"Özləri təxribat törədir, atəşkəsi pozur, sonra da xəbərləri olmadığını iddia edirlər" - Partiya sədri
Tarix: 9-04-2024, 08:24 | Çap et
 Ermənistan hakimiyyətindən qəribə açıqlamalar davam edir.
Belə ki, hakim “Mülki müqavilə” Partiyasının deputatı Andranik Köçəryanın ermənilərin sərhəddə törətdiyi təxribatlar barədə dediyi fikirlər diqqət çəkib:
“Sərhəddə atışma danışıqlar masası arxasında oturanların işinə mane olur. Üstəlik, bu atışma heç bir problemi həll etmir”.
Qeyd edək ki, son günlər Ermənistan Azərbaycanla şərti sərhəddə dəfələrlə atəşkəsi pozub.
Üstəlik, Ermənistan şərti sərhədə silah-sursat, hərbi texnika və əsgər yığmağa davam edir. Amma bütün bunların fonunda tərəflər arasındakı sülh danışıqlarına atışmaların mane olduğunu da deyirlər. Hətta erməni iqtidarına yaxın bəzi mənbələr şərti sərhəddəki təxribatları revanşist qüvvələr tərəfindən törədildiyini iddia edirlər.
Sual yaranır ki, sərhəddəki təxribatların arxasında əslində kim dayanır?
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebhe.info”-ya açıqlamasında bildirib ki, bu, Ermənistanın ənənəvi mövqeyidir:
“Özləri təxribat törədir, atəşkəsi pozur, sonra da xəbərləri olmadığını iddia edirlər. Bu, uzun illərdir istifadə olunan erməni siyasətidir. Çox təəssüf ki, dünya da onların yalanlarına inanır. Amma fakt ortadadır. Əgər Avropa İttifaqının müşahidəçiləri həqiqətən obyektivdirsə, atəşkəsin haradan pozulduğuna və təxribatları kimin törətdiyinə baxsınlar. Nəzərə almaq lazımdır ki, Azərbaycan çox vaxt ermənilərin atəşkəsi pozmasına da cavab vermir. Azərbaycan tərəfi müşahidəçilərin atəşin kimin tərəfindən açıldığını görmələri üçün təmkin nümayiş etdirir”.
Partiya sədri hesab edir ki, Ermənistan sülhdə maraqlı deyil:
“Rəsmi İrəvan sülh prosesini ləğv etmək istəyir. Üstəlik, bunun məsuliyyətini də Azərbaycanın üzərinə atmağa çalışırlar. Lakin ermənilərin hansı gün neçə dəfə atəşkəsi pozduğu Azərbaycan tərəfindən qeydə alınır. Bunların hamısı beynəlxalq təşkilatların diqqətinə çatdırılmalıdır. Ümumiyyətlə, ermənilər belə siyasət yeridirlərsə, nə vaxtsa ölkəmizə qarşı yenidən təcavüzə əl ata bilərlər. Düşünürəm ki, Azərbaycan Ordusu ermənilərin pis niyyətlərinə nail olmasına imkan verməmək üçün onların hərbi təcavüzünə və təxribatlarına hazır olmalıdır”.
Akif Nağı ermənilərin təxribatların arxasında Nikol Paşinyan hakimiyyətinin deyil, revanşist qüvvələrin olması ilə bağlı fikirlərə də münasibət bildirib:
“Bu məsələnin iki tərəfi var. Birincisi, onlar həqiqətən də silahlı qüvvələrinə nəzarət edə bilmədiklərini etiraf edirlər. Bu isə çox biabırçı bir vəziyyətdir. Onlar necə hakimiyyətdirlər ki, öz silahlı qüvvələrinə nəzarət edə bilmirlər? İkincisi isə yenə də yalan danışırlar.
Əslində, Ermənistan ordusunda idarə olunmayan heç bir qüvvə yoxdur, hamısı mərkəzi hakimiyyət tərəfindən idarə olunur. Onlar, belə açıqlamalarla özlərini ifşa edirlər. Ordunun içərisində hansısa revanşist qüvvələrin olması isə onların öz problemidir. Ümumiyyətlə, təxribat ordunun və dövlətin adından baş verir. Ona görə də birbaşa hakimiyyət məsuliyyət daşıyır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53 |
|
|
|
| • Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49 |
|
|
|
| • Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47 |
|
|
|
| • Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42 |
|
|
|
| • "Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37 |
|
|
|
| • Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39 |
|
|
|
| • Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35 |
|
|
|
| • İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14 |
|
|
|
| • Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12 |
|
|
|
| • Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45 |
|
|
|
| • Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35 |
|
|
|
| • Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25 |
|
|
|
| • “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21 |
|
|
|
| • Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13 |
|
|
|
| • Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11 |
|
|
|
| • Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37 |
|
|
|
| • Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32 |
|
|
|
| • Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26 |
|
|
|
| • Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22 |
|
|
|
| • 737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10 |
|
|
|
| • Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00 |
|
|
|
| • Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57 |
|
|
|
| • Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45 |
|
|
|
| • Mirzoyandan Kremli qəzəbləndirəcək demarş - KİV
Dünən, 12:41 |
|
|
|
| • Eyni anda iki həqiqət: ABŞ İrana təslim oldu - Senatordan səs-küylü paylaşım
Dünən, 12:12 |
|
|
|
| • Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?
Dünən, 11:53 |
|
|
|
| • Bir imza ilə başlayan yeni strateji dövr - MƏQALƏ
Dünən, 11:52 |
|
|
|
| • Mahsun Bakıda kimin toyuna gəlib? - Məclisə yüksək çinli məmurlar da getdi
Dünən, 11:50 |
|
|
|
| • “Qarabağ problemini yaratmaqla çox şeylər itirdik” - Hovannasiyan
Dünən, 11:42 |
|
|
|
| • Ermənilər təəccüb içində: Paşinyanın partiyası parlamentə rusları da buraxacaq - DETALLAR
Dünən, 11:41 |
|
|
|
| • Seçkidən sonra İrəvanın gözlədiyi mesajı Hacıyev verdi – Dilicanda diqqətçəkən detal
Dünən, 11:30 |
|
|
|
| • "Azenco"nun mənfəəti bölüşdürüləcək
Dünən, 11:28 |
|
|
|
| • Vüqar Ağayev bəraət aldı: azərbaycanlı kriminal avtoriteti kim öldürüb? - TƏFƏRRÜAT
Dünən, 11:13 |
|
|
|
| • Vəzifəli şəxs vəfat etdi - FOTO
Dünən, 11:11 |
|
|
|
| • Flora Kərimovanın səhhəti normaldır - Yaqut İmanova
Dünən, 11:08 |
|
|
|
| • “Yəqin Kamal Abdulla qısqanc insandır, ya da qadını ona qarşı biganə olub ki, bu sözü deyir” - REAKSİYA
Dünən, 10:40 |
|
|
|
| • Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb? - AÇIQLAMA
Dünən, 10:35 |
|
|
|
| • Bakı və Tiflisdən sonra İrəvan da hərəkətə keçdi: - Böyük dəyişikliklər açıqlandı
Dünən, 10:13 |
|
|
|
| • Xudavəng Monastır Kompleksi... - Keçmişimiz... Keçmişdə BİZ...
Dünən, 09:53 |
|
|
|
| • Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı - MƏQALƏ
Dünən, 09:39 |
|
|
|
| • Naxçıvanın təhsil naziri NİYƏ ÖYÜNÜR Kİ?.. - Hansı xidmətlərinə görə..?
Dünən, 09:31 |
|
|
|
| • Putinlə Tramp nə barədə razılığa gəliblər? - AKTUAL
Dünən, 09:27 |
|
|
|
| • Bu gün Ukrayna AB-yə doğru həlledici addım atacaq
Dünən, 08:26 |
|
|
|
| • DÖVLƏT DƏ Zülfəlinin qarşısında aciz imiş... - BU NƏDİ BELƏ?
Dünən, 08:24 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi ləğv edilsin! - ÇAĞIRIŞ
Dünən, 08:02 |
|
|
|
| • 5 ayda 0 faiz artım.... - NƏ BAŞ VERİR?
Dünən, 07:56 |
|
|
|
| • Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər - AFP
Dünən, 07:35 |
|
|
|
| • Ermənistanın keçmiş prezidentinə daha bir QADAĞA GƏLDİ
Dünən, 07:33 |
|
|
|
|