Peşə Təhsilində gizlədilən vakansiyalar .....                     "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... .....                     Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi .....                     Ukrayna hərbçiləri açıqladı: .....                     Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi .....                     Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... .....                     "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı .....                     Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur .....                     Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək .....                     Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür .....                     Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR .....                     Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər .....                     Tramp nə qədər çalışsa da... .....                     Başçıya sığınan şirkət sakinləri incidir .....                     Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... .....                     "Bizdə də belələri var, çox bəsit çevrədirlər..." .....                     Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! .....                     Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR .....                     Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ .....                     Bloqqerlər və BİZ ! .....                     Təhsilin evini BELƏ YIXIRLAR .....                     Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? .....                     "Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb .....                     "Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" .....                     Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır .....                     “Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... .....                     Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək .....                     Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb .....                     "T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb .....                     Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? .....                     Azərbaycanda bu elektron pul təşkilatı üçün .....                     ""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır" .....                     "Bu kartlar qumarda istifadə üçün idi" .....                     “Vardanyanın işi” Avropa Məhkəməsində .....                     Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür .....                     7 körpənin ölümündə təqsirləndirilən şəxslər .....                     İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu .....                     Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq .....                     Bankomatlarda 1 və 5 manatlıq əskinaslar .....                     ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq .....                 

İki məşhur sığorta şirkəti bazardan çıxır - ADLAR
Tarix: 17-04-2019, 09:20 | Çap et
İki məşhur sığorta şirkəti bazardan çıxır
İki gün əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "AtaSığorta" və "Atəşgah" sığorta şirkətinin avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb.

MBNP-nın bununla bağlı yaydığı məlumatda bildirilir ki, “AtaSığorta” və “Atəşgah” sığorta şirkətləri tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış icbari sığorta müqavilələri Mülki Məcəlləyə, “Sığorta fəaliyyəti haqqında” Qanuna və “İcbari sığortalar haqqında” Qanununa uyğun olmayan şərtlərlə bağlanılması ilə əlaqədar Cəmiyyətlərə verilmiş icrası məcburi göstəriş-təqdimatlara vaxtında və tam əməl edilməyib.

Buna görə də, Qanunun 105.1.2-ci, 105.1.2.2-ci, 105.2-ci maddələrinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin aprelin 12-də verilmiş qərarla “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növünə verilmiş icazənin ləğv edilməsi yolu ilə “AtaSığorta” ASC və “Atəşgah” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi yol verilmiş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

"AtaSığorta" şirkətinin rəsmisi bu məhdudlaşdırmanı İcbari Sığorta Bürosunun informasiya sistemində sığortalılar barədə yerləşdirilən məlumatların obyektiv və subyektiv səbəblərdən müəyyən agentliklər tərəfindən səhv daxil edilməsi və müəyyən məlumatların çatışmazlığı ilə izah edib. Şirkət rəsmisi deyib ki, MBNP bu çatışmazlıqları aradan qaldırana qədər "AtaSığorta"nın avtomobillərin icbari sığortası üzrə fəaliyyətini məhdudlaşdırıb. O da bildirilib ki, indiyədək "AtaSığorta"da avtomobillərini icbari sığorta etdirənlər heç bir əngəl olmadan sığorta hadisəsi zamanı ödənişlərini əvvəlki qaydada ala biləcəklər.

"Atəşgah Sığorta" şirkətinin rəsmisi də tətbiq edilən məhdudlaşmanın səbəblərinə aydınlıq gətirib. Bildirilib ki, müəyyən dövr ərzində İcbari Sığorta Bürosunun sisteminə məlumatların daxil edilməsi zamanı müəyyən pozuntulara yol verilib. Səhvlər 3-4 epizod üzrə olmasına baxmayaraq, işin həcmi böyük olduğundan müəyyən araşdırma tələb edirdi. Buna görə də İcbari Sığorta Bürosunun sisteminə daxil edilən müəyyən pozuntular barədə MBNP-na cavab yubanıb. Şirkət nümayəndəsi tətbiq edilən məhdudiyyətin əvvəlki sığorta qərarlarına aidiyyətinin olmadığını deyib. Məhdudlaşma səbəbindən bu hal üzrə yeni müştəri qəbul edilmir. Digər növlər üzrə isə fəaliyyət göstərilir.

Qeyd edək ki, sığorta sahəsində yaranmış kifayət qədər problemlər fonunda məhdudlaşdırmanın baş verməsi gözlənilən idi. Bu sahədə mütəmadi yaranmış nöqsanlar sığorta olunanların bu sistemə olan inamını itirdi. Azərbaycanın sığorta bazarı inkişaf etmiş, eləcə də qonşu dövlətlərlə müqayisədə zəif inkişaf edib.

İqtisadçı-alim Fuad İbrahimov “Cümhuriyət” qəzetinə bildirib ki, sığorta şirkətlərinə MBNP tərəfindən qoyulmuş məhdudlaşdırma qərarı müsbət effektivlik verəcək:

“Sığorta iqtisadi münasibətlərin ayrılmaz hissəsidir. Sığorta anlayışı olmadan bu gün müasir dövrdə bazar münasibətləri qurmaq mümkün deyil. Sığorta şirkətləri və müştərilər arasında elə şəffaf münasibətlər qurulmalıdır ki, ümumiyyətlə, problemlər gündəmdə olmasın. Azərbaycanda sığorta anlamının özü məcburiyyət və icbari xarakter daşıyır. Heç kim könüllü nəyisə sığorta etdirməkdə maraqlı deyil. Çünki maariflənmə səviyyəsi çox aşağıdır. İnsanlarımız həyatın ayrılmaz hissəsi olan sığorta sistemindən kənar düşüb”.

İqtisadçı hazırda Azərbaycanda sığorta sistemində müasir dövrün tələblərinə cavab verən qanunların və sərəncamların olduğunu da diqqətə çatdırıb:

“Amma bu qanunlar sığorta sisteminin sektor kimi inkişafına dəstək vermir. Elə ki, sığorta hadisəsi baş verir, vətəndaş bilmir hadisənin qeydinə qalsın, yoxsa sığorta şirkəti ilə mübarizə aparsın. Dəfələrlə şahidi olmuşam ki, hadisə baş verəndən sonra sığorta şirkətləri istintaq aparırcasına lazımsız sorğu-sual edirlər. Halbuki bu belə olmamamalıdır. İstintaqı da, tədqiqatı da hüquq-mühafizə orqanları həyata keçirir.

Sığorta hadisəsinə hüquq-mühafizə orqanları daha humanist yanaşır, nəinki sığorta şirkətləri. Bu nöqteyi-nəzərdən MBNP-nın müvafiq məhdudlaşdırma qərarın alqışlayıram. Hesab edirəm ki, bir neçə sığorta şirkətinin fəaliyyətində məhdudlaşdırma olmalıdır ki, onlar vətəndaşlar qarşısında öz öhdəliklərini yerinə yetirsinlər. Düşünürəm ki, bu effektivlik qısa zamanda özünü büruzə verəcək.

