ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı .....                     “A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini .....                     Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib .....                     Jurnalistdən “Bank Respublika”ya ağır ittiham .....                     “Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” .....                     ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib .....                     15 gün qazsız qalacaq rayona .....                     İlan sancan aktyordan xəbər var: .....                     Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? .....                     11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib .....                     "Unibank"da ixtisarlar .....                     Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında .....                     ABŞ bu günlərdə İranla saziş bağlaya bilər .....                     ”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR .....                     Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ .....                     Prosesi Azərbaycan Ordusu başlatdı .....                     Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib .....                     "Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü .....                     Sülh sazişi bu il imzalana bilər .....                     Birinin borcuna görə hamının suyunu kəsən komendatdan .....                     Bakıda 22,5 milyon manata .....                     Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? .....                     Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? .....                     Paşinyana yaxın kanal Karapetyanı ələ saldı .....                     “ITOCHU” Azərbaycandan çıxmır .....                     İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü .....                     Paşinyan niyə Putinə tez-tez zəng edir? .....                     Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub .....                     "Birinci ağzından vurdum, dişləri qırıldı" .....                     Onlayn ticarət mağazaları BAĞLANACAQ? .....                     “Dələduzluğun kökünü kəsmək üçün…” .....                     Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır .....                     Səhmdarlar qərar verdi: .....                     DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı .....                     Culfaya yeni icra başçısı təyin edilib .....                     Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib .....                     Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub .....                     Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub .....                     Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU .....                     Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi .....                 

Rusiyadan danışıqlar imitasiyası: - Moskva Kiyev qarşısında elə tələblər qoydu ki...
Tarix: 4-06-2025, 00:14 | Çap et

Dünən İstanbulda Ukrayna və Rusiya arasında sülh danışıqlarının ikinci raundu keçirilib və əhəmiyyətli irəliləyiş olmadan başa çatıb. Rusiya Ukraynaya “sülh memorandumu” təqdim edib ki, bu sənəddə özünün əvvəlki şərtlərini təkrarlayıb. Bu, əslində Ukraynanın kapitulyasiyası tələbi deməkdir. Bu barədə “Axios” və “Financial Times” Ukrayna rəsmilərinə istinadən yazıb. Rusiya tərəfi Ukrayna qoşunlarının Rusiyanın ələ keçirdiyi ərazilərdən - Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən çıxarılmasını və Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlərin, o cümlədən NATO-ya üzv olmaqdan imtina edilməsini tələb edib. Ukraynanın tam atəşkəs, təhlükəsizlik təminatları və ölkənin ərazi bütövlüyü ilə bağlı yeni təkliflərinə baxmayaraq, bu şərtlər dəyişməz olaraq qalır.

Ukraynanın müdafiə naziri Rustem Umerovun başçılıq etdiyi nümayəndə heyəti tam və qeyd-şərtsiz atəşkəs, təminatlar və etimadın möhkəmləndirilməsi tədbirlərini tələb edən memorandum təqdim edib. Eyni zamanda, Rusiya danışıqlar başlamazdan əvvəl tələblərini ictimaiyyətə açıqlamaqdan imtina edib və atəşkəs tələbinə məhəl qoymamaqda davam edib.

Rusiya danışıqlar qrupunun rəhbəri Vladimir Medinski ukraynalı uşaqların oğurlanması ilə bağlı ittihamları “təbliğat” adlandırıb. O, həmçinin müəyyən ərazilərdə bir neçə günlük məhdud atəşkəs təklif edib ki, bu da Ukraynanın hərbi əməliyyatların tam dayandırılması tələbinə uyğun gəlmir.

Danışıqlar zamanı nümayəndə heyətləri əl sıxmayıb və yeganə razılaşma növbəti əsir mübadiləsi olub. Rusiya Ukraynaya 6000 cəsədin və ən azı 1000 hərbi əsirin təhvil verilməsinə, Ukrayna 25 yaşdan kiçik və vəziyyəti ağır olan bütün əsirlərin azad edilməsinə razılaşıb.

Ukrayna rəsmiləri Ukrayna, Rusiya və ABŞ liderlərinin sammitinin keçirilməsini tələb edib, lakin Kreml indiyədək belə bir görüşün keçirilməsindən imtina edib. Rusiya tərəfi bunun yalnız İstanbul danışıqlarının real nəticələrindən sonra mümkün olduğunu bəyan edib.

UNİAN-ın xəbərinə görə, 2025-ci il iyunun 2-də İstanbulda Ukrayna və Rusiya arasında danışıqlar heç bir irəliləyiş olmadan başa çatıb. Rusiya öz sərt tələblərini - Ukrayna qoşunlarının işğal olunmuş rayonlardan çıxarılmasını və Ukrayna Silahlı Qüvvələrinin məhdudlaşdırılmasını, mahiyyətcə təslim olmaqda israrlı olduğunu təkrarlayıb.

Ukrayna tam atəşkəs, təhlükəsizlik zəmanəti və suverenliyin qorunmasını tələb edib. Yeganə razılaşma əsir mübadiləsidir. Liderlərin şəxsi görüşü hələ planlaşdırılmayıb.

Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Rusiyanın təklif etdiyi memorandum atəşkəs üçün iki variant təklif edir: Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına birləşdirilən ərazilərdən çıxarılması və ya qoşunların yerdəyişməsinə qadağa, səfərbərliyin və Kiyevə xarici hərbi yardımın dayandırılması. Memorandumun mətnini TASS və “RİA Novosti” yayıb. Ukrayna Rusiyanın təklifinə bir həftə ərzində cavab verəcək.

Rusiya memorandumu üç bölmədən ibarətdir ki, bunlardan birincisi “yekun hesablaşmanın əsas parametrləri”dir. Onun əsas müddəaları bunlardır: Ukraynanın neytrallığı, hərbi ittifaqlara qoşulmaqdan imtina etməsi, Ukraynada digər dövlətlər tərəfindən hərbi fəaliyyətə qadağa, Ukrayna üçün qeyri-nüvə statusu, maksimum Ukrayna Silahlı Qüvvələrinin yaradılması, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğvi, Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşdirilməsinin beynəlxalq hüquqi tanınması, hərbi əməliyyatlardan dəyən zərərə görə tələblərdən qarşılıqlı imtina, rusdilli əhalinin hüquq və azadlıqlarının təmin edilməsi, UOC-un fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması, nasizmin tərənnüm edilməsinin qadağan edilməsi, ailələrin və köçkünlərin birləşdirilməsi ilə bağlı bir sıra məsələlərin həlli, diplomatik və iqtisadi əlaqələrin, o cümlədən qaz tranzitinin tədricən bərpası.

“Atəşkəs şərtləri” adlı ikinci bölmə iki variantdan ibarətdir. Ukrayna qoşunlarının Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərdən çıxarılması təklifi ilə yanaşı, Moskva “paket təklifi” hazırlayıb. Bu, Ukraynada hərbi vəziyyətin və səfərbərliyin ləğvini, Atəşkəs Rejiminə Nəzarət Mərkəzinin yaradılmasını, Ukraynanın Rusiyadakı təxribat fəaliyyətindən əl çəkəcəyinə təminat verilməsini və Ukrayna ərazisinə üçüncü ölkə qoşunlarının yerləşdirilməsinin istisna edilməsini nəzərdə tutur.

Üçüncü bölmə, “Addımların ardıcıllığı və onların həyata keçirilməsi üçün vaxt çərçivəsi”dir. O nəzərdə tutur: yekun hesablaşma haqqında sazişin mətni üzərində işə başlamaq, ölülərin cəsədlərinin toplanması üçün müəyyən ərazilərdə 2-3 günlük atəşkəs, konkret tarixlərlə atəşkəs haqqında memorandumun imzalanması, Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasının tərkibinə daxil olan ərazilərdən çıxarılmasının əvvəlindən 30 günlük atəşkəs, Ukraynada seçkilərin keçirilməsi, sülh müqaviləsinin imzalanması və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməsi.

Ekspertlər hesab edirlər ki, Rusiya bu memorandumu ilə sülhdən yayındığını nümayiş etdirir. Çünki sənəddə ggöstərilən şərtlər Rusiya tərəfindən əvvəl irəli sürülən şərtlərdir ki, Kiyev bununla heç cür razılaşmayacağını dəfələrlə bəyan edib.

Politoloq Qabil Hüseynli AYNA.AZ-a deyib ki, İstanbul danışıqlarının ikinci raundundan yüksək nəticələr gözlənilmirdi: “Yəni müsbət razılaşmanın əldə olunmayacağı əvvəlcədən bəlli idi. Atəşkəsin əldə olunmamasının səbəbi isə tərəflərin, xüsusilə də Rusiyanın şərtlərindən bir addım da geri çəkilməməsidir. Moskvanın memorandumda irəli sürdüyü şərtlərin qəbulu Kiyevin kapitulyasiyaya getməsi deməkdir. Rusiya elə şərtlər qoyub ki, onların Ukrayna tərəfindən qəbul edilməsi mümkünsüzdür. Belə olan halda razılaşmanın, atəşkəsin əldə olunması qeyri-realdır”.

“Moskva istəyir ki, işğal etdiyi ərazilər Kiyev tərəfindən də, beynəlxalq aləm tərəfindən də Rusiya ərazisi kimi qəbul edilsin. Memorandumda irəli sürülən şərtlər özündə bunu ehtiva edir. Ukrayna rəsmiləri isə əvvəl də, indi də bəyan edirlər ki, bu şərtlərlə heç cür razılaşmayacaqlar. Bundan sonra da həmin şərtlərin qəbul ediləcəyi inandırıcı deyil. Baxın, orda şərtlərdən biri Ukraynada seçki keçirilməsidir. Rusiya o qədər harınlayıb ki, başqa ölkənin daxili siyasi məsələsinə qarışmaq istəyir. Rusiya Ukraynanı özünün ikinci Belarusu kimi görmək istəyir. Bunu isə nə Ukrayna hakimiyyəti, nə də ukraynalılar qəbul edəcəklər”, - analitik qeyd edib.

Q.Hüseynli bildirib ki, Rusiyanın memorandumu ABŞ Prezidenti Donald Trampı da təhqir etməkdir: “Sülh danışıqları, atəşkəsin əldə edilməsi təşəbbüsü Tramp tərəfindən irəli sürülüb. Vaşinqton tərəflərə çağırış edir ki, danışıqlarda məqbul şərtlər irəli sürülsün, müharibə dayansın. Amma Rusiyanın şərtlərinin məqbul olmadığı ortaya çıxdı. Demək ki, Rusiya ABŞ-ı aldatmaqla, danışıqlara getməklə danışıqlar imitasiyası ilə məşğuldur. Putin rejiminin niyyəti müharibəni dayandırmaq yox, Ukraynanı bütövlükdə işğal etməkdir. Yəqin ki, ABŞ lideri bunu anlayacaq. Anlamasa da, ətrafındakılar, siyasi məsləhətçiləri, müşavirlərio onu başa salacaqlar ki, Putinlə sülh mümkün deyil”.

“Bundan sonra da danışıqlar keçirilsə, yenə də müsbət nəticə gözlənilmir. Çünki Rusiya açıq şəkildə elə tələblər irəli sürür ki, bunu Kiyev qəbul etməyəcək. İnanmıram ki, Rusiya da bu şərtlərində dəyişiklik etsin. Rusiyaya yerini göstərmək üçün ABŞ qətiyyətli addımlar atmalı, Avropa İttifaqı ilə birgə hərəkət etməlidir. Əks halda, Rusiya dayanmayacaq. Sabah Ukraynanı tam işğal etməklə də yetinməyəcək, növbəti hədəflərinə doğru irəliləyəcək. Növbəti hədəf isə ABŞ-ın Avropadakı, NATO-dakı müttəfiqləridir”, - politoloq fikrini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
Dünən, 18:18
“A4 Ofis” MMC ay ərzində beşnci satınalma müqaviləsini – "AZƏRİŞIQ"LA BAĞLADI
Dünən, 18:12
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib - Ermənistan mediası
Dünən, 18:01
Jurnalistdən “Bank Respublika”ya ağır ittiham - “Əməkhaqqı hesabımı qanunsuz bloklayıblar”
Dünən, 17:45
“Yelo Bank” 55 milyon manatdan çox əmanət “itirib” - DETALLAR
Dünən, 17:44
ABŞ İranla müharibədə yüksək dəqiqlikli uzaqmənzilli raketlərin, demək olar, hamısını istifadə edib - "Reuters"
Dünən, 17:41
15 gün qazsız qalacaq rayona kompensasiya veriləcək?
Dünən, 17:39
İlan sancan aktyordan xəbər var: - "Böyük qorxu keçirdim"
Dünən, 17:32
Peşə Təhsili Agentliyi ilə bağlı iddialar: Təyinatlar şəxsi münasibətlərlə aparılıb? - İTTİHAM VAR...
Dünən, 17:23
11 nəfərlik dəstənin içində dünya çempionu da var: 4 milyon ələ keçirilib - TƏFƏRRÜAT
Dünən, 17:19
"Unibank"da ixtisarlar - 150 nəfər işdən çıxarılıb
Dünən, 17:18
Göygöldə 2 sərnişinin ölümünə səbəb olan sürücü yenidən məhkəmə qarşısında
Dünən, 17:10
ABŞ bu günlərdə İranla saziş bağlaya bilər - KİV
Dünən, 17:00
”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR - İnsan ölümü, gizli kreditlər və özbaşınalıq!
Dünən, 16:52
Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ - Görünəni odur ki...
Dünən, 16:41
Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilər
Dünən, 16:39
Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib
Dünən, 16:37
"Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü
Dünən, 16:36
Sülh sazişi bu il imzalana bilər - “Paşinyan 300 min imza ilə buna getsə…”
Dünən, 16:34
Birinin borcuna görə hamının suyunu kəsən komendatdan ŞİKAYƏT VAR
Dünən, 16:32
Bakıda 22,5 milyon manata Təbiət Tarix Muzeyi yaradılacaq
Dünən, 16:29
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - SİYAHI
Dünən, 16:28
Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? - AKTUAL
Dünən, 16:23
Paşinyana yaxın kanal Karapetyanı ələ saldı
Dünən, 16:19
“ITOCHU” Azərbaycandan çıxmır – SOCAR-la əməkdaşlıq genişlənəcək
Dünən, 15:57
İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü
Dünən, 15:53
Paşinyan niyə Putinə tez-tez zəng edir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:50
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub p “Vedomosti”
Dünən, 15:33
"Birinci ağzından vurdum, dişləri qırıldı" - Həbsxanada məhkumu öldürən Nurullah
Dünən, 14:43
Onlayn ticarət mağazaları BAĞLANACAQ? — "Rəqabəti qorumaq üçün..."
Dünən, 14:38
“Dələduzluğun kökünü kəsmək üçün…” - Tanınmış vəkildən ÇAĞIRIŞ
Dünən, 14:36
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - NƏ BAŞ VERİR?
Dünən, 13:09
Səhmdarlar qərar verdi: - Şirkət ləğv olunur, borclar hesablanacaq
Dünən, 13:07
DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı - TƏFƏRRÜAT
Dünən, 13:05
Culfaya yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Dünən, 13:02
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Dünən, 13:00
Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Dünən, 12:59
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub - SƏRƏNCAM
Dünən, 12:52
Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Dünən, 12:49
Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:42
Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu - FOTO
Dünən, 12:39
"Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" - Gəncə sakinləri şikayətçidirlər
Dünən, 12:29
Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR
Dünən, 12:17
Deputatdan kartdan-karta qərarına ETİRAZ - "Əhali də daha çox ona yönələ bilər..."
Dünən, 12:12
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Dünən, 12:08
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya düşməməyə” çağırıb
Dünən, 11:59
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb - AÇIQLAMA
Dünən, 11:49
"45 manatlıq köçürməyə görə kartımız bloklanıb" - Vətəndaş Leo Bankdan şikayətçidir
Dünən, 11:47
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et - DİQQƏT
Dünən, 11:42
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - SİYAHI
Dünən, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru