Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... .....                     Push30'un biabırçı müştəri xidməti .....                     Ronaldo üçün hələ hər şey indi başlayır... .....                     Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... .....                     Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... .....                     Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi .....                     Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... .....                     Başı getmiş Rusiya sülhə məcbur edilir... .....                     5 gündür susuz qalan jurnalistdən QARĞIŞ .....                     Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı .....                     18 milyon kapitallı 26 illik şirkət ləğv edilir .....                     Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb .....                     Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi .....                     Ölkədə anti-Ukrayna ab-havası hökm sürür .....                     Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... .....                     Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur .....                     Zelenski Polşaya səfərdən imtina etdi .....                     “Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub .....                     Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR .....                     İranda banklara növbəti kiberhücum olub .....                     BƏƏ şirkəti 18 ildən sonra .....                     11 milyonluq daha bir şirkət MMC-yə çevrilir .....                     Mourinyo Ardaya mesaj yazıb, deyib ki... .....                     Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib .....                     “Təhsil haqları həddən artıq yüksəkdir” .....                     Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı .....                     Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI .....                     Məktəb direktoruna kabinetində xəsarət yetirdi .....                     Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı .....                     “Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb .....                     Kəmaləddin Heydərov rəisi işdən çıxardı .....                     Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi .....                     Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu .....                     Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi .....                     Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi .....                     “Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                 

Əli Kərimlinin Azərbaycana qarşı yeni oyunu - BU ADAM NƏYİN PEŞİNDƏDİR?
Tarix: 26-05-2021, 09:07 | Çap et
Əli Kərimlinin Azərbaycana qarşı yeni oyunu
Azərbaycan Vətən müharibəsində qazandığı qələbəni diplomatik arenada möhkəmləndirmək üçün mücadilə apardığı bir zamanda daxildə qarışıqlıq yaratmaq istəyənlərin də "tapşırıqları" artır.

Xarici qüvvələrin "tapşırıqları"nın bu prosesdə xüsusi rol oyandığını aydınlaşdırmaq o qədər də çətin deyil. Bu məsələdə daxili “əməkdaşlara” güvənən qüvvələr üçün xidmətə hər zaman hazır olanlar startda durub və sosial şəbəkələrdəki müzakirələri izlədikdə bunu açıq görmək mümkündür. Gah “5-ci kolon” ortaya çıxır, gah İranpərəstlər meydan sulamağa cəhd edir, gah Azərbaycanın haqq mübarizəsini illərdir görməzdən gələn Fransa kimi ölkələrin havadarları peyda olur. Hər biri də özünü vətənin, xalqın, dövlətin təəssübkeşi kimi təqdim etməyə çalışaraq satılıq mal kimi istifadə olunduqlarının verdiyi əziklik duyğusunu gizləmək istəyirlər.

Ölkəmiz üçün meydanda bitən müharibənin masada davam etdiyi bir zamanda siyasəti qazanc oyununa çevirən daha bir qüvvə - Əli Kərimli masadan özünə pay çəkməyə cəhd edir. Özünə siyasət meydanı kimi bəlirlədiyi sosial şəbəkələrdəki çıxışları ilə müharibə dövründən də əvvəl itirdiyi, müharibə dönəmində isə ayaqlar altında sürünən nüfuzunu bərpa etməyə çalışır. Ancaq nəyin hesabına?

Çıxışlarına diqqət yetirdikcə, həmişəki kimi bu dəfə də ölkənin, xalqın, dövlətin mənafeyi üzərində qurulan oyunların iştirakçısı olmaqla özünə pay almaq israrı görünür. Azərbaycan böyük meydanda vətən davası aparır, günlərdir Qaragöl ətrafında yaranan vəziyyət hakimiyyətin ən yüksək təbəqəsini də, siyasi cameəni də, mətbuatı da toparlayıb. Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün apardığı Vətən müharibəsində olduğu kimi, sərhədlərini bərpa etmək üçün apardığı savaşda da haqlıdır və dünyanın bu haqqı tanımasını istəməsindən təbii heç nə yoxdur. Gözlə görünən dostlarımızın sayı özünü dost göstərənlərdən və dost olmayanlardan az olduğu bu dünyada erməni pulu ilə siyasət yapanların qarşısında duruş gətirmək döyüş meydanında qələbədən heç də asan deyil. Bunun üçün daha çox əmək, zaman, fəaliyyət lazımdır.

Azərbaycan 44 gündə qələbə ilə bitirdiyi Vətən müharibəsini diplomatik masadakı sərhədlərin delimitasiya və demarkasiyası ilə bitirməyə hədəflənib. Bu hədəfə çatmaq üçün müharibədə olduğu kimi birlik, həmrəylik, əməkdaşlıq vacibdir. Belə bir zamanda Əli Kərimlinin “Osmanqızı TV”dəki mitinq çağırışı nəyə xidmət edir? “Meydanlara çıxsınlar, dövlət idarələrinin qarşısına toplaşıb haqlarını istəsinlər”,- deyən Əli Kərimli ölkənin beynəlxalq öhdəliyinin olduğunu xatırladanda, özünü də kimlərsə qarşısında öhdəlik götürdüyünü təbii ki, unutmur. O öhdəlik ki, Fransanı çağırışlarından məzmunca fərqlənsə də, mahiyyətcə eynidir...

Fərziyyə quraq ki, onun çağırışı ilə o mitinqə kimlərsə gəldi. Nə olacaq? Sosial-iqtisadi problemlər, pandemiyanın yaratdığı çətinliklər hesabına insanların həyatında olan mənfilər dərhal aradan qalxacaqmı? Yaxud xalqı narazı salan məmurlar, rüşvət və korrupsiyaya bulaşan qruplar dayanacaqmı? Təbii ki, yox. Sadəcə, başımız toplum və dövlət olaraq daxili problemlərə qarışacaq.

Kimsə mitinqə etiraz etmir. Çünki indiki durumda hər kəsin vəziyyətdən razı olduğunu düşünmək absurd olar. Lakin Məşədi İbad demişkən, heç hənanın yeridir? Bir mənəvi borc, dövlət və vətən qarşısında hər kəsin daşıdığı məsuliyyət var ki, onu vətəndaş, indiki halda Əli Kərimli daşıyır. Amma Əli Kərimli bu məsuliyyətdən bəribaşdan yaxasını kənara çəkir, “Xalqımız üzərinə məsuliyyət götürməlidir” deməklə baş verə biləcək sonuclardan bəribaşdan sığortalanmaq üçün zərbəni də, məsuliyyəti də xalqa yükləmək istəyir.

Kimsə mitinqin əleyhinə deyil. Amma indi mitinq keçirməyin, xalqı dövlət idarələrinin qarşısına çağırmağın zamanıdırmı? Yaxud o, mitinqdə iştirakçılara nə deyəcək? Demək istədiklərini zatən hər gün ya özü, ya da admin heyəti adı altında yenə özü sosial şəbəkədə yazır, paylaşır. Mitinq keçirərək fərqli nələr söyləyəcək? Ancaq çıxışından görünür ki, yerlə-göylə savaşan Kərimli indi də sosial şəbəkələrdən narazıdır. Narazılıq edir ki, xalq sosial şəbəkələri kütləvi etiraz meydanına çevirməyib. Kərimli yəqin onu gözləyirmiş ki, hər gün “Facebook”da, “YouTube”da paylaşımlarına on minlərlə dəstək gələcək, şərhlər yazılacaq, sosial şəbəkədə “inqilab” baş verəcək. Ancaq gözləntiləri (oxu: “Facebook” dəstəyi-müəll.) istədiyi qədər olmayan Əli Kərimli “Təkcə müxalifət hesabına bu qadağaları aşmaq çətin məsələdir” deməklə həm də özünün gücsüzlüyünü etiraf edir.

Axı Kərimli “müxalifət” kəlməsini özəlləşdirərək ancaq öz boyuna biçib, onun nəzərində Azərbaycanda özündən başqa müxalifətçi yoxdur. Belə olan halda Kərimlinin çağırış etdiyi mitinq Azərbaycanın haqq davasına nə kömək edəcək? Heç nə, əskinə, mane olacaq. Daxildə başımızın özümüzə qatışaraq əlimizə düşən tarixi fürsətdən yararlanmağımıza mane olmaq istəyənlərin sayı hesaba gəlməz. Əli Kərimli uzun illərini siyasətdə xərcləyən biri kimi bunu bilməmiş deyil. Bildiyi bir həqiqətdən dövlətin maraqlarının əksinə istifadə etmək istəməsi nəyə xidmət edir? Azərbaycan Ermənistanla son haqq-hesaba hazırlaşdığı, bu tarixi fürsətin yarandığı bir zamanda bunun əskinə yönəlik hər hansı addım ancaq ölkəmizin əleyhinə olacaq və xaricdə “qiymətəndiriləcək”. Bu əməyi ilə Əli Kərimli bağlı olduğu hansısa dairlərdən təşəkkür də, maddi dəstək də ala bilər, ancaq bu zaman onun Azərbaycana qarşı qətnamələr qəbul edən, erməni diversantları “hərbi əsir” kimi tanımağa beşəlli razı olan Avropa Parlamentindəkilərdən nə fərqi var?

Fərqi minimuma endirmək və ya tam aradan qaldırmaq üçün Hərbi Qənimətlər Parkına da etiraz etsə, tam olacaq. Belədə tapşırıqların təkcə icraçısı kimi yox, həm də təşəbbüskarı kimi daha çox “sağ ol” ala bilər. İstər adı “malodes” olsun, istər “thank you”...
Cebhe.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənab Əmrullayevə YAY TƏTİLİ DƏRSİ... - Ekspert deyir ki...
Bu gün, 04:09
Push30'un biabırçı müştəri xidməti - NARAZILIQ VAR...
Bu gün, 03:59
Ronaldo üçün hələ hər şey indi başlayır... - Çünki indi-indi ipə-sapa yatır...
Bu gün, 03:34
Özbək futbolu ÖLÜB... özü də neçə il əvvəl... - Pulu boşuna sərf etməsinlər...
Bu gün, 03:30
Elə bil Bakı mikrorayonu deyil, Pablo Eskobarın Kolumbiyasıdır... - REPLİKA
Bu gün, 03:27
Kapital Bank-ın növbəti "Anti-fraud" dərdi və qəribə kart bloklama alqoritmi
Bu gün, 03:23
Ermənistan demokratiyası Rusiya üçün də fürsətdir... - ONA GÖRƏ DƏ...
Bu gün, 03:12
Başı getmiş Rusiya sülhə məcbur edilir... - GƏLİŞMƏ
Bu gün, 03:10
5 gündür susuz qalan jurnalistdən QARĞIŞ - "...mənə verilən su qədər ömür arzu edirəm"
Bu gün, 03:02
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı - BUNDAN SONRA...
Bu gün, 02:47
18 milyon kapitallı 26 illik şirkət ləğv edilir – 8,5 MİLYON VERGİ BORCU VAR
Dünən, 18:02
Azərbaycan İrandan kerosin idxalını kəskin artırıb
Dünən, 17:57
Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi
Dünən, 17:52
Ölkədə anti-Ukrayna ab-havası hökm sürür - Polşa Baş naziri
Dünən, 17:50
Oğul 44 gün savaşır... ataya dalandar işi də rəva görülmür... - "Bütün qurumlar bir birinin üstünə atır..."
Dünən, 17:44
Azərbaycanda magistraturanı pulsuz da oxumaq istəyən yoxdur - ÇÜNKİ...
Dünən, 17:35
Zelenski Polşaya səfərdən imtina etdi - KİV
Dünən, 17:31
“Kapital Bank”ın Müşahidə Şurasına mühüm təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:28
Ermənistan Azərbaycanla sərhədlərini AÇMAĞA HAZIRLAŞIR - AÇIQLAMA
Dünən, 17:25
İranda banklara növbəti kiberhücum olub
Dünən, 17:23
BƏƏ şirkəti 18 ildən sonra Azərbaycan bazarından çıxır
Dünən, 17:03
11 milyonluq daha bir şirkət MMC-yə çevrilir
Dünən, 17:01
Mourinyo Ardaya mesaj yazıb, deyib ki...
Dünən, 16:59
Regional Su Meliorasiya Xidməti maliyyə hesabatlarını vaxtında təqdim etməyib - Dövlət Agentliyi
Dünən, 16:44
“Təhsil haqları həddən artıq yüksəkdir” – Ekspertdən nazirə sərt etiraz
Dünən, 16:37
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
Dünən, 16:35
Tiktok davası QANLA BİTDİ: 27 il HƏBS CƏZASI - TƏFƏRRÜAT
Dünən, 16:29
Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
Dünən, 16:25
Mədəniyyət Nazirliyinin gözündən uzaq qalan Səngəçal karvansarayı baxımsızlıqdan "tarix"ə qarışır
Dünən, 16:22
“Paşabank Gürcüstan”ın xalis mənfəəti 24 dəfə artıb - DETALLAR
Dünən, 16:20
Kəmaləddin Heydərov rəisi işdən çıxardı - BUNDNA SONRA...
Dünən, 16:17
Lukaşenko Zelenskinin təhdidlərindən sonra xalqa müraciət etdi - BelTA
Dünən, 16:15
Bir aya milyonluq müqavilələr bağlayan “Amet Services” MMC niyə etibarsız təchizatçı oldu - İLGİNC FAKTLAR
Dünən, 16:04
Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"ın lisenziyasını ləğv etdi - RƏSMİ
Dünən, 15:54
Narkoloji Mərkəzin sabiq baş direktoru və müavininin işi ALİ MƏHKƏMƏDƏ
Dünən, 15:52
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Dünən, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Dünən, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Dünən, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Dünən, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Dünən, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Dünən, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Dünən, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Dünən, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Dünən, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Dünən, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Dünən, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Dünən, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Dünən, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Dünən, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Dünən, 13:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru