Səhiyyə Nazirliyi mebel və peyvənd alır .....                     Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? .....                     Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir .....                     Putin yeni cəbhə qurur .....                     İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? .....                     Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... .....                     “Badamlı” zavodunda oğurluq .....                     "Modenis" MMC "MPAY" MMC-yə qoşulur .....                     Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi .....                     Azərbaycana Paşinyan yox, sülh lazımdır .....                     Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı .....                     Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti .....                     Erməni millətçiliyi kartı yenidən işə salınır .....                     Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü .....                     “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” .....                     Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil .....                     FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi .....                     Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək .....                     “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? .....                     Nigar Fərhadın əri HƏBS EDİLDİ .....                     Abbas Əraqçi Pakistana səfər edəcək .....                     Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: .....                     Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub .....                     General rəisi vəzifəsindən azad etdi .....                     TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı .....                     Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub .....                     Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib .....                     Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq .....                     Məhəmməd Salah "Trabzonspor" formasını geyindi .....                     Ermənistanda 8 hərbçi ÖLDÜ .....                     Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi .....                     Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib .....                     "Mənə bu yolla əlavə borc yazıla bilər" .....                     Vüsal Aslanovdan yeni rəis təyinatları .....                     Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb .....                     "Açıq şəkildə 80 manat istədilər..." .....                     Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! .....                     Ülvi Qılınca qarşı HAQSIZLIQ: .....                     Direktorun və şöbə müdirlərinin apellyasiya şikayətinə baxılacaq .....                     Putin təsdiqlədi: .....                 

Trampın “Qızıl qübbə”si və Reyqanın yolu ilə “təhlükəli gələcəyə” doğru - NƏ BAŞ VERİR?
Tarix: 27-05-2025, 00:00 | Çap et

Mayın 20-də ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika “Qızıl qübbə”ni üç il ərzində istismara verməyi planlaşdırır. Prezident vurğulayıb ki, bu, ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın başlatdığı proqramı tamamlayacaq tarixi layihədir.

Həmçinin mayın 22-də ABŞ Konqresinin Nümayəndələr Palatası Prezidentin yeni raketdən müdafiə sistemi layihəsinin həyata keçirilməsi üçün ilk vəsaiti ayırmağı planlaşdıran daxili siyasət qanun layihəsini qəbul edib.

Qeyd edək ki, “Qızıl qübbə” ideyası ilk dəfə Trampın əvvəlki administrasiyası dövründə səslənib, lakin həyata keçirilməyib. 2025-ci il yanvarın 20-də hakimiyyətə qayıdan Prezident yanvarın 27-də bu raketdən müdafiə sisteminin yaradılması haqqında fərman imzalayıb. Layihəyə ABŞ Kosmik Qüvvələrinin generalı Mixael Qetleyn rəhbərlik edir.

“Reuters”in məlumatına görə, söhbət bütün planetdə raket buraxılışlarını izləyəcək 400-1000 peykdən ibarət qrupdan gedir. 200 zərbə peykindən ibarət ayrıca bölmə kosmosda raketləri tutmaq üçün lazerlərlə təchiz ediləcək. Eyni zamanda Tramp “Qızıl qübbə”dən təkcə müdafiə deyil, həm də hücum məqsədləri üçün istifadə oluna biləcəyini etiraf edib.

CNN-in bu ilin martında Pentaqondakı mənbələrinə istinadən verdiyi məlumata görə, Ağ Ev hərbçilərə həm sayca, həm də texniki göstəricilərə görə İsrailin “Dəmir qübbə”sini geridə qoymağı tapşırıb.

“Reuters” agentliyinin məlumatına görə, amerikalı milyarder və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maska məxsus “SpaceX” şirkəti yeni raketdən müdafiə sisteminin yaradılması üzrə müsabiqəyə rəhbərlik edir. Ehtimal olunur ki, “Qızıl qübbə” Pentaqona məxsus olmayacaq. Əvəzində ABŞ Müdafiə Nazirliyi kommersiya şirkətlərindən raketdən müdafiə sisteminin təqdim etdiyi xidmətlərə abunə olacaq.

“SpaceX” ilə birlikdə kəşfiyyat orqanları və banklar üçün proqram təminatı hazırlayan startap “Palantir” tenderə rəhbərlik edir. Şirkət ABŞ-ın vitse-prezidenti J.D.Venslə əlaqələri ilə tanınan alman əsilli amerikalı milyarder Peter Tillin rəhbərlik etdiyi bir qrup “PayPal” məzunu tərəfindən təsis edilib. Bundan əlavə, layihədə Amerikanın müdafiə korporasiyası “Lockheed Martin” də iştirak edir. Hərbi satış həcminə görə dünyada birinci yerdədir və ABŞ Konqresinin ən böyük lobbi qüvvələrindən biridir.

Rusiya və Çin Trampın “Qızıl qübbə” yaratmaq planına sərt reaksiya verib. Bu barədə mayın 8-də Rusiya lideri Vladimir Putin və Çin lideri Si Cinpin arasında görüşdən sonra imzalanan iki ölkənin birgə bəyanatında bildirilir. Qeyd olunub ki, raketdən müdafiə sistemi “sabitliyi poza bilər”. Xüsusən də Moskva və Pekin Trampın layihəsinin hücum və müdafiə silahları arasındakı sərhədi pozacağından ehtiyat edir. Çünki o hər iki istiqamətdə istifadə edilə bilər. Bundan əlavə, qeyd olunur ki, “Qızıl qübbə” kosmosun hərbiləşdirilməsinə gətirib çıxaracaq.

“Amerikanın “Qızıl qübbə” proqramı birbaşa kosmosda döyüş əməliyyatlarının aparılmasını nəzərdə tutur. Bu, kosmosu silahların yerləşdirilməsi mühitinə və silahlı qarşıdurma arenasına çevirir”, Rusiya və Çinin Qlobal Strateji Sabitliyə dair Birgə Bəyanatında vurğulanıb.

Eyni zamanda, mayın 22-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov vurğulayıb ki, “Qızıl qübbə” çaxnaşma üçün əsas deyil. O izah edib ki, bu, “sabitliyi pozan layihədir”, lakin Rusiyanın strateji kompleksləri bu cür raketdən müdafiə sistemlərinin öhdəsindən gəlməyə qadirdir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, “Qızıl qübbə” Rusiya ilə ABŞ arasında strateji sabitlik üzrə təmasların bərpası və bu sahəni tənzimləyən yeni sazişlərin imzalanması üçün səbəb ola bilər.

Silahlara Nəzarət Assosiasiyasının (ACA) icraçı direktoru Darli Kimball “Lenta.ru”ya bildirib ki, Tramp administrasiyasının yeni raket əleyhinə müdafiə sistemi olan “Qızıl qübbə” yaratmaq üçün həyata keçirdiyi irimiqyaslı layihə açıq-aşkar Rusiya və Çinə qarşı yönəlib. Bununla yanaşı, analitik hesab edir ki, onun effektivliyi sual altındadır: “Trampın layihəsi nüvə güclərinə qarşı səmərəsiz ola bilər. Cavab olaraq, onlar ABŞ-ın raket əleyhinə müdafiə sistemlərini alt-üst etmək və ondan yayınmaq üçün nisbətən aşağı qiymətə və qısa müddətdə çoxsaylı və mürəkkəb hücum raket sistemləri hazırlayacaqlar”.

“Tramp dünya tarixində ilk dəfə olaraq kosmosa silah yerləşdirməyə başlamaq istəyir. “Qızıl qübbə”nin məqsədi Amerikanın imkanlarını və hipersəs və qanadlı raketləri tutmaq qabiliyyətini genişləndirməkdir. Tramp ABŞ-ın müdafiəyə daha çox pul xərcləməli olduğu fikrini artıq qəbul edib”, Kimball qeyd edib.

Kimball xatırladıb ki, Trampın qeyd etdiyi layihənin üç il ərzində 175 milyard dollara başa gələcəyi gözlənilir. Lakin onun fikrincə, bunlar reallıqla az əlaqəsi olan sözlərdən başqa bir şey deyil: “Xüsusilə, “Bloomberg” layihənin 1 trilyon dollardan çox başa gələ biləcəyini hesablayıb. Halbuki 2002-ci ildən Pentaqon raketdən müdafiə sisteminə 200 milyard dollardan az xərcləyib. Ancaq ekzotik fövqəladə proqramlara nə qədər yüz milyardlar xərclənsə də, ABŞ-ın effektiv raketdən müdafiə sisteminin tezliklə mümkün olacağına inanmaq qeyri-realdır”.

Ekspert strateji silahlarla bağlı yeni danışıqlar perspektivinə də diqqət çəkib. O xatırladıb ki, Rusiyanın nüvə arsenalını məhdudlaşdıran Strateji Silahların Azaldılması Müqaviləsi (START) 2026-cı ilin fevralında başa çatacaq: “Moskva Ukrayna müharibəsi fonunda 2023-cü ildə START-da iştirakını dayandırıb. ABŞ və Rusiyanın dərhal strateji sabitlik üzrə danışıqlara başlaması və böyük nüvə arsenallarında praktiki məhdudiyyətlərin saxlanması ilə bağlı danışıqlara başlaması vacibdir. Əks halda biz hamımız maneəsiz nüvə və kosmik silahlanma yarışının acısını çəkəcəyik və daha təhlükəli gələcəklə üzləşəcəyik”.

AYNA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03
Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02
Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55
Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40
İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34
Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23
“Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19
"Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12
Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11
Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06
Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02
Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59
Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48
Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45
“Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40
FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37
Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35
“Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32
Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29
Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22
Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30
Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09
General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08
TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09
Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05
Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02
Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00
Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57
Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53
Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Dünən, 12:46
"Mənə bu yolla əlavə borc yazıla bilər" - Vətəndaş "Azəriqaz"dan narazıdır
Dünən, 12:42
Vüsal Aslanovdan yeni rəis təyinatları - ƏMR
Dünən, 12:31
Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb - FOTO
Dünən, 12:29
"Açıq şəkildə 80 manat istədilər..." - GİLEY
Dünən, 12:25
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
Dünən, 11:59
Ülvi Qılınca qarşı HAQSIZLIQ: - "Qorxaqdırlar deyə bu işi görüblər"
Dünən, 11:51
Direktorun və şöbə müdirlərinin apellyasiya şikayətinə baxılacaq - TƏFƏRRÜAT
Dünən, 11:46
Putin təsdiqlədi: - Azərbaycanlılar bu hallarda Rusiyadan çıxarılacaqlar
Dünən, 11:42
Erməni diasporu tur paketi “qazandı” - Bakıdakı “Marriott” otellərinə təhlükə nədir?
Dünən, 11:38
Azərbaycan-Ermənistan Sülh Sazişi Rusiyanı istənilən sanksiya paketindən daha çox zəiflədə bilər... - EPŞTEYN
Dünən, 11:34
MİDA-da mənzil vədi ilə 27 min manatlıq dələduzluq – CƏZA
Dünən, 11:31
Universitetlərin akademik azadlığı açıqlandı – Azərbaycan son sıralarda
Dünən, 11:29
"Ermənistanda baş verən hadisələr insanların əsl simasını üzə çıxarıb” - Arman Abovyan
Dünən, 11:28
Separatçılarla dost olan biri niyə Azərbaycana dəvət edilib? - Deputatdan sual
Dünən, 11:23
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub - SƏRƏNCAM
Dünən, 11:21
Paşinyan Mixaylovu İŞDƏN ÇIXARDI
Dünən, 11:16
Türk aşpaz Ruben Rubinyanı Adanaya dəvət etdi: - "Kabab yeyək, sülh əldə edək..."
Dünən, 11:13
İcra hakimiyyəti Lənkəranda yolların təmirinə 1 milyon xərcləyəcək
Dünən, 11:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru