sözünə "qara” sözünün təyinedici funksiyası bir qədər artıq göründü.

Göründüyü kimi, bu bazarda böyük məbləğdə pullar oynayır və Azərbaycanda bu bazarın subyekti olanların sayı günbəgün artmaqdadır. Sadəcə həbs olunan insanların statistikasına diqqət yetirsəniz bəlli olar ki, həbs olunanların böyük əksəriyyəti narkotiklə əlaqədar cinayətlərə görə kriminal aləmə daxil olur. Ora bir neçə dəfə qayıdışı da tərgidə bilmədiyi narkotiklə bağlı olur. Hələ həbs olunmayan çox sayda narkotik istifadəçisi olan insanı təsəvvürünüzə gətirsəniz narkotikin nə qədər cəmiyyət həyatına təsir edən bir vasitə olduğunu görərsiniz.

Bir neçə il öncə ABŞ səfirliyi açıqlama vermişdi ki, Azərbaycanın orta məktəblərində narkotik istifadəçilərinin sayı 30 faizi keçir, şivən qopardıq ki, bizə böhtan atırlar. Ancaq eşitdiyim, bildiyim, müşahidə etdiyim hal budur ki, burada həqiqəti əks etdirən bir informasiyadan söhbət gedir. Qiymətlərə baxdığınızda dərhal anlarsınız ki, bu məbləğlərə narkotik almaq hər oğulun işi sayılmaz. Vəzifəli, imkanlı şəxslərin övladları, yaxınları içində bu xəstəliyə yoluxdurulmuş xeyli adlar olduğunu cəmiyyətdə pıçı-pıçı ilə hər yerdə eşidə bilərsiniz. Bunların içində mümkündür ki, mənim də, sənin də, hər birimizin də yaxınları ola bilər.

Hətta bildiyimə görə, qonşu ölkələrin birində Azərbaycanda narkotik istifadəçilərin sayının artmasını nəzərdə tutan xüsusi proqram həyata keçirilir və bir çox hallarda transit yolu ilə məqsədyönlü şəkildə bu vasitələr ölkəmizə böyük miqdarda, bəzən pulsuz şəkildə göndərilir. Bunu çəkinmədən söyləyə bilərəm ki, Qarabağ faciəsindən də daha dəhşətli bir faciə ilə qarşı-qarşıyayıq: narkotika bəlasına düçar olmuş əhəmiyyətli sayda itirilmiş Azərbaycan insanı, Azərbaycan ailəsi faciəsi!

Təkcə budurmu? Azərbaycanda narkotikin bir az yumşaq forması olan siqaret istifadəsinin də fəlakətli şəkildə artdığını müşahidə edirik. Doğrudur, bu sahədə rəsmi statistika açıqlanmır, ancaq xərçəng xəstəliyinin artmasının əsas səbəblərindən biri kimi siqaret istifadəçiliyinin artması göstərilirsə, bunun üzərindən sükutla keçmək olmaz. Neçə illərdir Azərbaycanda tütün mafiyası deyilən görünməz əl ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edən və buna görə cəza müəyyənləşdirən Qanunun qəbuluna imkan vermir.

Türkiyədə belə bir qanunun qəbulundan sonar siqaret çəkənlərinin sayının 15 faiz azaldığı barədə bilgilər verilmişdi. Xüsusilə də çevrəmizdə hər yerdə gənclərin siqaret alışqanlığının hansı nəticələr doğura biləcəyini indidən üzüntü ilə düşündüyündə pessimist olmağa xeyli əsaslar tapırsan. Ona görə hər dəfə məsələ qaldırırıq ki, açın bu idman meydançalarını gənclərin üzünə, imkan daxilində pulsuz, heç olmasa ucuz edin ki, idmana kütləvi axın başlasın, idman özü insanın pis vərdişinin dəyişməsini stimullaşdırır. Əksər idman meydançaları bahalıdır, idman komplekslərini toy toğlusu kimi bəzəyib qapısından qıfıl asıblar, buna görə də çox vaxt cavanları da qınaya bilmirsən.

Digər tərəfdən spirtli içki məsələsi də an aktual bəlalardan biri kimi qeyd olunmalıdır. Toylarda, restoranlarda, barlarda, evlərdə insanların bu qədər alkoqola düşgün vəziyyətə gəlməsi həmımmızı ciddi düşündürməlidir. Mən heç də dini nöqteyi-nəzərdən, haram kateqoriyasından sərt formada məsələyə yanaşmaq istəməzdim. Açığı həm spirtli içki içən, həm siqaret çəkən insana acıyıram, Allahın verdiyi vücudu insanın necə zəhərlədiyini görəndə yaxşı ovqatda olmuram. Ancaq illərdir eşitdiyim o tələbi xatırlayarkən, insanların öz sağlamlığına necə qənim kəsildiyini görürəm. Xidmətçiyə "təmiz nə arağın var” deyən çağırışları il boyu yüz dəfələrlə eşidirik və mədəsinin labaratoriyasından keçirəndən sonra "yaxşı arağıydı” deyən məmnunluq notlarını xatırlayırsan. Acınacaqlı budur ki, natəmiz arağın, siqaretin, narkotikanın zərəri, zəhəri bir tərəfə dursun, Azərbaycan insanının böyük əksəriyyəti məhz onun saxta texnoloji üsullarla hazırlanmış məhsullarını dadır. Deyilə bilər ki, nə olsun, spirtli içkisiz də bizə zərərli yağları, broyler toyuqlarını, genetik modifikasiyası dəyişdirilmiş qida məhsullarını yedirdirlər, içdiyimiz adi suyu da zirzəmilərdə doldurub bulaq suyu adı ilə sırıyırlar, evlərə verilən suyun çirklilik normasının bütün sədləri aşdığını hamı yaxşı bilir, yəni onsuz da biz zərərdəyik, bir içki, siqaret bizə nə edəcək? Anlaşıldı, bunları məcburi qida və içki məhsulu kimi insanlarımız istifadə edir, ona görə də qınamaq olmur. Ancaq heç olmazsa həm cibə, həm də səhhətə ziyanı olan spirtli içkilərin hazırlanma yeri və texnologiyası ilə tanış olan ağlı başında olan bir kimsə özünü könüllü şəkildə zəhərləməyi rəva görməz. Bu artıq bizim milli adətimizə, mentalitetimizə çevrildiyinə görə hələ də dəyişmək iradəsində olmadığımızı ürək ağrısı ilə qeyd etməliyik. Son vaxtlar isə daha dəhşətlisi içki içən, siqaret çəkən, narkotik istifadə edən qadınların sayının artmasıdır. Hətta yol polisi də axırı dilə gəlib bəyan etdi ki, gecə saatlarında içkili vəziyyətdə avtomobil idarə edən qadın sürücülərin sayı xeyli çoxalıb. Qadınların avtomobil sürməsini həmişə dəstəkləyirəm və buna müsbət hal kimi yanaşıram. Mənim düşüncəmə görə bu yol hərəkəti sferasında daha mədəni və nəzakətli davranışların artmasına faydalı ola bilər. Bununla belə, heç bir halda içkili və ya narkotik istifadı edən qadın sürücülərə güzəştli yanaşmanın yolverilməz olduğunu düşünürəm. Kiməsə arxayın olmayan qadının içkili və ya uymuş vəziyyətdə avtomobil idarə etməsi ağlabatan olmadığına görə, bu himayəçiliyin neçə-neçə insanlarımızı yollarda bədbəxt etdiyini rahatca təsəvvürünüzə gətirə bilərsiniz.

Baş verən qətllərin, intiharların, başqa kriminal vəhşiliklərin əksəriyyətinin səbəb şkalasında narkotiklərin və spirtli içkilərin dozasını müəyyən etmək çətin deyil. Ailələrin dağılma səbəbi, fahişəliyin artması, erkən ölümcül xəstəliklərin artım tendensiyasının səbəbləri içində bu amil ciddi yer tutur.

Narkotik vasitələrdən, alkoqoldan, siqaretdən istifadəyə qarşı bütün cəmiyyətin düşünən insanlarını birlikdə hərəkətə gətirilməsi qaçınılmazdır. Zəhərləmək istəyənlər də özümüzdəndir, zəhərlənməyə dirəniş göstərənlər də. Hələ ki, zəhərləmək istəyənlər uğur və pul qazanır. Çünki dirəniş göstərməyə İman və İradə peyvəndimiz zəifdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın partiyasında Simonyan müəmması - politoloqdan ilginc təhlil
Bu gün, 15:24
Rusiyada yanacaq böhranı elektrikli avtomobillərə tələbatı artırıb - “Reuters”
Bu gün, 14:56
Uzun müddətdir yoxa çıxan SEPAH lideri aylar sonra belə görüntüləndi - FOTO
Bu gün, 14:55
Bu qrupa yeni sədr seçildi
Bu gün, 14:49
BDU yarımçıq qalan tikinti işlərinə 1,1 milyon manat vəsait ayırdı - DETALLAR
Bu gün, 14:47
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil etdi - DİQQƏT
Bu gün, 14:46
Müctəba Xameneyi sağdır? - Tabutlar bir-bir sayıldı
Bu gün, 13:40
Rusiyada Putinin reytinqi kəskin azaldı
Bu gün, 13:38
"Havalandırma yox, kondisioner yox... dustaq nə etməlidir?!" - NARAZILIQ VAR...
Bu gün, 13:31
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:20
Süleyman Nemətov "general-leytenant" oldu
Bu gün, 13:18
Natiq Şirinov məhkəmədə qalib gəldi: - 35 min manat təzminat ödəniləcək
Bu gün, 13:11
Birlikdə kirayədə qaldığı yoldaşını qətlə yetirən şəxs HAKIM QARŞISINDA
Bu gün, 13:10
Əməkdar artist əməliyyat olundu - Son durumu açıqlandı
Bu gün, 13:00
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
Bu gün, 12:58
Eyni xidmətə iki dəfə PUL ÇIXIRLAR... - GİLEY
Bu gün, 12:48
Müştərini YATDIĞI YERDƏ QARƏT EDİRLƏR... - Bunun başqa adı yoxdur...
Bu gün, 12:44
Təhsil nazirinin xanımının London təhsili Dövlət büdcəsinə 63 min funta başa gəlib - NAZİR ÖZÜ DEDİ...
Bu gün, 12:35
Məhkəmə ögey atasını öldürən yeniyetmə ilə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedir - KİV
Bu gün, 12:26
Tbilisi-Bakı qatarı ilə Azərbaycana nə qədər əcnəbi gəlib?
Bu gün, 12:24
Rubinyan Türkiyəyə jest olaraq parlament sədri seçilib? - KİV
Bu gün, 12:17
Səhnəyə təsadüfən gəldi, illərlə rol gözlədi: - "Mənə "eqolu" deyirdilər, indi bundan zövq alıram"
Bu gün, 12:15
Misir Mərdanovun Ermənistana səfərinin təfərrüatları: - Niyə ağlayıb, Köçəryandan nə xahiş edib?
Bu gün, 12:06
İnterpolun qırmızı bülleteni ilə axtarılan Azərbaycan vətəndaşı Batumidə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənilər Naxçıvanın statusunu qəbul etmir - yeni oyun
Bu gün, 11:52
Oğlunu azad etdirmək üçün evini satdı, kredit götürdü - 57 minlik dələduzluq
Bu gün, 11:50
Moskvada 17 il əvvəl baş vermiş azərbaycanlının qətli: - "Lazım gələrsə, ürəyimi ona verəcəyimi dedim"
Bu gün, 11:46
“Azərişıq”ın 13 milyonluq tenderini bu şirkət uddu
Bu gün, 11:41
Rusiyanın qərarına İrəvandan şərh: - Təsəvvür edə bilməzsiniz, necə sevindik
Bu gün, 11:37
“PASHA Bank Georgia”nın rəhbərliyində iki mühüm təyinat olub - ADLAR
Bu gün, 11:35
“Azenco”nun sabiq rəhbəri həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:28
Talıstanda meşə torpaqları SATIŞA ÇIXARILIB... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 11:19
Eldar Əzizov onu rəis təyin etdi - ƏMR
Bu gün, 11:10
İranın azərbaycanlı generalından Bakıya ikibaşlı REVERANS - NƏ BAŞ VERİR?
Bu gün, 11:08
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir - DETALLAR
Bu gün, 11:07
Naxçıvanda fövqəladə vəziyyətdə NAZİRLİYƏ GÜVƏNMƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:03
Azərbaycanda kriptovalyutaya maraq nə qədərdir? - AKTUAL
Bu gün, 10:55
Bakı şərtləri diktə edir: Leyenin Azərbaycana səfərinin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 10:52
Dövlət torpaqlarını qanunsuz satanların MƏHKƏMƏSİ BAŞLAYIR
Bu gün, 10:50
“Qumar kralı”nın adamları ilə bağlı qərar ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 10:49
Tək RUS BAZARINA ümidli olsaq... - BATARIQ!
Bu gün, 10:44
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi - Digər generala yüksək vəzifə verdi
Bu gün, 10:32
Hüquqları pozulan sakinləır FHN şefindən MƏDƏT UMUR... - Aksiya keçirdilər və...
Bu gün, 10:27
Səfərbərlik Xidmətində 6 ayda 88 nəfərlə bağlı material Baş Prokurorluğa göndərilib
Bu gün, 10:23
Özü bir yana, köməkçisi də SÜLALƏ HAKİMİYYƏTİ qurub... - BU NƏDİ BELƏ...
Bu gün, 10:17
Çay evində bakalla müştərinin başına zərbə vuran şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 09:59
“Rusiya rəhbərliyi işğalçıdır, o, ölkəni məhz bu üsullarla idarə edir” - Beqlaryan
Bu gün, 09:54
İsrail Qalibaf və Əraqçini hədəfə aldı: sui-qəsd planı belə pozuldu – İnanılmaz detallar
Bu gün, 09:53
Qazaxda POLİS GÜNÜ qeyd olundu - FOTO
Bu gün, 09:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru