Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalları Prezident İlham Əliyevə müraciət edib.
Bu barədə Gununsesi.org-u məlumatlandıran mənbənin sözlərinə görə, Prezidentə ünvanlanan müraciəti MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, Transmilli Mütəşəkkili Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi Sübahir Qurbanov, Monitorinq mərkəzinin sabiq rəisi Teymur Quliyev, Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digər məhkum olunmuş zabitlər imzalayıb.
MTN-nin sabiq vəzifəliləri sonuncu əfv sərəncamında müxalif fəalların azadlığa buraxıldığını xatırladaraq, uzun illərə hakimiyyətə xidmətlərinin nəzərə alınmasını və bağışlanmalarını İlham Əliyevdən xahiş ediblər.
Onlar öz müraciətlərində MTN-də çalışdıqları müddət ərzində xidmətlərini, həmçinin keçirdikləri əməliyyat tədbirlərini, aldıqları mükafatların nəzərə alınaraq, əfv edilmələrini xahiş ediblər.