Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                     Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi .....                     “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                 

“Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər” - NƏ ETMƏLİ?
Tarix: 9-06-2021, 08:25 | Çap et
“Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər”
Qarabağ müharibəsindən sonra əsas diqqətin ermənilərin Ermənistana yeganə çıxış yolu olan Laçın dəhlizinə yönələcəyi gözlənilən idi. Ermənilərin bu koridor vasitəsilə Qarabağa qaytarılmasından sonra Azərbaycanın buraya birgə nəzarəti gündəmə gəlməli idi. Həm də o səbəbdən ki, Qarabağa hələ də separatçı əhval-ruhiyyəli adamlar gəlirlər, son olaraq II Qareginin Xankəndinə səfəri buna sübutdur.

Üstəlik, Laçın yolunda Şuşanın bir neçə kəndi də var ki, onlarda ermənilərin mülki əhalini məskunlaşdırmaq planı var. 10 noyabr razılaşmasında 3 il müddətinə Ermənistana alternativ yol çəkilməsi də əksini tapıb. Bəyanatın 6-cı bəndində deyilir ki, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). “Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitənin təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”. Bu yol işə salındıqdan sonra Laçın şəhəri də daxil olmaqla, Şuşayadək olan təxminən 60 kilometrlik yol Azərbaycanın tam nəzarətinə keçməlidir. Amma razılaşmadan keçən müddət ərzində yeni yolla bağlı hər hansı informasiyaya rast gəlinmir. Laçın koridorunu bağlamaq, əhalini məskunlaşdırmaq üçün həmin alternativ yol mühümdür, bəlkə də tezləşdirilməsi lazımdır. Laçın dəhlizini bağlamaq barədə Bakıdan səslənən bəyanatlar Ermənistana təsir edəcəkmi? Qarabağın açarı-Laçın dəhlizini bağlamaq, yoxsa alternativ yolun tikintisini sürətləndirmək?

Keçmiş Laçın alayının komandiri Arif Paşa “Yeni Müsavat”a bildirdi ki, Laçın dəhlizini bağlamaq və separatçılara əlavə heç bir dəhliz verməmək lazımdır. Ermənilərə ancaq bu yolla təsir edə bilərik. Laçınla Şuşanı birləşdirən yolun üstündə bir neçə kənd var ki, hələ də orada ermənilər var. Hansı ki, həmin kəndlər terror yuvasıdır. İlk növbədə bu kəndlər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına alınmalıdır: “İkincisi, əgər hətta Laçın ərazisindən ikinci yol açılacaqsa və həmin dəhliz də rus sülhməramlılarının nəzarəti altında olacaqsa, nə fərqi var, Xankəndinə silahı, terrorçuları ya hazırkı dəhlizlə daşıdılar, ya da yeni dəhlizlə? Yeni çəkiləcək dəhlizin eninin 5 kilometr olması nəzərdə tutulub. Həmin yola bizim praktiki nəzarət imkanlarımız olmayacaqsa, daha pis. Hazırkı dəhlizin yeni açılacaq dəhlizlə əvəz edilməsinin yeganə müsbət tərəfi o ola bilər ki, Laçın rayonunun mərkəzi və bir çox kəndlərində bu halda laçınlılar yerləşə biləcəklər.

Bu gün faktiki olaraq 10 noyabr üçtərəfli bəyanatının müddəalarına nə Ermənistan, nə də Rusiya əməl edir. Xankəndində, Ağdərədə, Xocavəndin mərkəzində, Xocalıda, Əsgəranda və bir sıra kəndlərdə hələ də Ermənistan silahlı qüvvələrinə aid 20 minə yaxın silahlı qalır. Xankəndində separatçı rejim hərbi çağırış həyata keçirir. Onlar sülhdən danışmırlar, açıq bəyan edirlər ki, Azərbaycanın tərkibində olmaqdan söhbət gedə bilməz. Rusiya sülhməramlıları da bütün bunlara şərait yaradır.

Ermənilərə xüsusi dəhliz verilməməlidir. Onlara bəyan edilməlidir ki, kim Azərbaycan vətəndaşlığını, ərazi bütövlüyünü tanıyırsa, bütün vətəndaşlarımıza aid olan hüquqlar onlara da aid olacaq. Ermənistana isə Azərbaycan vətəndaşı olaraq sərhəd və gömrük buraxılış məntəqələrindən keçib gedə və geri qayıda bilərlər".

A.Paşa qeyd etdi ki, indiki halda isə Laçına ancaq Ermənistan pasportu daşıyan şəxslər buraxılır, onlara sərbəst hərəkət etmək ixtiyarı verilir: “Müharibədə qələbə qazanan bizik, Laçında ermənilər qalib kimi hərəkət edirlər. Laçın dəhlizini bağlamaq barədə bəyanatlar Ermənistana təsir etmir. Bəyanatdan real işə keçməliyik, dəhliz bağlanmalıdır və ya Azərbaycanın müvafiq orqanlarının, silahlı qüvvələrinin nəzarəti altında fəaliyyət göstərməlidir. Ancaq bu yolla Ermənistana təsir göstərmək mümkündür. Bu gün isə Laçın dəhlizi separatçıların istifadəsindədir və oradan istədikləri kimi istifadə edirlər. 10 noyabr üçtərəfli bəyanatı Ermənistan tərəfindən çoxdan pozulub. Ona görə də Azərbaycan antiterror əməliyyatı başlamalıdır və dəhliz də nəzarətimizə alınmalıdır”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, Laçın koridoru Azərbaycan üçün təhlükə mənbəyidir. Əvvəldən həmin yolun rusların təkbaşına nəzarətinə verilməsi ilə razılaşmamalı idik. İndi həmin yol ermənilərin silahlı və ideoloji təxribat, terror yoluna çevrilib. Oradan Xankəndinə həm silah daşınır, həm də terrorçu qruplar gətirilir: “Həmçinin keşiş Qaregin də daxil ideoloji təxribatçılar regiona daxil olur. Erməni keşişləri, kilsəsi həmişə terror təbliğatçıları, yuvası olublar. İndi Qaregin də gəlib Dağlıq Qarabağdakı erməniləri yeni terror hərəkətlərinə təşviq edir, ”arsax"ın bərpa olunmasından" danışır. Azərbaycan bu keşiş donu geyinmiş terrorçunun oraya gəlməsinə imkan verməməli idi. Bütün bu təhlükəli hadisələrə, ermənilərin meydan sulamasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya bütün razılaşmaları pozur. Ona görə də rus sülhməramlıları deyilən, əslində erməniləri himayə edən hərbi kontingent dərhal regiondan çıxarılmalıdır, Azərbaycan Türkiyənin dəstəyi ilə nəzarəti öz üzərinə götürməlidir. Rusiyadan çəkinməyə ehtiyac yoxdur, onların sülhməramlılarına da ehtiyacımız yoxdu. Biz öz qüvvəmizlə 10 noyabr və 11 yanvar razılaşmasına uyğun olaraq prosesləri həyata keçirə bilərik. Rusiya prezidentinin və Ermənistan baş nazirinin bizimlə birlikdə imzaladığı həmin sənədlərə görə, bütün ərazilərdə, o cümlədən Xankəndində Azərbaycan hakimiyyəti bərpa olunmalıdır. Rusiya və Ermənistan rəhbərləri Azərbaycanın bu haqqını öz imzaları ilə tanıyıblar. Ona görə də Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyi kimi, bu üçtərəfli sənədi də həyata keçirməlidir. Rusiyanın və ya Ermənistanın əlavə razılığını soruşmağa ehtiyac yoxdur. Azərbaycan Laçın koridoru deyilən ərazini tam nəzarətə götürməli, ehtiyac görərsə, bundan sonra əlavə yol çəkməlidir".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Dünən, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Dünən, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Dünən, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Dünən, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Dünən, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Dünən, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Dünən, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Dünən, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Dünən, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Dünən, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Dünən, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Dünən, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Dünən, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Dünən, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Dünən, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Dünən, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Dünən, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Dünən, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Dünən, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Dünən, 13:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru