Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Tarix: 15-05-2025, 12:06 | Çap et
 Donald Trampın ABŞ Prezidenti seçiləndən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanına etməsi tərəflər üçün uğurlu oldu. Bu səfər ABŞ Prezidentinin Səudiyyə Ərəbistanı ilə strateji müttəfiqliyə verdiyi əhəmiyyətdən irəli gəlirdi. Donald Tramp Səudiyyə Ərəbistanında çox mühüm sazişlər imzaladı. Səudiyyə Ərəbistanl ABŞ-a 600 milyar dollarlıq investisiya yatıracaq, bu məbləğin 1 trilyon dollara qədər artıracağı proqnozlaşdırılır. Paytaxt Ər-Riyadda tarixin ən böyük hərbi əməkdaşlıq sazişi də imzalandı. Səudiyyə Ərəbistanı ABŞ-dan 142 milyard dollar həcmində hərbi texnika alacaq, bu sahədə ortaq layihələr reallaşdırılacaq. ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri yalnız ticarət və hərbi sazişlərlə yekunlaşmayıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Trampla görüşü zamanı bölgə sülhü və əməkdaşlığı üçün çox mühüm addım atılıb. Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın təklifi ilə Ər-Riyadda Suriya administrasiyasının rəhbəri Əhməd əş-Şara ilə görüşdürüb. Tramp bu görüşdə ABŞ-ın Suriyaya qarşı sanksiyalarıı ləğv etdiyini bildirib. Bu Suriya və bölgə ölkələri üçün çox vacib qərardır. Çünki, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanskiyalar bu ölkənin iqtisadi problemlərinin həllinə mane olur. ABŞ Suriyaya qarşı sanksiyaları 1979-cu ildən tətbiq edir. Bu Suriyada Əsəd hakimiyyətinin siyasəti ilə bağlı idi. Əsəd Suriyadan qaçdığına və bu ölkədə hakimiyyət dəyişdiyinə görə sanksiyalara ehtiyac yoxdur. Digər tərəfdən bölgə ölkələri ABŞ-ın sanskiyalarına görə, Suriyada iqtisadi laiyhələr reallaşdıra bilmirlər. Sanksiyaların ləğvindən sonra isə Səudiyyə Ərəbistanı, Türkiyə və digər ölkələr Suriyaya yatırımlarını artıracaqlar. Bu Suriya xalqı üçün vacibdir. Suriyada hakimiyyət dəyişikliyindən sonra əsas məsələ suriyalıların iqtisadi və sosial problemlərinin həllidir. Bu mənada Məhəmməd bin Salmanın Trampı Suriyaya qarşı sanksiyaları ləğvinə inandırması bölgə üçün faydalıdır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üçün də Suriyada fəaliyyət göstərməsi, neft və qaz layihələrində itşirakı üçün yeni imkanlar açıldı. Suriyada neft və qazın istismarı məqsədilə neft şirkətlərinin konsorsiumlar yaratması mümkündür. İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın Suriyaya sanksiyaların ləğv etməsini istəmirdi. Trampın sanksiyaların ləğvi və Suriya lideri ilə görüşü Netanyahuya xəbərdarlıq mesajıdır. Bundan sonra İsrail Suriyanı bombalamaqda yenə davam edərsə, Netahyahu dostu adlandırdığı Trampla münasibətləri gərginləşdirmiş olacaq. Əgər İsrail ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlər qurmaq istəyirsə, Suriya və Fələstin siyasətini dəyişdirməlidir. Bu arada, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşula biləcək ölkələr sırasındadır. Azərbaycanın öz müttəfiqləri Türkiyə və Səduyyə Ərəbistanı ilə eyni ittifaqda yer alması regional əməkdaşlığa fayda verəcək.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səhiyyə Nazirliyi mebel və peyvənd alır – 2.7 milyon xərclənəcək
Dünən, 18:03 |
|
|
|
| • Səfər ayı bitir: Toy mövsümü yeni qiymətlərlə başlayacaq? - AKTUAL
Dünən, 18:02 |
|
|
|
| • Rusiya şirkəti Azərbaycandakı fəaliyyətinə xitam verir
Dünən, 17:55 |
|
|
|
| • Putin yeni cəbhə qurur - Azərbaycanın adı...
Dünən, 17:40 |
|
|
|
| • İran və Ermənistan Zəngəzur dəhlizinə alternativ yarada bilərmi? - DETALLAR
Dünən, 17:34 |
|
|
|
| • Elxan Allahverdiyev özünü TAM QOÇU KİMİ APARIR... - işçiləri də KÖLƏSİ KİMİ GÖRÜR!
Dünən, 17:23 |
|
|
|
| • “Badamlı” zavodunda oğurluq - Pulları götürən öz əməkdaşı imiş
Dünən, 17:19 |
|
|
|
| • "Modenis" MMC "MPAY" MMC-yə qoşulur
Dünən, 17:12 |
|
|
|
| • Mərkəzi Bank "Mpay"ın lisenziyasını ləğv etdi
Dünən, 17:11 |
|
|
|
| • Azərbaycana Paşinyan yox, sülh lazımdır - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:06 |
|
|
|
| • Azərbaycan və Qazaxıstan Transxəzər fiber-optik kabel xəttinin çəkilişini başa çatdırdı
Dünən, 17:02 |
|
|
|
| • Abşeron Xəstəxanasının acınacaqlı vəziyyəti - Yemək iyi bürüyən otaqlarda xəstə qəbulu...
Dünən, 16:59 |
|
|
|
| • Erməni millətçiliyi kartı yenidən işə salınır - Politoloq
Dünən, 16:48 |
|
|
|
| • Halal qida şirkətinin borcu 1,6 milyon manatı ötdü - dövlətlə HALALLAŞMAQ yoxdur?
Dünən, 16:45 |
|
|
|
| • “Banklar və Fintex Assosiasiyaları kimdir ki, bizim bank sirrimizi bilsin?” - ETİRAZ VAR...
Dünən, 16:41 |
|
|
|
| • Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
Dünən, 16:40 |
|
|
|
| • FHN Üzeyir Mehdizadənin obyektinin istismarına icazə verdi - DETALLAR
Dünən, 16:37 |
|
|
|
| • Bir milyonluq “Kəpəz Mehmanxanası” ləğv ediləcək - YIĞINCAQ
Dünən, 16:35 |
|
|
|
| • “Utanın, ay Şamaxı camaatı!” cümləsini kim yazıb? - Xalq artistindən cavab
Dünən, 16:32 |
|
|
|
| • Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO
Dünən, 16:29 |
|
|
|
| • Abbas Əraqçi Pakistana səfər edəcək - “The Nations”
Dünən, 16:22 |
|
|
|
| • Pezeşkian HAMAS-ın yeni liderinə İranın dəstəyini açıqlayıb: - Fələstin Tehranın gündəmində qalır
Dünən, 15:30 |
|
|
|
| • Ukrayna ilə Latviya arasında müdafiə və enerji təhlükəsizliyi məsələləri müzakirə olunub
Dünən, 15:09 |
|
|
|
| • General rəisi vəzifəsindən azad etdi - BUNDAN SONRA...
Dünən, 15:08 |
|
|
|
| • TƏBİB-dən səs yazısı yayılan həkimlə bağlı - REAKSİYA
Dünən, 13:09 |
|
|
|
| • Dövlət Agentliyinin Kommunikasiya şöbəsinə rəhbər təyin olunub - BUNDAN SONRA...
Dünən, 13:05 |
|
|
|
| • Qatarla hər gün orta hesabla 141 azərbaycanlı turist Gürcüstana gedib
Dünən, 13:02 |
|
|
|
| • Pandemiyadan sonra biletlərin qiymətini qaldırdıq - İlqar Mustafayevin MƏHKƏMƏSİ
Dünən, 13:00 |
|
|
|
| • Məhəmməd Salah "Trabzonspor" formasını geyindi - FOTO
Dünən, 12:57 |
|
|
|
| • Ermənistanda 8 hərbçi ÖLDÜ - Paşinyan onu İSTEFAYA GÖNDƏRİR
Dünən, 12:53 |
|
|
|
| • Veysəloğlu MMC-nin "Dost Əllər" layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirildi
Dünən, 12:48 |
|
|
|
| • Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib
Dünən, 12:46 |
|
|
|
| • "Mənə bu yolla əlavə borc yazıla bilər" - Vətəndaş "Azəriqaz"dan narazıdır
Dünən, 12:42 |
|
|
|
| • Vüsal Aslanovdan yeni rəis təyinatları - ƏMR
Dünən, 12:31 |
|
|
|
| • Ali Məhkəmənin hakimi Şahin Yusifov təqaüdə yola salınıb - FOTO
Dünən, 12:29 |
|
|
|
| • "Açıq şəkildə 80 manat istədilər..." - GİLEY
Dünən, 12:25 |
|
|
|
| • Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var...
Dünən, 11:59 |
|
|
|
| • Ülvi Qılınca qarşı HAQSIZLIQ: - "Qorxaqdırlar deyə bu işi görüblər"
Dünən, 11:51 |
|
|
|
| • Direktorun və şöbə müdirlərinin apellyasiya şikayətinə baxılacaq - TƏFƏRRÜAT
Dünən, 11:46 |
|
|
|
| • Putin təsdiqlədi: - Azərbaycanlılar bu hallarda Rusiyadan çıxarılacaqlar
Dünən, 11:42 |
|
|
|
| • Erməni diasporu tur paketi “qazandı” - Bakıdakı “Marriott” otellərinə təhlükə nədir?
Dünən, 11:38 |
|
|
|
| • Azərbaycan-Ermənistan Sülh Sazişi Rusiyanı istənilən sanksiya paketindən daha çox zəiflədə bilər... - EPŞTEYN
Dünən, 11:34 |
|
|
|
| • MİDA-da mənzil vədi ilə 27 min manatlıq dələduzluq – CƏZA
Dünən, 11:31 |
|
|
|
| • Universitetlərin akademik azadlığı açıqlandı – Azərbaycan son sıralarda
Dünən, 11:29 |
|
|
|
| • "Ermənistanda baş verən hadisələr insanların əsl simasını üzə çıxarıb” - Arman Abovyan
Dünən, 11:28 |
|
|
|
| • Separatçılarla dost olan biri niyə Azərbaycana dəvət edilib? - Deputatdan sual
Dünən, 11:23 |
|
|
|
| • Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi sədrinə müavin təyin olunub - SƏRƏNCAM
Dünən, 11:21 |
|
|
|
| • Paşinyan Mixaylovu İŞDƏN ÇIXARDI
Dünən, 11:16 |
|
|
|
| • Türk aşpaz Ruben Rubinyanı Adanaya dəvət etdi: - "Kabab yeyək, sülh əldə edək..."
Dünən, 11:13 |
|
|
|
| • İcra hakimiyyəti Lənkəranda yolların təmirinə 1 milyon xərcləyəcək
Dünən, 11:10 |
|
|
|
|