Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı .....                     Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? .....                     Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir .....                     ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis .....                     "Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI .....                     Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi .....                     Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib .....                     İran atom bombasından güclü silah tapıb .....                     "Lənkəran-Çay-5" ASC bağlandı .....                     “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” .....                     ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! .....                     NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb .....                     Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                     "Evdə iydən otura bilmirik" .....                     "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." .....                     Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                     Prezidentə müraciət olundu .....                     Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                     “Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib .....                     "Unibank"da yeni sədr təyinatı olub .....                     Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək .....                     Nəriman Axundzadə Türkiyə klubuna keçir .....                     Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: .....                     Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? .....                     Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır .....                     Ordumuzun polkovnikinə vəzifə veriləcək .....                 

SULUTƏPƏ SUÇLUSU ALI QOCAYEVDİR
Tarix: 17-04-2012, 12:23 | Çap et
SULUTƏPƏ SUÇLUSU ALI QOCAYEVDİR

OQTAY ƏSƏDOVA GÜVƏNƏN BAŞÇIDAN KİMSƏ HESAB SORMAQ FİKRİNDƏ DEYİL

DİA.AZ: - Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan sakinlərin evlərinin sökülməsi ilə bağlı mətbuatda bir neçə gündür informasiyalar verilir. Bildirək ki, ARDNŞ həmin ərazilərin şirkətə məxsus olduğunu və ərazilərdə neftin olduğunu iddia edərək minlərlə evin plana düşməsinə nail olub və hazırda da məhkəmə instansiyaları daha 10 min evin sökülməsi ilə bağlı ARDNŞ-in iddialarını müzakirə etməkdədirlər.

Bir sözlə, illər ərzində salınan və az qala böyük bir şəhəri xatırladan Sulutəpədəki yaşayış massivi Rövnəq Abdullayevin iddiası ilə yerlə-yeksan olunur. Əslində burada sakinlərin haqsız olduğunu söyləmək qeyri-mümkündür. Ən azından ona görə ki, hər bir sakinin əlində inşaat üçün həm bələdiyyədən və həm də Binəqədi rayon icra hakimiyyətindən müvafiq icazə kağızları var.

Lap tutalım, kiminsə belə bir sənədi mövcud deyil. Bu halda belə, sakinlər haqsız hesab oluna bilməz və onların qəpik-qpəik yığıb inşa etdirdiyi evlər heç bir təzminat ödənilmədən ekskavatorların aczına verilə bilməz. Çünki Sulutəpədə hazırdan minlərlə ev var və bu evlər inşa edilərkən onların hansısa dövlət qurumu tərəfindən görülməməsi qeyri-mümkündür. Yəni ola bilməz ki, elə Rövnəq Abdullayev cənabları şəxsən bu yaşayış massivindən xəbərsiz olsun. Və bu halda, əgər həmin ərazilər vacib dövləti əhəmiyyət daşıyırdısa, evlər inşa olunmazdan qadağalar qoyulmalı idi.

Digər yandan bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır. Apardığımız araşdırmalar nəticəsində də öyrənə bildik ki, Sulutəpə qəsəbəsi salınarkən bu ərazidəki inşaatdan Binəqədi rayon icra hakimiyyətinin başçısı Alı Qocayev külli miqdarda vəsait əldə edib. Yəni kifayət qədər nüfuzlu başçılardan hesab olunan və Milli Məclisin sədri Oqtay Əsədovla qohumluq əlaqələrinə malik olan Alı Qocayev imkan verə bilməzdi ki, kimsə onun icazəsi olmadan Sulutəpədə daşın üstünə daş qoysun. Deməli, buradan qazanclı çıxanlar var və bədəlini də onlar ödəməlidir.

Bu barədə redaksiyamıza şikayət edən Sulutəpə sakinləri bildirirlər ki, onlar icra hakimiyyətinin rüşvətini veriblər. Onların DİA.AZ bildirdikləri: В«İndi Alı Qocyaev yaxasını kənara çəkib. Biz də Rövnəq Abdullayevin ekskavatorlarının ağzında qalmışıq. Bəs əziyyətlə tikdiyimiz evlərin pulunu kim ödəyəcək?В»

Onu da bildirək ki, ərazi ilə bağlı müəyyən araşdırmalar da apardıq və araşdırmalarımız nəticəsində məlum olub ki, sakinlərdən əksəriyyətinin bələdiyyədən sənədi olsa da, bir qisminin ümumiyyətlə heç bir sənədi yoxdur. Amma sənədləri olan da, olmayan da ev yeri üçün torpağı pulla aldığını bildirir. Torpağı sənədsiz alanlar ev tikməyə “icazə” üçün bir otaqdan ötrü 2 min manat, daha geniş mənzil üçün 6 min manat tələb olunduğunu deyiblər. Bu pulu ödəyib torpağı sənədsiz alan şəxs evi 10 gün müddətində tikərək yaşamağa başlamalıdır. Əks halda, qiymət bahalaşır. “Amma pulu alan adamlar işini dəyişəndən sonra bizim qara günlərimiz başlayır. Təzə mühafizəçi gəlib deyir ki, bizim də haqqımızı ver. Pul verməyəndə “mədən ərazisidir” deyib evi sökürlər”, - deyə sakinlər bildirirlər.

Ərazidə evi sökülən şəxslərdən biri Jalə Mirzəyevadır. O, evdə üç övladı ilə birgə yaşayırmış. J. Mirzəyevanın qayınatası Kibrə kişi 2 sot torpağı ARDNŞ-in adını çəkmək istəmədiyi əməkdaşından 3 min manata aldığını iddia edir: “İki ay idi, tikmişdik, gəlinim üç nəvəmlə burada yaşayırdı. Dekabrın 17-də ARDNŞ-in mühafizəçiləri gəlib sökdülər”.

J. Mirzəyevanın atası, Qarabağ müharibəsi əlili Sədaqət Şirinov da eyni iddiaları söyləyir: “Gəlib evi sökdülər. Əgər bu ərazidə ev tikmək qanunsuzdursa, niyə bu qədər insan ev tikib? Axı burada dövlətin özü tərəfindən məktəb, bağça, digər rəsmi qurumlar üçün bina tikib. Deməli, burada qanuni yaşayış var ki, məktəb də tikilib”.

Evi sökülmüş sakinlərdən biri də Amil Ayibovdur. “İki ay əvvəl tikdiyim evi gəlib sökdülər. Torpağı qayınatam vermişdi mənə. Onun kimdən aldığını bilmirəm. Amma dəqiq bildiyim odur ki, evi heç bir məhkəmə qərarı olmadan sökdülər”, - deyə, A. Ayibov bildirib.

Ərazidə yaşayan, bir neçə gün əvvəl evinin bir hissəsi sökülmüş Nəsibə Səfiyeva ev tikdikləri torpağı bələdiyyələrdən aldıqlarını deyib: “Ev həyat yoldaşım Firdovsi Səfiyevin adınadır. Torpağı 2001-ci ildə Xocasən bələdiyyəsindən almışıq, sənədləri də var. Evi isə 2003-cü ildə tikmişik”.

N. Səfiyeva “Mülkiyyətçi MMC” tərəfindən onlara məxsus evin qiymətləndirmə sənədlərini də göstərib. Sənədlərlə evin qiymətinin 30 400 manat olduğu qeyd olunub. Bundan başqa, N. Səfiyeva əmlakın sığorta sənədini də təqdim edib.

Sökülmüş evlərdən bəzilərinin yaxınlığında buruq var. Sakinlərin iddialarına görə, həmin buruqlar evlər tikildikdən sonra qurulub. Buruqların ətrafındakı evlərdən bir qismi sökülüb, bir qismində isə yaşayış var. Evləri sökülən şəxslərdən bir qismi dərhal həmin yerdə yeni ev tikir, yaxud sökülmüş tikilini bərpa edir.

Onu da bildirək ki, sökülən evlərlə bağlı ARDNŞ da izahatını açıqlayıb və rəsmən bu qurumdan verilən açıqlamada bildirilir ki, Sulutəpədə evlər tikilmiş ərazilərin Azərbaycan hökuməti tərəfindən neft-qaz əməliyyatı aparmaqdan ötrü ARDNŞ-in sərəncamına verilib: “Eyni zamanda, Azərbaycan hökuməti “Binəqədi-Oil” Əməliyyat Şirkəti ilə müqavilə bağlayıb, həmin ərazini müəyyən müddətə icarəyə verib. Bu, o demək deyil ki, əgər “Binəqədi-Oil”ə icarəyə verilibsə, məsələnin Azərbaycan hökumətinə, yaxud ARDNŞ-ə aidiyyəti yoxdur”.

Hər halda, bu gün ah-nalələri ərşə dirənən Sulutəpə sakinlərinin dövlətin sahib çıxmasına çox ehtiyacları var. Əks halda, Sulutəpə camaatında belə bir təəssürat var ki, onlar cəngəllikdə yaşayırlar və burada meşə qanunları hökm sürür.

Araşdırmalarımız davam edir…








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı – “savaş ssenarisi...”
Bu gün, 07:08
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu gün, 07:06
Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir – Yeni rəqəm
Bu gün, 07:05
ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb
Bu gün, 07:03
"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15
Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14
Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11
İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08
"Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06
“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02
ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01
NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
Dünən, 15:22
SSRİ bayrağına görə həbs olunan sosioloqla bağlı yeni AÇIQLAMA
Dünən, 15:20
Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edilib
Dünən, 15:12
“Qadının işi varsa, sosial şəbəkədə qurdalanmaz” - Sərxan Kərəmoğlu
Dünən, 13:28
"Azərbaycanfilm" kinostudiyasında böyük canlanma var" - Şeyx Əbdül
Dünən, 13:25
Fermerlərin taxıl və arpasını dələduzluq yolu ilə ələ keçirən şirkət rəhbəri azadlığa buraxıldı - TƏFƏRRÜAT
Dünən, 13:23
Tanınmış aktyor ADY-dan narazı qaldı: - “Yekə adamlarsız”
Dünən, 13:20
"Azəri M-I Drilling Fluids"də 20 illik işçiyə QEYRi-İNSANİ MÜNASİBƏT... - BU NƏDİ BELƏ?
Dünən, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru