Müğənni-Əməkdar artist Elnarə Abdullayevanın “Qadının sosial şəbəkədə nə işi var” kəlməsi yenidən gündəm olub.
Yenicag.az xəbər verir ki, onun sənət dostu, şoumen, aktyor, müğənni Sərxan Kərəmoğlu onun müdafiəsinə qalxıb.
Kərəmoğlu Elnarənin sözlərinə qüvvət verib:
“Sənətkarın demək istədiyi budur ki, əsl qadının sosial şəbəkələrdə nə işi var. Mənim baxışıma görə, qadın əgər ev, yaxud da iş xanımıdırsa, onun yetərincə işi olur və vaxt tapıb orada qurdalanmaz”.











