"The Wall Street Journal" nəşri 3 mənbəyə istinadən yaydığı məlumatda bildirib ki, bazar günü - mayın 18-də Putinlə iki saatlıq söhbətdən əvvəl Tramp Avropa liderləri ilə telefon danışığı keçirib və Rusiyanın atəşkəsdən imtina edəcəyi təqdirdə ABŞ-ın sanksiyalar tətbiq edə biləcəyini deyib.
"DİA-AZ" xəbər verir ki, lakin o, bazar ertəsi günü yenidən mövqeyini dəyişib və artıq belə bir addım atmağa hazır olmadığını deyib.
Tramp Putinlə danışandan sonra jurnalistlərə deyib: "Bu, mənim müharibəm deyil. Biz qarışmamalı olduğumuz bir işə qarışdıq".