Yəqin ki, digər şirkətlər dövlət nəzarəti orqanları tərəfindən bu cür sanksiyalarla üzləşməmək üçün öz fəaliyyətlərində nöqsanlara yol verməzlər. Bu dönüşün nəticəsində vətəndaşların şəffaf sığorta şirkətlərinə müraciəti bərqərar olacaq. İnsanlarımız dərk edəcəklər ki, sığorta müasir dövrün tələbidir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
Bu gün, 07:38
Azərbaycanda pensiya və maaşla bağlı mühüm xəbər – Gözlənilən ssenari
Bu gün, 07:35
Tramp nə qədər çalışsa da... - BACARMADI!
Bu gün, 07:30
Başçıya sığınan şirkət sakinləri incidir - NARAZILIQ VAR...
Bu gün, 07:23
Hədəfə dəqiq vuran İran və arxasından görünən Rusiya... - "Reuters"
Bu gün, 07:09
"Bizdə də belələri var, çox bəsit çevrədirlər..." - partiya sədri
Bu gün, 07:05
Bu ölkəyə Natiq kimi oğul vermiş anadır Dursun xanım! - ANIM
Bu gün, 07:01
Büdcə pullarına QƏNİM KƏSİLƏNLƏR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:51
Vətəndaşla dövlət arasında SINIQ KÖRPÜ - Biri elə bu...
Bu gün, 06:44
Bloqqerlər və BİZ ! - mətbuat gününə sözardı...
Bu gün, 06:33
Təhsilin evini BELƏ YIXIRLAR - Prezidentə MÜRACİƏT
Bu gün, 06:12
Qarabağın itkinləri ilə bağlı buzlar əriyir? – Ermənilərdən yeni təşəbbüs
Dünən, 18:59
"Brent" nefti yenidən 100 ABŞ dolları həddini ötüb
Dünən, 18:27
"Minimum tələbə təqaüdü ən azı 200 manat olmalıdır" - Məzahir Məmmədli
Dünən, 18:17
Rusiya Hindistana neft göndərir, sonra benzin kimi geri alır - Gizli sxem İFŞA OLDU
Dünən, 18:10
“Tacir Şahmalıoğlu bizə müraciət etməyib, amma... ali təhsili olmayan Ağaxan Abdullayevlə Əlibaba Məmmədovu dərs deməyə dəvət etmişdik”
Dünən, 18:06
Kür çayında daş-betonla sahilbərkitmə işləri həyata keçiriləcək – 4.7 milyon xərclənəcək
Dünən, 18:03
Rusları Qəbələdən çıxaran 300 milyonluq tələb – Niyə imtina edildi?
Dünən, 17:48
"T-Kredit" BOKT dövlət qeydiyyatına alınıb
Dünən, 17:43
Neft 100 dollar oldu: Maaş və pensiya artacaq? - AÇIQLAMA
Dünən, 17:30
Azərbaycanda bu elektron pul təşkilatı üçün son nöqtə qoyuldu
Dünən, 17:24
""Hibrid təhdid" adı altında yaradılan missiya Bakının narahatlığını artırır"
Dünən, 17:21
"Bu kartlar qumarda istifadə üçün idi" - Onlayn qumar oyunları təşkil edən dəstənin işi
Dünən, 17:15
“Vardanyanın işi” Avropa Məhkəməsində - Bakıdan REAKSİYA
Dünən, 17:09
Əhali kreditləri ödəyə bilmir: Qaytarılmayan vəsaitlərin həcmi böyüyür - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:07
7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq
Dünən, 17:00
İş adamının 10 milyon dollarlıq borca görə xidməti avtomobili və mülklərinə qadağa qoyuldu - SİYAHI
Dünən, 16:59
Husilər yenidən gəmilərə hücum etsə, buna görə İran məsuliyyət daşıyacaq - Tramp HƏDƏLƏDİ
Dünən, 16:54
Bankomatlarda 1 və 5 manatlıq əskinaslar NİYƏ TAPILMIR?
Dünən, 16:25
ABŞ İran xalqına hörmət etməyincə irəliləyiş mümkün olmayacaq - Əraqçi
Dünən, 16:20
İçərişəhərdə sahibkarın narazılığı: illərlə qurulan bizneslər niyə risk altına düşür? - İLGİNC GƏLİŞMƏ
Dünən, 16:08
Azərbaycanda da dəhşətli istilər olacaq? - "İsti ölkələr sırasındayıq"
Dünən, 16:01
O mülklər Əhəd Abıyevindir?: “10 mini olanın atasına lənət...” - Keçmiş başçı deyir ki...
Dünən, 15:55
“Buta Farm” özünü elə bir CƏNCƏLƏ SALIB Kİ... - İLGİNC
Dünən, 15:41
Əli Mirəliyev kimləri hədəf aldı? – "Halvası çalınır" yavaş-yavaş
Dünən, 15:32
Ermənistanda "dedovşina": - əsgər intihar etdi, iki hərbçi həbs olundu
Dünən, 15:30
Bakıda bu universitet BAĞLANIR? - AÇIQLAMA
Dünən, 15:29
Ukrayna IMF-dən 690 milyon dollarlıq ikinci tranşı alıb - Koretski
Dünən, 15:26
Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - VİDEO
Dünən, 15:15
S-400-lər Rusiyaya qaytarılır? – Türkiyə seçimini etdi
Dünən, 15:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru